İLHAM ƏLİYEVİN BMT-dəki TƏMASLARI... - TƏHLİL
24-09-2025 [17:34]
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının 80-ci sessiyasında iştirak edir. Sessiya çərçivəsində artıq bəzi liderlər çıxış edib. Ölkə başçısının çıxışı sentyabrın 25-də olacaq. Bununla belə, onun Nyu-York səfərinin gündəliyi, ölkənin beynəlxalq mövqeyini gücləndirən strateji addımlarla müşahidə edilir.
Aydın məsələdir ki, bu səfər yalnız rəsmi çıxış və görüşlərdən ibarət deyil, həm də Azərbaycanın xarici investisiyalar sahəsində cəlbediciliyini artırmaq, yeni iqtisadi əməkdaşlıq imkanları yaratmaq baxımından böyük əhəmiyyət daşıyır. Prezidentin dünyanın ən nüfuzlu maliyyə idarəetmə şirkətlərinin rəhbərləri ilə görüşləri ölkənin maliyyə bazarlarında yaratdığı inamın göstəricisidir.
İqtisadi nəhənglər Bakıya inanır
Məsələn, “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi böyük şirkətlər hazırda qlobal maliyyə bazarlarında əsas söz sahibi sayılır. Bu şirkətlər yalnız böyük sərmayələr yatırmaqla kifayətlənmir, eyni zamanda iqtisadi trendləri formalaşdıran, qlobal kapitalın istiqamətini müəyyənləşdirən qurumlardır. Onların Azərbaycanla əməkdaşlıq etmək istəyini ortaya qoyması, ölkənin regional və beynəlxalq iqtisadi arenada etibarlı tərəfdaş kimi tanındığını sübut edir.
Hesab edirəm, bu, təsadüfi deyil və bir neçə amillə bağlıdır.
İlk növbədə, regionda uzun illər davam edən gərginliyin aradan qaldırılması istiqamətində atılan addımlar, xüsusilə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyişlər regionun sabitlik və təhlükəsizlik baxımından daha etibarlı platformaya çevrilməsinə səbəb olub. Ən önəmlisi isə odur ki, bu sülh prosesinin əsas təminatçısı və qarantı kimi ABŞ çıxış edir. Bu, Qərb dünyasının regiona inamını və diqqətini daha da artırıb.
İlham Əliyevlə görüş üçün sıraya dayandılar
Azərbaycanın zəngin enerji resursları, inkişaf edən infrastruktur layihələri, əlverişli coğrafi mövqeyi və islahatlara əsaslanan iqtisadi siyasəti, investorlar üçün real və cəlbedici imkanlar təklif edir.
BMT çərçivəsində keçirilən görüşlərin təşkili isə Azərbaycan Prezidentinin beynəlxalq aləmdə mövqeyinin və nüfuzunun göstəricisidir. Qarşı tərəfin müraciətləri əsasında keçirilən bu görüşlər ölkəmizə marağın yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Bu, həm də Cənab Prezidentin diplomatik münasibətlərinin və xarici siyasətdəki uğurlarının birbaşa nəticəsidir. Bu görüşlər, Azərbaycanın qlobal müstəvidəki mövqeyini gücləndirməklə yanaşı, qarşılıqlı faydalı əməkdaşlıqların genişlənməsinə zəmin yaradır.
Prezident ali tribunadan çıxış edəcək
Sentyabrın 25-də Azərbaycan Prezidenti BMT Baş Assambleyasının ali tribunasında çıxış edəcək. Bu çıxış təkcə Azərbaycanın beynəlxalq mövqeyinin ifadəsi deyil, eyni zamanda regionda baş verən fundamental geosiyasi dəyişikliklərə dair qlobal ictimaiyyətə ünvanlanmış mühüm mesaj olacaq. Aydındır ki, çıxışın əsas mövzusunu Ermənistanla sülh danışıqları, əldə olunan nəticələr və bu prosesin Cənubi Qafqaz üçün yaratdığı yeni reallıq təşkil edəcək.
Ermənistanla aparılan danışıqlar, delimitasiya və kommunikasiyaların açılması üzrə irəliləyişlər təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün sabitlik və inkişaf vəd edir. Lakin belə həssas mərhələdə prosesə kənardan müdaxilə cəhdləri, sülhə qarşı yönəlmiş destruktiv yanaşmalar, geosiyasi maraqlar naminə regionda süni gərginlik yaratmaq istəyən qüvvələr istisna deyil.
Qlobal proseslərdə Azərbaycanın iştirakı
Eyni zamanda, çıxışda beynəlxalq münasibətlərin daha geniş kontekstinə toxunmaq da gözləniləndir. Dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr, ərzaq təhlükəsizliyi, iqlim dəyişiklikləri və enerji böhranı kimi çağırışlar qlobal sistemin dayanıqlığını ciddi şəkildə sarsıdır. Azərbaycan bu məsələlərə biganə qalmır və qlobal həmrəylik çağırışını öz xarici siyasətinin əsas elementlərindən biri kimi irəli sürür.
Azərbaycan həm regional təşəbbüslərdə, həm də beynəlxalq platformalarda dialoqa əsaslanan və qarşılıqlı hörmətə söykənən siyasətin tərəfdarı kimi çıxış edir. Bu mənada, BMT tribunasından ediləcək çıxış, ölkənin nəinki regional sabitlikdə, həm də qlobal sülh və inkişaf prosesində fəal iştirakını nümayiş etdirəcək.
Turan Rzayev
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb