İlham Əliyev Qarabağdan mesajlar verir - TƏHLİL
15-09-2025 [16:12]
Prezident İlham Əliyev Qarabağa növbəti səfərini həyata keçirib. Dövlət başçısının bu səfəri regionda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin gedişi ilə yerində tanış olmaq, həyata keçirilən layihələrin icrasını nəzarətdə saxlamaq və yeni sosial-iqtisadi təşəbbüslərin təməlini qoymaq məqsədi daşıyır.
Səfər çərçivəsində Prezident İlham Əliyev işğaldan azad eidlən ərazilərə qayıdan sakinlərlə görüşüb və mühüm açıqlamalar verib.
Prezident Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdə bildirib ki, separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi.
“Doğma Qarabağ torpağında artıq gəlib yerləşdiniz. Burada bir neçə kəndin sakinləri görüşə gəlib. Bu gün bir neçə kənddə olmuşam, sabah da davam edəcək. Bütün Qarabağ artıq tam nəzarət altındadır və bildiyiniz kimi, bu ərazi iki il bundan əvvəl işğalçılardan azad edildi. Elə bu günlərdə sentyabrın 19-20-də şanlı Ordumuz separatçılığa son qoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi. “Böyük Qayıdış” Proqramı da uğurla icra edilir. Biz təqribən iki aydan sonra tarixi Zəfərimizin beşillik yubileyini qeyd edəcəyik.
Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir və şadam ki, siz artıq öz doğma dədə-baba torpağınıza gəlmisiniz, yerləşmisiniz. Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var – su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi bura doğma Qarabağ diyarıdır. Gözəl mənzərəli yerlərdir, hər tərəf dağ, meşə, bulaq, su da boldur. Yəni, burada, sadəcə olaraq, rahat yaşamaq, qurub-yaratmaq, uşaqları böyütmək, onlara yaxşı tərbiyə vermək üçün bütün şərait var. Yəni, artıq Azərbaycan xalqı bundan sonra sülh içində yaşayacaq”, – dövlət başçısı deyib.
Prezident İlham Əliyevin “separatçılığın kitabı bağlandı” fikri təkcə daxili auditoriyaya deyil, həm də beynəlxalq ictimaiyyətə ciddi mesajdır. Belə ki, lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın Qarabağda qalan son separatçı ünsürləri də zərərsizləşdirməsinin ardından faktiki olaraq yeni reallıqlar yarandı. Nəticədə bölgədəki qanunsuz silahlı birləşmələr tərk-silah edildi və Azərbaycan dövlətinin hüquq-mühafizə orqanları suveren ərazidə tam fəaliyyətə başladı.
Bu hadisə yalnız hərbi deyil, eyni zamanda diplomatik və hüquqi baxımdan da dönüş nöqtəsi hesab olunur. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz suverenliyini bərpa edib və bu prosesdə ərazisində başqa bir “siyasi” rejimin, paralel “qurum”un yaşamasına son qoyub.
Prezident İlham Əliyevin çıxışında “Böyük Qayıdış” Proqramının uğurla davam etməsini xüsusi vurğuladı. Artıq azad edilmiş torpaqlarda müasir infrastrukturun qurulması, ağıllı kənd konsepsiyasının tətbiqi, yaşayış evlərinin, məktəblərin, tibb məntəqələrinin tikintisi bu qayıdışın real nəticələridir. Qarabağa qayıdan sakinlərin sosial rifahı üçün bütün zəruri şərait yaradılıb və bu, dövlətin dayanıqlı inkişaf və sabitlik siyasətinin bariz nümunəsidir.
Hadrut, Qırmızı Bazar və Sos kəndi sakinlərinin doğma torpaqlarına qovuşması, həm mənəvi, həm də siyasi baxımdan Azərbaycanın zəfərinin ən önəmli nəticələrindən biridir. Prezidentin “siz artıq öz doğma dədə-baba torpağınıza gəlmisiniz” fikri, həm də 30 illik həsrətin bitdiyinin rəmzidir.
Prezident İlham Əliyevin Qarabağ səfəri və bu səfər zamanı səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycanın post-münaqişə dövrü yüksək strateji planlama və ardıcıl siyasi iradə ilə idarə olunur. Qarabağ artıq münaqişə zonası deyil, inkişaf, yenidənqurma və sabitlik mərkəzinə çevrilməkdədir.
Prezidentin bu səfəri və verdiyi bəyanatlar göstərir ki, Azərbaycan dövlətinin suverenliyi artıq tam şəkildə təmin olunub və ölkənin siyasi xəritəsində heç bir qaranlıq nöqtə qalmayıb. Qarabağda separatçılığa son qoyulması yalnız Azərbaycan üçün deyil, Cənubi Qafqaz regionunda da uzunmüddətli sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş strateji addımdır.
Turan Rzayev
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb