Kamran Əliyevin Sinqapura səfəri başa çatıb
11-09-2025 [13:32]
Azərbaycan Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 30-cu illik konfransı və ümumi yığıncağında iştirak məqsədilə Sinqapurda işgüzar səfərdə olub.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Tədbirdə Baş prokurora ötən il Bakıda Baş Prokurorluğun təşkilatçılığı ilə yüksək səviyyədə keçirilmiş Assosiasiyanın 29-cu Ümumi Yığıncağının uğurlu təşkilinə görə təltifnamə təqdim olunub. Bununla əlaqədar çıxış edən Baş prokuror qeyd edib ki, bu mükafat ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisi olmaqla yanaşı, Azərbaycan Prokurorluğunun qlobal miqyasda səmərəli fəaliyyətinə verilən yüksək qiymətin təzahürüdür.
Konfrans zamanı, həmçinin "İqtisadi cinayətlər və aktivlərin bərpası üzrə ixtisaslaşmış şəbəkə" adlı sessiya təşkil olunub. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə rəisi İsfəndiyar Hacıyevin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycanın Baş prokurorunun müavini Heydər Məmmədov "İqtisadi cinayətlərin araşdırılmasında və aktivlərin qaytarılmasında texnologiya əsaslı yanaşmalar – Azərbaycan təcrübəsi" mövzusunda çıxış edərək, ölkəmizdə maliyyə cinayətlərinin istintaqı, aktivlərin qaytarılması, süni intellekt və müasir texnologiyaların tətbiqi sahəsində əldə edilmiş təcrübə barədə iştirakçıları məlumatlandırıb.
Tədbir çərçivəsində Baş prokuror Böyük Britaniyanın Kral Prokurorluğu Xidmətinin rəhbəri, Səudiyyə Ərəbistanı Krallığı, İsveç Krallığı və Litva Respublikasının Baş prokurorları, eləcə də Malayziya və Braziliya Federativ Respublikasının Baş prokurorlarının müavinləri ilə ikitərəfli görüşlər keçirib.
Görüşlər zamanı qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub, tərəflər beynəlxalq cinayətkarlığa qarşı mübarizədə qarşılıqlı etimada əsaslanan birgə fəaliyyətlərin əhəmiyyətini vurğulayaraq, əməkdaşlıq haqqında Memorandumun imzalanması imkanlarını da müzakirə ediblər.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran bəzi konket cinayət işlərinin istintaqı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi baş tutub.
Tədbirdə, həmçinin, Azərbaycanın İndoneziyadakı səfiri Ramil Rzayev də iştirak edib.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb