Ermənistan və Azərbaycan nümayəndələri sərhəddə: gözləntilər... - TƏHLİL
11-09-2025 [16:28]
Ermənistan və Azərbaycan nümayəndə heyətləri dövlət sərhədində qarşılıqlı səfərlər həyata keçiriblər. Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik etdikləri nümayəndə heyətlərinin sərhədyanı bölgələrə, əsasən Sünik vilayəti (Zəngəzur bölgəsi – red.) və Zəngilan rayonuna səfərləri olub.
Səfərlər zamanı bir sıra istiqamətlərdə müşahidələr aparılıb və nümayəndə heyətlərinin müzakirəsi baş tutub.
Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin sərhədyanı bölgələrə qarşılıqlı səfərləri mühüm hadisədir. İstisna deyil ki, tərəflər bir müddətdir bənzər addımlar atıb. Sadəcə sülhün qalıcı olması, kənar müdaxilə ehtimalları və təxribat cəhdlərini nəzərə alaraq “səssiz diplomatiya”ya üstünlük verirlər.
Baş nazir müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın rəhbərlik etdikləri nümayəndə heyətlərinin Zəngilan və Sünik bölgələrində apardıqları müşahidələr və müzakirələr sadəcə texniki xarakter daşımır. Bu, əslində postmünaqişə dövrünün reallıqları fonunda formalaşan praktik sülhün təməlidir.
Məkan təsadüfi seçilməyib: Sünik (Zəngəzur) və Zəngilan həm SSRİ dövründə tərəflər arasında mühüm təmas və hərəkət nöqtəsi olub, həm də bu gün maneəsiz hərəkət prinsipinin təmin edilməsi baxımından vacib nöqtədir. Başqa cür desək, bu ərazi gələcəkdə kommunikasiya xətlərinin açılması, nəqliyyat əlaqələrinin bərpası baxımından stratejidir.
Bu bölgələrdə həyata keçirilən səfərlər və müşahidələr, həm də danışıqlar masasının reallıqlarla uyğunlaşdırılması, yəni kağız üzərindəki xəritələrin yerində təsdiqi anlamına gəlir. Hər iki tərəf üçün bu, təkcə coğrafi koordinatların dəqiqləşdirilməsi deyil, həm də sülhə gedən yolun necə görünəcəyini bərabər şəkildə anlamaq və qəbul etmək cəhdidir.
Burada digər diqqətçəkən məqam da odur ki, bu qarşılıqlı səfərlər hərbi müşayiətsiz, diplomatik çərçivədə və qarşılıqlı razılıqla həyata keçirilib. Bu isə onu göstərir ki, hər iki paytaxt – Bakı və İrəvan prosesə konstruktiv və inam əsaslı baxır.
Prinsipcə tərəflər artıq reallığı qəbul edir. Bu səfərlər həmin reallığın qarşılıqlı tanınması və hüquqi rəsmiləşmənin icrası baxımından mühümdür. Təbii ki, prosesin arxasında dayanan geosiyasi amilləri də nəzərdən qaçırmaq olmaz. Regionda dəyişən qüvvələr balansı, beynəlxalq oyunçuların (xüsusilə də Avropa İttifaqı və ABŞ-ın) artan marağı və Rusiyanın nisbətən passiv mövqeyi tərəfləri daha çox birbaşa dialoqa təşviq edir. Bu kontekstdə sərhədyanı səfərlər artıq vasitəçilərlə deyil, birbaşa, ikitərəfli siyasi iradə ilə formalaşan sülh modelinin konturlarını göstərir.
Turan Rzayev
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb