Ayda 100 manat və... - “Qarabağ” Futbol Akademiyasını söndürüb yandırsaq, düzələr?
18-09-2025 [17:29]
Avroliqa oyunları çərçivəsində “Qarabağ”ın “Benfika” ilə oyunundan əvvəl hər iki klubun 19 yaşlılardan ibarət komandaları da qarşılaşıb. Gənc “Benfika”lılar bizim gənclərə 7 qol vurub.
Mia.az xəbər verir ki, bizim gənclər də dözməyib, onların qapısından bir qol keçiriblər.
Bu oyun və məğlubiyyət çox düşündürücüdü.
Gənclər, deyib, keçməyək, çünki böyüklərin komandası elə gənclərdən ibarətdi. Hazırda yüksək futbolda uğur 13 yaşdan başlayır.
Biz legioner limitinə qoyulan qadağa götürüləndən sonra ölkədə özümüzünkülərin necə yetişəcəyindən danışıb çox əndişə etdik. Yerli futbolçulara stimul üçün AFFA onlara maliyyə stimulu tətbiq edəcək bu mövsümdən etbarən. Yerli futbolçulara qoyulan sərmayə həmçinin milli komandanın daha güclü heyətlə formalaşması deməkdi. Amma aşağı yaş qrupları üzrə komandalar çox az hallarda üzümüzü güldürür.
Onların tamaşaçı auditoruyası da yoxdu. Məsələn, mən dəfələrlə 21 yaşlılardan ibarət millinin oyununa baxmışam. Tamaşaçı marağı sıfır. Tribunalar bomboş. Klublar dəvətnaməylə adam yığır oraya. Bircə dəfə İngiltərə 21 yaşlılar millisi gələndə tribunalarda azarkeşlər vardı. Onlar da bizimçün yox, İngiltərə millisində oynayan tanınmış ingilis klublarının oyunçuları üçün gəlmişdi.
Bizim aşağı yaş qruplarının maliyyə dəstəyimi zəifdi? Əslində mövzu araşdırma üçün çox münasibdi. Bu yaxınlarda veteran məşqçilərdən biri də bu problemdən danışmışdı yanımda.
“Qarabağ”ın 19 yaşlılardan ibarət komandası klubun akademiyasının yetirmələrindən formalaşır.
O yetirmələr ki, klubun prezidenti Tahir Gözəl dolayısı ilə onlara görə Avroliqa oyunları üçün transfer etmədi. Yəni, dedi ki, vaxt çox azdı, üstəlik, bəzi cəhdlər boşa çıxıb, pulu da hara gəldi, necə gəldi, xərcləməyin mənası yoxdu, bu günün sabahını düşünmək lazımdı, sabah pul olmayanda kiməsə ağız açmayaq və ən əsası da bu yetirmələri xatırlatdı. Onların yetişdirilməsinin vacibliyini qeyd elədi. Yəni, gələcək üçün yatırım etmək, gənclərimizin arxasında durmaq istəyirik, - dedi.
Bunu eşitmək çox xoşdu, təbii ki. Nəzərə alsaq ki, “Qarabağ”ın futbol akademiyası da çox zəifdi, daima sönük məşqlər və motivasiyasız müəllimlərlə bağlı valideyn narazılıqları ilə üzləşirik, Akademiyanın fəaliyyətində köklü dəyişikliklər çox yerinə düşərdi.
Çünki “Qarabağ”ın hazırkı şöhrətinə aldanaraq uşaqlarını Akademiyaya gətirənlər bir müddət sonra məyus olur və gedir. Heç ödənişli əsaslarla (ayda 100 AZN ödəməklə) kurslara gələnlərin də məşqləri əyləncədən o yana keçmir.
Adama elə gəlir ki, bu Akademiyanı bir dəfə söndürüb yandırsaq, düzələcək. Format eləmək olmur, çünki, hər şeyin dağılmasını istəmirsən. Amma bircə dəfə cərəyan xəttindən ayırmağa məncə, ehtiyac var.
Birdən-birə möcüzə olacağını düşünmürük. Ən azından, T.Gözəlin fikirləri “Qarabağ”ın aşağı yaş qruplarını çalışdıran məşqçilərinə motivasiya verməliydi.
Necə olmasa da, əsas komanda dolayısı ilə onlara görə transfer eləmədi.
Zülfiyyə Mustafayeva
Mia.az
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib