Yerli futbolçular öz komandasına əlavə qazanc gətirəcək
10-09-2025 [09:35]
Futbol üzrə builki mövsümdə Azərbaycan Premyer liqasında maraqlı dəyişiklik edilib.
Mia.az xəbər verir ki, bu ildən etibarən, Premyer Liqa (PL) klublarının heyətində yerli futbolçuların meydana çıxarılmasına görə klublar həvəsləndirici vəsait alacaq.
Əslində, bu, elə də böyük məbləğ deyil. Çünki klublara ödəniləcək məbləğ legionerə görə allnan rüsumlardan formalaşır. Amma istənilən halda, yaxşı təşviqdi. Çünki, bonuslar yerli futbolçuların meydanda olduğu dəqiqələrə görə hesablanır. Yerli futbolçunu meydanda daha çox müddətdə saxlayan və oynadan komandaya tətbiq ediləcək maliyyə bonusu ümumi dəqiqə sayındakı faiz payına uyğun olacaq.
Məsələn, ümumi yerli futbolçu 1,0 əmsal, 21 yaş və daha gənc yerli futbolçu 1,5 əmsal, klubun yetirməsi (əsas komandaya yüksələnə qədər eyni klubun aşağı yaş qruplarında və ya əvəzedici komandasında ardıcıl minimum 3 mövsüm çıxış etmiş futbolçu) isə 2,0 əmsalla qiymətləndiriləcək. Amma vacibdi ki, futbolçu əsas 90 dəqiqəlik vaxtda meydanda olsun. Əlavə olunmuş vaxtda meydana daxil olan oyunçular üçün yalnız 1 dəqiqə qeydə alınır. Bir futbolçu eyni zamanda bir neçə kateqoriyaya uyğun gəlsə, onun oyun dəqiqələri ən yüksək əmsalla hesablanır.
Hazırda Premyer Liqada aşağı büdcə ilə çıxış edən və legioner almağa onsuz da pulu olmayan komandalar bu fürsətdən yararlana bilər. Eyni zamanda, bu maliyyə avantajı klubların akademiyasında yerli futbolçuların dəstəklənməsi, aşağı yaş qruplarında uşaq futbolunun inkişafı üçün stimul verə bilər.
Düzdü, məbləğ böyük deyil. Bəzi PL komandaları artıq tendensiyaya qoşulub: “Qarabağ” öz akademiyasından yeniyetmə futbolçuları sınaqdan keçirib. Əvvəlcə əlavə vaxtda meydana buraxılan gənc futbolçular indi əsas 90 dəqiqə içində oynayır.
Qurban Qurbanov gənc futbolçuları - yarımmüdafiəçilər Hikmət Cəbrayılzadə və Mehdi Mütəllimli, müdafiəçilər Amin Rzayev və Həbib Qədimovu hətta Çempionlar Liqasının (ÇL) oyunları üçün iştirak ərizəsinə daxil edib.
“Qarabağ” gənc oyunçu Hikmət Cəbrayılzadəni artıq ÇL- in yarışlarında oynadır.
Bu prosesin ən yaxın hədəf olaraq düşünüldüyü ehtimal edilə bilməz, zənnimcə. AFFA bunu ən azı yaxın 6-7 ilə hesablanan nəticə olaraq görür. Bu prosesin yerli futbolçuların, xüsusilə uşaq futbol klublarından istedadlı oyunçuların yetişdirilməsi üçün stimul ola biləcəyi proqnoz edilir.
Büdcəsi zəif olan “Qəbələ” və “Şamaxı” məncə, bu şansdan yararlana bilər. Onsuz da legionerə pul çatdıra bilmirlər. Bu yolla həm pul qazana, həm də futbolçu yetişdirə bilərlər. Yerli futbolçuların istedadının ortaya çıxarılması milli komandanın gücünü artıracaq. Hazırda Azərbaycanın himnini oxuya bilməyən və millidə təmsil olunan futbolçularla gənclərin əvəz olunmasına elə indidən başlamaq lazımdı.
Zülfiyyə Mustafayeva
Mia.az
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib