Səudiyyə Ərəbistanı Pakistan-Türkiyə-Azərbaycan hərbi blokuna qoşulur? - TƏHLİL
19-09-2025 [18:44]
Pakistanın baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman hər iki ölkəyə hücum zamanı qarşılıqlı yardım üçün strateji müdafiə sazişi imzalayıblar.
Elə bu yaxınlarda Hindistan-Pakistan müharibəsi baş verdi. Bu müharibədə Türkiyə və Azərbaycan Pakistanın yanında yer aldı. Xüsusən Türkiyənin bu işə müdaxiləsi Pakistanın qələbəsini təmin etdi. Bundan dolayı Şahbaz Şərif Türkiyə və Azərbaycanda oldu, hər iki ölkəyə rəsmən təşəkkürünü bildirdi.
O da sirr deyil ki, II Qarabağ Müharibəsində Pakistan Azərbaycana ciddi şəkildə dəstək verib.
Yəni Pakistan-Türkiyə-Azərbaycan hərbi ittifaqı mövcuddur. Hindistan-Pakistan müharibəsi kimi qlobal xarakterli bir sınaqdan keçib. Kritik vəziyyətdən üzü ağ çıxıb...
Səudiyyə ərəbistanının Pakistanla hərbi baxımdan daha da yaxınlaşması Pakistan-Türkiyə-Azərbaycan hərbi blokuna necə təsir edəcək? Şübhəsiz ki, edəcək. Başqa cür ola da bilməz. Yəni tezliklə Türkiyə-Pakistan-Azərbaycan və Səudiyyə Ərəbistanı hərbi bloku yarana bilər. Yəni bu, real söhbətdir...
Onu da deyim ki, Səudiyyə Ərəbistanının Pakistana təsir imkanları son dərəcə yüksəkdir. Hətta bu təsir o həddədir ki, Pakistanın daxilində mövcud olan siyasi qarşıdurmalar belə Səudiyyənin müdaxiləsi ilə həll olunur...
MHP lideri Dövlət Baxçalı buyurur ki, Türkiyə ABŞ-İsrail ittifaqına qarşı Rusiya və Çinlə ittifaqa girməlidir. Düşünürəm ki, bu, yanlış mövqedir. Türkiyə İslam Ölkələrini bir araya gətirib hərbi baxımdan möhtəşəm bir ittifaq yarada bilər. Tarixən Türkiyənin (Osmanlı) İslam Dünyasında xüsusi bir missiyası olub. Türkiyə İslam Dünyasında yenidən baş rolda çıxış etməlidir. Əslində proseslər elə ona doğru gedir...
Səudiyyə Ərəbistanı islam Dünyasının ən varlı ölkəsidir. Artıq Türkiyə və Pakistanda hərbi texnologiya sürətlə inkişaf edir. Səudiyyə Ərəbistanı bu inkişafa maliyyə dəstəyi verməklə prosesi sürətləndirə bilər...
Başqa və son dərəcə önəmli bir məqam. Səudiyyə Ərəbistanının əlində Amerika istehsalı olan möhtəşəm silahlar var. Ancaq Səudiyyə Ordusu bu silahlardan istifadə etmək gücündə deyil. Hərbi baxımdan peşəkarlıq son dərəcə aşağı səviyyədədir.
2025-ci ildə Səudiyyə ərəbistanının hərbi büdcəsi 80 milyard dollardır. Bu, fantastik rəqəmdir. Bu baxımdan Səudiyyə ərəbistanı dünyada 7-ci yerdədir. Müqayisə üçün deyim ki, Türkiyənin hərbi büdcəsi 25 milyard dollarıdır və dünyada 17-ci yerdə gedir. Ancaq Türkiyə ilə müqayisədə Səudiyyə Ordusu yox kimi bir şeydir...
Bir məqamı da deyim. Səudiyyənin əlində olan ultra-müasir Amerika silahları təbii ki, israilə qarşı istifadə oluna bilməz. Çünki Amerika silahları İsrailin hərbi texnikasını özünükü kimi qəbul edir. Bu situasiyanı dəyişmək olarmı? Nəzəri baxımdan bu, mümkündür. Belə ki, Səudiyyənin əlində olan Amerika silahlarının proqramını dəyişmək lazımdır. Bu isə son dərəcə mürəkkəb bir işdir. Ancaq Türkiyə və Pakistan bu məsələdə müəyyən uğur qazana bilərlər. ancaq bu uğur situasiyanı kökündən dəyişə bilərmi? Yaxşı olar ki, bu kimi suallara mütəxəssislər cavab versin.
İstənilən halda Səudiyyə Ərəbistanının Türkiyə-Pakistan-Azərbaycan hərbi ittifaqına qoşulması ortaya ciddi bir alyansın çıxmasına səbəb olardı...
Aydındır ki, İslam Dünyası texnologiya baxımından Qərbdən kəskin şəkildə geri qalır. Ancaq Türkiyə və Pakistan bu geriliyi aradan qaldırmaq üçün böyük işlər görürlər. Ortadakı nəticə onu deməyə əsas verir ki, yaxın gələcəkdə bu müstəvidə nəzərəçarpacaq dəyişikliklər ola bilər...
Elbəyi Həsənli. Sürix
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb