Konstitusiyaya dəyişiklik: referendum olacaq, yoxsa... - TƏHLİL
19-09-2025 [14:17]
“Konstitusiya və Suverenlik ili” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib ki, yeni çağırışlar meydana çıxır, Konstitusiya səviyyəsində buna cavab verilməlidir.
O bildirib ki, hər bir xalqın müstəqil, suveren dövlət qurmaq arzusu var.
Sitat: “Dünyada 5000-dən çox xalq, etnik qrup yaşayır, Azərbaycana suveren dövləti olmaq nəsib olub. Azərbaycanın ilk milli Konstitusiyası 1995-ci ildə qəbul olundu. 1991–1993-cü illər ərzində Konstitusiyanı hazırlamaq mümkün olmadı. Mənim yaxşı yadımdadır, 1995-ci ildə qəbul edilən Konstitusiyanın hazırlanması üzrə İşçi Qrupunda biz də fəaliyyət göstərirdik. Konstitusiyanın əsas qayəsi hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının konstitusion səviyyədə təsbit olunması idi. İndiyə kimi Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi ilə bağlı bir neçə referendum keçirilib. Bu əlavə və dəyişikliklər vətəndaşlarımızın hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsi məsələləri idi. Yeni çağırışlar meydana çıxır, Konstitusiya səviyyəsində buna cavab verilməlidir. 2020-ci ildə biz Vətən müharibəsində qalib gəlsək də, bəzi ərazilər hələ də ermənilərin əlində idi. Nəhayət, 2023-cü ilin sentyabrında Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və digər yerlərdə Azərbaycan bu məsələni həll etdi və Azərbaycanda separatizmin kökü bir dəfəlik kəsildi. Suverenlik hər bir dövlət üçün müqəddəs anlayışdır. Bu gün artıq Azərbaycan həm daxili, həm xarici siyasətində tam suveren dövlətdir”
Ziyafət Əsgərovun konfransda dedikləri diqqət çəkir. Xüsusilə də bir müddətdir ictimaiyyətdə gedən Konstitusiya referendumu mövzusu yenidən aktuallaşır. Məsələ ondadır ki, Azərbaycanın qarşısında duran yeni geosiyasi, hüquqi və təhlükəsizlik çağırışları, xüsusilə də post-münaqişə dövründə formalaşan yeni reallıqlar artıq Konstitusiya səviyyəsində cavablandırılmalıdır. Bu, ilk növbədə ondan xəbər verir ki, dövlətin hüquqi bazasının, xüsusən də Konstitusiyanın hazırkı reallıqlara tam cavab verməsi məsələsi gündəmdədir.
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Qarabağ ərazisində Azərbaycanın suverenliyinin tam bərpa edilməsi təkcə hərbi-siyasi qələbə deyil, həm də hüquqi müstəvidə yeni mərhələnin başlanğıcı oldu. Bu yeni mərhələdə dövlətin idarəetmə sistemi, ərazi idarəçiliyi, insan hüquqları, milli azlıqların statusu və digər məsələlər artıq daha dərindən tənzimlənməlidir. Mövcud Konstitusiya bu məsələlərə toxunsa da, yeni dövrün spesifik xüsusiyyətlərinə tam uyğun deyil. Bu isə Konstitusiya dəyişikliyinin zəruriliyini ortaya qoyur.
Eyni zamanda, Ermənistanla davam edən uğurlu sülh prosesi fonunda müəyyən addımların atılması zərurəti yarana bilər. İstər sərhədlərin tanınması, istər yeni regional əməkdaşlıq mexanizmləri kimi məsələlər hüquqi əsas tələb edir.
Düzdür, Əsgərovun çıxışında referendum birbaşa qeyd olunmasa da, “Konstitusiya səviyyəsində cavab verilməlidir” ifadəsi çox açıq şəkildə hüquqi mexanizmlərin, xüsusilə də dəyişikliklərin gündəmdə olduğunu göstərir.
Azərbaycanda Konstitusiyaya dəyişikliklər yalnız referendum yolu ilə həyata keçirilə bilər. Bu baxımdan, əgər dəyişiklik ehtiyacı siyasi səviyyədə rəsmiləşərsə, referendumun keçirilməsi yüksək ehtimaldır. Bura həm suverenliklə bağlı müddəaların möhkəmləndirilməsi, həm də post-münaqişə dövrünün yeni idarəetmə və hüquqi reallıqları daxil edilə bilər.
Yəni nəticə etibarilə, bu çıxış birbaşa referendumun elan olunması deyil, amma ciddi şəkildə ona hazırlıq siqnalı kimi qəbul oluna bilər.
Turan Rzayev
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb