FƏLƏSTİNİN TANINMASI İSRAİLİN PLANI POZACAQ? - TƏHLİL
23-09-2025 [16:48]
Böyük Britaniya, Kanada, Avstraliya, Portuqaliya, Fransa və bir neçə Avropa ölkəsi Fələstin Dövlətini tanıdı.
Son hadisələr göstərir ki, bir çox ölkələrin Yaxın Şərq böhranına yanaşması dəyişməkdədir. Bu, əlbəttə ki, təbiidir. Məsələ ondadır ki, İsrailin Qəzzada apardığı əməliyyatlar ilkin mərhələdə “antiterror əməliyyatı” idi. Çünki HƏMAS 7 oktyabr 2023-cü ildə İsrailə qarşı “Əqsa tufanı” əməliyyatı keçirdi. Bu kontekstdə İsrailin cavabı müəyyən mənada legitim sayılırdı.
Lakin zaman keçdikcə İsrailin apardığı əməliyyatların xarakteri dəyişdi. Beynəlxalq hüquq və insan haqlarının pozulması, mülki obyektlərin və dinc əhalinin hədəf alınması, insanların doğma torpaqlarını tərk etməyə məcbur edilməsi artıq bu prosesin “antiterror əməliyyatı” çərçivəsinə sığmadığını göstərdi. Hazırda İsrailin Qəzzada keçirdiyi əməliyyatlar faktiki olaraq işğal və etnik təmizləmə siyasətidir.
İsrailin əlindəki yüksək dəqiqlikli silahlar mülki əhalinin həlak olmasının qarşısını almağa imkan versə də, Təl-Əviv bu imkandan istifadə etmir. Əksinə, əhalini ətraf ölkələrə köçməyə məcbur edir və dirənənləri hədəfə alaraq qətlə yetirir. Bu isə beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Əlbəttə, məsələnin bir də media tərəfi var. Qəzzada baş verənlər bu gün dünya mediasının gündəmindədir. Sosial şəbəkələrdə insanlar baş verənlərə biganə qalmır, etiraz edirlər və hətta bu etirazlar hökumətlərinə qarşı təzyiq formasını alır. Avropa ölkələrində İsrailə qarşı keçirilən ardıcıl etiraz aksiyaları və nəticə olaraq Fələstinin müstəqilliyinin tanınması məhz bu ictimai basqı ilə əlaqədardır.
Bununla belə, Fələstin dövlətinin tanınması müsbət və tarixi cəhətdən ədalətli addımdır. Münaqişənin gələcəkdə sülh yolu ilə həlli üçün Fələstinin müstəqil dövlət olaraq tanınması vacib şərtdir. Ancaq bu tanınmanın Qəzzadakı qətliamın və ərazinin ilhaqının qarşısını alacağına inanmaq çətindir.
Əsas problem ondan ibarətdir ki, hazırda Fələstin Prezidenti Mahmud Abbas və onun rəhbərlik etdiyi Fələstin Milli Administrasiyası Qəzzaya nəzarət etmir. Diqqət yetirsək, bu günə qədər İsrailin hərbi əməliyyatları əsasən Qəzza zolağında cərəyan edir. Ramallah mərkəzli Fələstin ərazilərində isə ciddi bir gərginlik müşahidə olunmur. Mahmud Abbasın əsas narahatlığı da Qəzzanın gələcəyindən çox, HƏMAS-ın statusu ilə bağlıdır.
Prezident Abbas son çıxışında bildirib: “HƏMAS Qəzza zolağının idarə olunmasında heç bir rol oynamayacaq. HƏMAS və digər silahlı qruplar silahlarını Fələstin Milli Administrasiyasına təhvil verməlidirlər. Fələstin Milli Administrasiyası qanuni təhlükəsizlik qüvvələri ilə vahid dövlət yaratmağa çalışır”.
Bu isə göstərir ki, Fələstin daxilində də hərbi-siyasi bölünmə var və bu, müstəqil dövlətin tam formalaşmasına maneə yaradır. İsrailə rəğmən Fələstin dövlətinin tanınması qarşısıalınmaz mərhələyə daxil olub. Lakin Təl-Əviv Qəzzanın ilhaqı üçün əlindən gələni edəcək. Hətta bu məsələ gələcəkdə Fələstin-İsrail danışıqlarında rəsmi şəkildə müzakirə mövzusu ola bilər. Yəni Fələstin dövlətinin tanınması müqabilində İsrail Qəzza zolağının ilhaqını tələb edə bilər.
İstisna deyil ki, ABŞ Prezidenti Donald Trampın da məqsədi məhz budur. Hesab edirəm, Qüds “Yeni Berlin”, Ağlama Divarı isə Berlin divarı ola bilər. Necə ki, Berlin uzun illər Şərq və Qərb blokları arasında bölünmüşdü, Qüds də bu gün İsrail və Fələstin arasında kəskin ideoloji, siyasi və dini ayrılığın mərkəzində dayanır. Hər iki tərəf üçün müqəddəs olan bu şəhər faktiki olaraq bölünüb və bu bölünmə yaxın gələcəkdə daha da dərinləşə bilər.
Nəticə olaraq, Fələstin dövlətinin tanınması beynəlxalq səviyyədə önəmli dönüş nöqtəsidir. Bu tanınma təkcə siyasi deyil, həm də simvolik və mənəvi əhəmiyyət daşıyır. Lakin bu, təkbaşına nə Qəzzada baş verən insan faciələrini dayandıra, nə də İsrailin ilhaq planlarının qarşısını ala bilər. Davamlı və ədalətli sülh üçün beynəlxalq ictimaiyyətin real və effektiv təzyiqlərinə ehtiyac var. Əks təqdirdə İsrail istəyinə nail olacaq. Hətta istisna deyil ki, Təl-Əviv yaxın zaman ərzində diqqəti yayındırmaq üçün İranla gərginliyi yenə artıracaq.
Turan Rzayev
mia.az
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb