Milli Məclisdə mübahisə: "Naxçıvanla bağlı dediyiniz fikri qəbul etmirəm, bu sözləri deyəndə ehtiyatlı olun"
19-09-2025 [12:15]
Milli Məclisdə deputat Fazil Mustafa ilə vitse-spiker Ziyafət Əsgərov arasında mübahisə yaşanıb.
Məlumata görə, buna səbəb deputat Fazil Mustafanın fikirləri olub.
F.Mustafa bildirib ki, Naxçıvanla Azərbaycanın quru sərhədinin açıldığı gün “bütöv Azərbaycan” terminin canlanacağı gün olacaq:
“Naxçıvan bir ada olsaydı, su ilə əlaqə olsaydı, onda ayrılmaz hissə kimi qalırdı. Lakin dövlət suverenliyini bərpa etsək də, quru əlaqənin olmaması səbəbindən Azərbaycanı real məzmunda bütövləşdirmək prosesini yekunlaşdırmamışıq. Bu baxımdan çalışmalıyıq ki, bundan sonrakı dövrdə siyasi terminologiyadan hüquqi terminologiyaya adlamağa cəhd edək. Məsələn, xalq suverenliyi siyasi terminologiyadır, bir az demoqoji mahiyyət daşıyır. Amma milli suverenlik, dövlət suverenliyi hüquqi terminologiyadır. Prezidentin bizə yaratdığı imkanı bu istiqamətə yönəltsək, gələcək Konstitusiyanın da təməl əsaslarının saxlanılması ilə bəzi yeni reallıqlara uyğun bu dəyişiklikləri etməyi nəzərdə tuta bilərik”.
Vitse-spiker Ziyafət Əsgərov isə Fazil Mustafanın fikri ilə razılaşmayıb. O bildirib ki, dövlət başqa anlayışdır, xalq isə başqa anlayışdır:
“Azərbaycanda hakimiyyəti xalq formalaşdırdığı üçün xalqın suverenliyindən söhbət gedir. Sizin Konstitusiyaya dövlət suverenliyi əlavə edilməsi fikrinizlə razıyam, Naxçıvanla bağlı dediyiniz fikri qəbul etmirəm. Konstitusiyamızda bir anlayış var ki, Azərbaycan ərazisi bölünməzdir, bütövdür. Ora quru yolu var və ya yoxdur, bunu quru yolla əlaqələndiririksə, sizin bu fikrinizdən sonra başqaları da deyə bilər ki, quru yolu əlaqəsi yoxdursa, onda Naxçıvan heç Azərbaycanın ərazisi deyil.
Bu sözləri deyəndə ehtiyatlı olun xahiş edirəm! Bizim ərazimiz bütövdür, vahiddir, Azərbaycan ərazisi bölünməzdir! Vaxtilə sovet hakimiyyəti illərində götürüb Azərbaycan ərazisi olan Zəngəzuru kəsib Ermənistana veriblər, amma hər halda bizim ərazimiz olub. Naxçıvana quru yol da açılacaq, Zəngəzur yolu da açılacaq. Amma ərazini quru yolla əlaqələndirib ərazi bütövlüyümüzü şübhə altına almaq düz alınmır”(qafqazinfo).
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb