MƏRC HƏVƏSKARLARI NECƏ TORA DÜŞÜR? - "Misli" misli görünməmiş saxtakarlığa "məsuliyyət daşımırıq" cavabı verir, qanun və hüquqşünas isə...
10-09-2025 [12:47]
Hüquqşünas: Əgər Misli.az platforması doğrudan da oyunun real nəticəsini təhrif edərək başqa cür göstəribsə, müqavilə maddələrinin arxasına gizlənməklə məsuliyyətdən azad ola bilməz...
Poliqon xəbər verir ki, “Misli”nin onlayn mərc platformasında mərc həvəskarlarını aldatmaq, onları daha çox pulu mərcə qoymağa sövq eləmək üçün futbol matçlarının onlayn matç hesabları bilərəkdən saxtalaşdırır və mərc həvəskarlarına səhv məlumatlar veririr.
Misal üçün Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığması İslandiyaya böyük hesabla 5-0 məğlub olub. Bu oyunda Azərbaycan heç bir qol vurmayıb. Hətta sayılmayan qol belə olmayıb. Lakin “Misli”nin onlayn mərc platformasında komandalar arasında hesab ikinci hissədə 2-1 göstərilib.

Mərc həvəskarları hesab edirlər ki, bilərəkdən "Misli" onları çaşdırır və mərcə daha çox pul qoymağı sövq edir. Mərc həvəskarları bildirir ki, belə hallar həmişə təkraralanır.
Bununla bağlı “Misli”nin mövqeyini öyrəndik.
Sorğumuza cavab olaraq “Misli”dən bildirdilər ki, platforma belə hallara görə məsuliyyət daşımır:
“Misli.az veb-saytı idman mərc və lotereya oyunlarını beynəlxalq standartlara uyğun öz müştərilərinə təklif edən platformadır. Oyunlarla bağlı statistik məlumatlar Misli.az tərəfindən deyil, bu sahədə ixtisaslaşmış xarici təchizatçı tərəfindən təmin edilir. Bu məlumatda səhvlər və ya gecikmə halları aşkar edildikdə adətən bir neçə dəqiqə ərzində xarici təchizatçı tərəfindən aradan qaldırılır.
Misli.az-ın oyun iştirakçılarını hər hansı mərc seçimlərinə məcbur etmək kimi niyyəti yoxdur. Oyun iştirakçıları ilə bağlanan müqavilənin 11.3-cü maddəsində də qeyd edildiyi kimi, Misli.az tərəfindən verilən nümunə, kupon və mərc seçimi təklifi, yazı və s. kimi təqdim edilən əlavə xidmətlər yalnız xidmətlərin izahı üçün nəzərdə tutulub və tövsiyə xarakteri daşıyır. Misli.az bu nümunə, yazı və digər əlavə xidmətlərə görə hər hansı bir məsuliyyət daşımır.
Həmin müqavilənin 10.5-ci maddəsində də qeyd edilir ki, Misli.az oyun seçimini asanlaşdırmaq üçün müxtəlif təkliflər, o cümlədən mərc seçimi təklifləri və ya statistik məlumatlar verə bilər. Lakin təkliflərin seçilməsinə görə ancaq İştirakçı məsuliyyət daşıyır.
Mərc edilən zaman açılan dialoq pəncərəsində də Misli.az-ın əks etdirilən statistik məlumatlara görə məsuliyyət daşımadığı qeyd edilir”, deyə sorğumuza aldığımız cavabda bildirilir.
Aydınlıq üçün Misli.az-ın elektron müqaviləsinin 10.5 və 11.3 maddələrini təqdim edirik:
Maddə 10.5. Misli.az oyun seçimini asanlaşdırmaq üçün müxtəlif təkliflər, o cümlədən mərc seçimi təklifləri və ya statistik məlumatlar verə bilər. Lakin təkliflərin seçilməsinə görə ancaq İştirakçı məsuliyyət daşıyır.
Maddə 11.3. Misli.az tərəfindən verilən nümunə, kupon və mərc seçimi təklifi, yazı və s. kimi təqdim edilən əlavə xidmətlər yalnız xidmətlərin izahı üçün nəzərdə tutulmuşdur və tövsiyə xarakteri daşıyır. Misli.az bu nümunə, yazı və digər əlavə xidmətlərə görə hər hansı bir məsuliyyət daşımır və İştirakçı bununla bağlı Misli.aza qarşı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.
Qeyd edək ki, burda söhbət heç də kupon və mərc seçimi təklifi ilə bağlı tövsiyyələrdən, əlavə xidmətlərdən getmir. Söhbət Misli.az-ın rəsmi səhifəsində insanların bilərəkdən aldadılmasından, onlara yanlış məlumat verilməsindən gedir ki, bu da Misli.az-ın qanunları bilərəkdən, düşünülmüş şəkildə pozduğunu göstərir və təbii ki, bununla bağlı Misli.az hüquqi və mənəvi məsuliyyət daşıyır. Yəni aldığımız cavabda Misli.az növbəti dəfə bizi də yanıltmağa cəhd edib...
Misli.az-ın cavabının hquqi tərəflərin araşdırmaq üçün Poliqon-un əməkdaşı hüquqşünas Ellada Bayramovaya müraciət edib.
Hüquqşünas bildirib ki, onlayn mərc və qumar tipli platformalarda istifadəçilərə təqdim olunan “razıyam” tipli müqavilələr hüquqda “elektron müqavilə” və ya “oferta-aksept əsasında bağlanan müqavilə” hesab olunur. Azərbaycan Respublikasının qanunvericiliyinə görə müqavilə şifahi, yazılı və ya elektron formada bağlana bilər və Mülki Məcəllənin406.1 maddəsinə görə elektron üsulla göndərilən təklif və cavab da müqavilənin bağlanmasına gətirib çıxarır.
Lakin müqavilə azadlığı və onun sərhədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə tərəflər müqavilə şərtlərini azad müəyyən edə bilirlər (maddə 390). Lakin bu azadlıq ictimai qaydaya, qanunlara və dürüstlük prinsiplərinə zidd ola bilməz. Yəni, heç bir müqavilə şərti istehlakçının aldanmasına, yanıdılmasına haqq qazandıra bilməz.
Hüquqşünas bildirib ki, Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa əsasən istehlakçıya yanlış və ya aldadıcı məlumat verilməsi qadağandır və bu halda “Misli.az” platforması məhsul və ya xidmət barədə düzgün və dürüst məlumat vermək öhdəliyinə malikdir:
“Aldadıcı məlumat əsasında bağlanan müqavilələr, ümumiyyətlə, etibarsız hesab oluna bilər (MM, maddə 329 və 330). Misli.az müqaviləyə belə maddələr (10.5 və 11.3) daxil etməklə öz məsuliyyətini minimuma endirməyə çalışır”, deyə Ellada Bayramova vurğulayıb
Hüquqşünas qeyd edib ki, burda vacib fərq var. Əgər platforma sadəcə statistik məlumatı, proqnozu və ya kupon nümunəsini təqdim edirsə, onda məsuliyyətdən yayınması hüquqi cəhətdən mümkündür:
“Amma əgər real oyun hesabını bilərəkdən yanlış göstərirsə, bu artıq istehlakçını yanıltmaqdır və müqavilə maddələri ilə belə bir məsuliyyəti üzərindən atmaq qanunvericiliyə ziddir.
Başqa sözlə, heç bir müqavilə şərti bir şirkətə bilərəkdən saxta məlumat vermək və aldatmaq imtiyazı verə bilməz. Bu, aldadıcı kommersiya praktikasına aid edilir və həm Mülki Məcəlləyə, həm də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna görə qadağandır.
Əgər Misli.az platforması doğrudan da oyunun real nəticəsini təhrif edərək başqa cür göstəribsə, bu müqavilə maddələrinin arxasına gizlənməklə məsuliyyətdən azad ola bilməz.
Belə hal istehlakçıların aldadılması kimi qiymətləndirilir və müştərilərin AR Mülki Məcəlləsinə və istehlakçı hüquqlarının müdafiəsi qanunlarına əsasən iddia qaldırmaq hüququ var. Hətta bu cür maddələr məhkəmə tərəfindən etibarsız şərt (null and void) kimi tanına bilər.
Misli.az platformasının 10.5 və 11.3-cü maddələri onları yalnız məsləhət xarakterli statistik və təkliflərə görə məsuliyyətdən qismən azad edə bilər. Amma oyunun real hesabını bilərəkdən yanlış göstərmək artıq istehlakçının aldadılmasıdır və bu halda qanun müqavilə maddələrinin üstünlüyünü tanımır. Deməli, Misli.az da belə hallarda məsuliyyətdən yayınmır”, deyə hüquqşünas şərhini yekunlaşdırıb.
Hüquqşünasın da şərhindən gördüüyümüz kimi, Misli.az bilərəkdən açıq şəkildə qanunları pozaraq hansısa elektron müqavilə vasitəsi ilə özünü məsuliyyətdən azad etməyə cəhd edir.
Xatırladaq ki, Poliqon hələ 2023-cü ildə Misli.az platformasının mərc həvəskarlarına saxta məlumatlar verərək aldatması barədə məqalə dərc edib. Həmin məqlə ilə aşağıdakı linkdə tanış ola bilərsiz:
Aradan ötən müddətdə Misli.az platforması Azərbaycan qanunlarını bilərəkdən, anlaqlı şəkildə pozmağa və öz müştərilərini aldatmağa davam edir. Bəs bu hal nə qədər davam edəcək?
Poliqon.info
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib