"Azercell Telecom" şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir
15-09-2025 [14:48]
Abunəçilərinə ən yüksək müştəri təcrübəsi təqdim etməyi hədəfləyən "Azercell Telekom" MMC şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi istiqamətində görülən işlərin nəticələrini açıqlayıb.
Mia.az-ın məlumatına görə, hazırda 5 milyondan çox abunəçiyə xidmət göstərən şirkətin ölkə üzrə coğrafi əhatə dairəsi 95%, əhali əhatəsi isə 98,4% təşkil edir.
Texnoloji yeniliklər və infrastruktur layihələri çərçivəsində "Azercell Telecom" 2024-cü ilin yanvarından 2025-ci ilin avqustuna qədər ölkə üzrə ümumilikdə 700-dən çox baza stansiyanı müasir texnologiyalarla təchiz edərək təkmilləşdirib. Artan data trafikini optimallaşdırmaq və abunəçilərin ehtiyaclarını qarşılamaq məqsədilə ilə Bakı, Abşeron və Sumqayıtda 124, regionlarda isə 215 olmaqla ümumilikdə 339 yeni baza stansiyası istifadəyə verilib. Azercell-in həyata keçirdiyi tədbirlər nəticəsində şirkətin LTE baza stansiyalarının sayı 3700-ü ötüb.
Dünyada internet sürətinin ölçülməsi üzrə aparıcı və ən etibarlı platforma olan Ookla Speedtest-in məlumatına əsasən, "Azercell Telecom" 91.1 Mbps nəticə ilə avqust ayında ölkənin ən sürətli mobil operatoru olub. Şəbəkənin optimallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2024-cü ilin yanvar–2025-ci ilin avqust aylarını əhatə edən dövrdə ölkə üzrə mobil internet sürətində 71,6 %-lik artım qeydə alınıb.
Qarabağ bölgəsində innovativ şəbəkə infrastrukturunun qurulmasına xüsusi diqqət ayıran "Azercell Telecom" hazırda həmin ərazilərdə 208 baza stansiyası vasitəsilə yüksək keyfiyyətli mobil rabitə xidməti təqdim edir.
Şirkət həmçinin ESG strategiyası çərçivəsində ölkədə daha dayanıqlı, sağlam və yaşıl gələcəyin qurulmasına töhfə verməyi əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. 2024-cü ildə respublika üzrə "yaşıl" baza stansiyalarının sayını 37-yə çatdıran "Azercell" karbon emissiyasının azaldılması və təmiz enerji resurslarının təşviqi istiqamətində mühüm nəticələr əldə edib.
"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədinə sadiq qalan "Azercell Telecom" bütün ölkə üzrə şəbəkə infrastrukturunun modernləşdirilməsi və onun dayanıqlılığının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib