Hekayəti-Müsibəti-Santuş: gizli anlaşmalar və ya "istefa" sualına kimlər niyə mane olurdu? - VİDEO
18-09-2025 [22:25]
Futbol üzrə millinin keçmiş baş məşqçisi Fernandu Santuş gedəndən bəri həmkarlarımı təəccüblə izləyirdim.
Deyəsən, artıq sakitlik çöküb və mən indi soruşmaq istəyirəm onlardan: “Bəs niyə Estoniya ilə oyundan sonra mən Santuşa “istefa” sualını verəndə dodaq büzmüşdünüz?
Dalımca qeybət elədiniz, “bu, nə sualdı verir”, deyə.
AFFA-nın mətbuat xidmətinin keçmiş rəhbəri Elnur Məmmədli mənim sözümü kəsəndə, sonra da “ictimai-siyasi mətbuatdan idmana niyə gəlib”, - deyə jurnalistlərin arasında dalımca danışanda, nə əcəb susdunuz?
Hələ onda hamı sözü bir yerə qoysaydı, Santuş aylarla oturub qalmayacaqdı, AFFA sözümüzü tez eşidərdi və boş-boşuna o qoca kişiyə də əziyyət olmayacaqdı. Sakitcə 5-3 manat kompensasiyasını götürüb gedəcəkdi. Siz də uzaq İslandiyada qeyzlənib kişini yerin dibinə soxmayacaqdınız. Mən burada mədəni şəkildə soruşmuşdum da, ondan, “nə vaxt istefa verəcəksinz, cənab Santuş”, - deyə. Məni diskriminasiya elədiniz. Unudanlar üçün aşağıda həmin videonu əlavə edirəm. Baxın, zəhmət olmasa.
Santuşun 3+ müqaviləsini gözümə soxanlara o zaman demişdim ki, müqaviləyə vaxtından qabaq xitam vermək olar. Bunu Beşiktaşla təcrübədə görmüşük. Niyə Santuş mənə “Beşiktaşla başqa hekayəmiz var” – deyəndə o hekayənin müsibətinə qulaq asmadınız?
Mən konkret olaraq meydanda tək idim onda.
Saqqalım yoxdu, sözüm ötmür, deyəcəm də, onu da deyə bilmirəm. Çünki zarafatdan keçib bu əhvalat. Reallıq budu ki, zamanında bir-birimizin sözünə hörmət etmirik, hətta ayrı-seçkilik salırıq, məsələn, biri oradan gəlib, biri buradan gəlib, deyə, sözün düzünü deyənin də qeybətini edirik.
E.Məmmədli AFFA-ya əlvida postu yazanda bir-iki cümləsinə dodağım qaçmışdı. Yazmışdı ki, ay nə bilim, “milli komandanın baş məşqçisinin yerli ola biləcəyinə dair söhbətlər”, insanlarda inam-zad. İnsanın biri mən. Santuşa istefa sualı verəndə o inamdan məndə də vardı. İstəyirdim o getsin, yerli məşqçi olsun millidə. Amma öldürdünüz o inamı. O zamandan sonra heç sual vermədim Santuşa. Heç millinin oyunlarına da davamlı baxmadım.
Madam Santuşun yola salınması bizim əlimizdəydi, bizim suallardan asılıydı, onda məni niyə gözümçıxdıya salmışdınız?
Ha onda getdi Santuş, ha indi. Adam elə bil dincəlməyə gəlmişdi, sadəcə, maaş alırdı. O pul da bizim cibimizdən gedirdi. Bir neçə dəfə böyükhesablı məğlubiyyətdən sonra dedi ki, günahkar özüməm. Daha nəyi gözləyirdi AFFA? Bir yol planı vermişdi bizə, 2026-cı ilə millini Dünya Çempionatına hazırlamaq, daha nə bilim, struktur, sistem dəyişiklikləri, filan. Edə bilmədi adam. Ya vaxtı olmadı, ya həvəsi, ya da sadəcə, milli komanda onu istəmədi.
Bəli, bəli, istəmədi.
“Qarabağ”ın prezidenti Tahir Gözəl transfer söhbətinə dair müzakirələrin qızğın vaxtında bir cümlə işlətdi, çoxları bu sözün altındakı mübhəm mənanı tuta bilmədi, amma mən anladım onun nə dediyini. T.Gözəl açar söz işlətmişdi transfer söhbətində. Demişdi ki, gedib kimisə alarıq, sonra onu komanda istəməz (!), bir də gördün, deyirlər ki, “xeyir ola, biz ona pas vermirik (!!), bizdən artıqdı?” və s.
Baxın, bu vəziyyət nəinki böyük futbolda, hətta məhəllədə oynayanda da baş verir. Komanda idmanının əslində faciəsidi bu. Birlik olmayanda heç kim oynamır. Qruplaşma, daxili gərginlik, siyasi müdaxilə, kənardan sifariş – bütün bunlar komanda idmanın problemləridi. Bizim milli də əslində bu faciəni yaşayır.
Məsələn, düşünün, necə olur ki, Avroliqada tarix yazan “Qarabağ”çılar Toral, Elvin, Bədavi, yaxid “Neftçi”dən Emin öz klubları üçün həqiqi futbol oynayır, Santuşa çatanda uduzurdular?
Eyni adamlar, eyni motivasiya, dəyişən nədi ki? Santuş əvvəlcə anlamamışdı bunu, sonradan başa düşsə də vecinə almadı. Kim zəmanət verir ki, İslandiyada milliyə “oynamayın”, - deyən olmayıb kənardan? Deyəcəksiniz, Elnurun sözü olmasın, istimai-siyasi mətbuatdan boylanırsan, ola bilməz belə şey. Bu oyun Santuşun sonunu gətirdiyi üçün mən inanıram öz yazdığıma. Millinin Santuşun acığına oynamaq istəmədiyini düşünürəm. Yerli məşqçi arzusunda olan futbolçularımızın son oyundakı canfəşanlığının müvəqqəti yerli məşqçi ilə əlaqəsi olmadığını söyləməyə cəsarət edə bilməzsiniz, elə deyilmi?
Mənə maraqlı gələn həm də odu ki, Santuşu yola salmağın yolu bizdən, bizim suallardan keçdi. Niyə görəsən?
Mən “istefa” deyəndə sözümü kəsməyə çalışanların rəhbərləri sonradan niyə jurnalistlərə yol göstərdi bununçün?
AFFA-nın yeni Baş katibi Cahangir Fərəcullayev İslandiyadan sonra özü jurnalistlərə məsləhət gördü ki, Santuşa istefasına dair sual versinlər. Lətifədən uzaq, ilanı Seyid Əhməd əliylə vurmaq nəydi elə?
Mən həm də düşünürəm ki, niyə AFFA bu adamla müqavilənin vaxtından əvvəl pozulmasına dair müddəaları ictimaiyyətə açıqlamır?
Məsələn, ona nə qədər kompensasiya ödənildiyini bilmək mənim haqqımdı. Elə hamı bilməlidi mənim kimi. Bəziləri bu rəqəmin 1,4 milyon manat, başqa bir məlumatda isə 4,5 milyon manat olduğu bildirilir. Kommersiya sirri deyil ki bu. Santuşla müqavilə keçən ilin iyun ayında bağlanmışdı və Mia.az xəbər verir ki, portuqaliyalının müqavilə müddəti 2028-ci ilədək qüvvədəydi. İndi hansı əsaslarla pozulub? Milliyə yeni baş məşqçinin təyinatı ilə bağlı dolaşan rəngli xəbərlərin fonunda Santuş hekayəsinin təfərrüatlarını öyrənmək artıq şərtdir. Bir də gördünüz, yenə oradan-buradan qovulan kimisə gətirdilər milliyə.
Məsələn, Türkiyə mətbuatı Fatih Terimə işarə vurub. Fatih Terim kimilər hekayə deyil uje, muzkomediyadı, bilirsiniz də, eləmi?
Bizə isə dastan lazımdı.
Məsələn, Koroğlu dastanı-filan kimi bir şey.
Zülfiyyə Mustafayeva
Mia.az
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib