Ruandanın prezidenti Azərbaycana niyə gəlib? - TƏHLİL
20-09-2025 [19:34]
Ruanda Respublikasının Prezidenti Pol Kaqame sentyabrın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə Ruanda Prezidenti ilə təkbətək görüş keçirib, daha sonra isə nahar zamanı geniş tərkibdə müzakirələr aparılıb. Bundan əlavə, iki ölkə arasında imzalanmış sənədlərin prezidentlərin iştirakı ilə mübadiləsi mərasimi də təşkil olunub.
Görüşdə dövlət başçıları Azərbaycan ilə Ruanda arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, iqtisadi-ticari, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. Xüsusi olaraq energetika, kənd təsərrüfatı, turizm, tələbə mübadiləsi və “ASAN Xidmət” təcrübəsinin Ruandada tətbiqi məsələləri müzakirə olunub. Həmçinin, ikitərəfli hüquq-müqavilə bazasının genişləndirilməsi mövzusu da gündəmdə olub.
Öncə deyim ki, Ruanda Azərbaycanda tanınan ölkə deyil və Afrika regionu barədə biliklərimiz də hesab edirəm qənaətbəxş deyil. Bu isə əməkdaşlıq imkanlarının yetərincə öyrənilməməsinə səbəb olur. Halbuki Afrika qitəsi böyük potensiala malikdir və ölkələrlə yaxından tanışlıq əməkdaşlıq perspektivlərini artırmaq baxımından vacibdir.
Ruanda unikal bir ölkədir. 1994-cü il soyqırımı faciəsindən sonra ölkə demək olar ki, tamamilə yenidən qurulub və bu bərpa prosesi Ruandaya həm daxili stabillik, həm də regional nüfuz qazandırıb. Bu proses sərt, amma effektiv idarəetmə və planlı iqtisadi strategiyalarla reallaşdırılıb. Hazırda Ruanda Afrika qitəsində sürətlə inkişaf edən nümunəvi ölkələrdən biridir.
Prezident Pol Kaqame vizyon sahibi kimi ölkəsinin inkişafında böyük rol oynayır. O, uzunmüddətli planlaşdırmaya önəm verir, texnologiya, təhsil və kənd təsərrüfatı sahələrində modernləşdirməyə çalışır. Aparılan islahatlar iqtisadi artımı sürətləndirib və Ruandanın Afrika qitəsində nümunəvi model kimi göstərilməsinə səbəb olub.
Ruanda həm regional, həm də beynəlxalq diplomatiyada aktiv rol oynayır. Ölkə yalnız qonşu dövlətlərlə deyil, qlobal təşkilatlar və müxtəlif dövlətlərlə də strateji əməkdaşlıqlara önəm verir. Kiçik ölçüsünə baxmayaraq, Ruanda strateji düşüncəli idarəetmə, davamlı inkişaf və regional nüfuz baxımından Afrika qitəsində xüsusi mövqe tutur.
Bu baxımdan Ruanda Azərbaycana çox bənzəyir. İki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Pol Kaqamenin Azərbaycana səfəri diplomatik əlaqələrin inkişafı və regional əməkdaşlığın möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Səfər həmçinin Azərbaycanın beynəlxalq münasibətlərdə mövqeyinin gücləndirilməsi və müxtəlif regionlarla əlaqələrinin genişləndirilməsi üçün mühüm addım kimi qiymətləndirilə bilər.
Ruanda Azərbaycanın həm siyasi, həm hərbi, həm də diplomatik sahələrdə uğurlarını yaxından izləyir. Son illərdə Ruanda ordusunun modernləşdirilməsinə verdiyi önəm, ölkəmiz tərəfindən təcrübə və məsləhət paylaşımı baxımından əməkdaşlıq imkanları yaradır.
Təhsil sahəsində də əməkdaşlıq potensialı böyükdür. Ruandalı tələbələrin Azərbaycandakı universitetlərdə təhsil proqramlarına cəlb edilməsi, həm Ruandanın inkişafına, həm də Afrika qitəsinin yaxından tanınmasına töhfə verə bilər.
Ruandanın Afrika qitəsində “Sinqapur” modeli yaratmaq istəyi diqqət çəkir. Ölkə coğrafi mövqeyi və strateji baxışları ilə bu hədəfə uyğun addımlar atır.
Aviasiya sahəsində əldə olunan uğurlar, xüsusilə Kigali Beynəlxalq Hava Limanının müasir standartlara cavab verməsi və Ruanda Hava Yollarının regionda tanınması, ölkənin tranzit və logistika potensialını artırır. Bu baxımdan gələcəkdə Ruandadan birbaşa uçuşların işğaldan azad edilən ərazilərdəki Füzuli və Zəngilan beynəlxalq hava limanlarına həyata keçirilməsi mümkündür. Bunu xüsusi ilə qeyd edirəm çünki, bu kimi ölkələrdən bir başa uçuşların yeni hava limanlarına edilməsi həm regionların inkişafına səbəb olacaq həm də ölkənin əsas hava limanın yükünü azalda bilər.
Turan Rzayev
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb