Bu yağışda çimmək olar? - Dövlət Turizm Agentliyi üçün yay təzə başlayıb
09-09-2025 [20:35]
O gün yağış yağırdı. Bakının bəzi yerlərinə yüngülvari çilədi, bəzi yerlərdə əməlli-başlı yağdı. Yayın sonudu, deyəcəksiniz, yağacaq. Amma yadıma Dövlət Turizm Agentliyinin təzə açdığı çiməriklər düşdü, pəjmürdə oldum, ona görə oturub fikirləşdim.
Yayın sonunda Dövlət Turizm Agentliyi Şüvəlan qəsəbəsində yeni ictimai çimərliklər istifadəyə verib. Hətta jurnalistləri aparıb çimərliklə “sübutalnı-dokumentalnı” tanış ediblər.
Mia.az bildirir ki, təzə çimərıiklər və onların əhəmiyyəti barədə məlumatı Agentliyin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli verib.
İnsafən, Agentlik çox maraqlı bir pilot layihə həyata keçirib. Amma mövsüm üçün zamanlama nə qədər optimaldı?
Düzdü, M.Ağabəyli izah edib ki, bütün yay vaxtı mönitorinq aparıblar, xarici və yerli turistlərin müraciətləri araşdırılıb və daha sonra istirahət üçün normal bir ictimai çimərlik yaratmaq qərara alınıb.
Lakin avqustun 30-damı? Bu vaxt çimərlik açırlar?
Tutaq ki, bütün yayı ehtiyacları müəyyənləşdirməklə məşğul olmusunuz, amma nə vacib idi elə indi tələm-tələsik çimərlik açmaq? Bunu gələn il etmək olmazdı?
Əldə etdiyiniz monitorinq məlumatları və qiymətləndirmə ilə gələn ilin proqnozu olaraq büdcə təklifinə əlavə etmək mümkün deyildi? Heç Türkiyənin Alaniya şəhəri ən isti ərazi və sentyabrın sonuna qədər suyun isti olmasına baxmayaraq avqustun sonunda artıq çimərlik mövsümünü bağlayır.
Özü də pilot layihə niyə? Dövlət-özəl sektor əməkdaşığından söhbət gedirsə, belə layihələr niyə pilot xarakter daşımalıdı? Anoloqu olmayan, qeyri-adi problemin həllinə dair indiyə qədər görünməmiş işbirliyi deyil ki. Yəni, məsələni uzadıb yayın sonunda ortaya çıxarmağın adını “pilot” qoymağın yeri yoxdu, demək istəyirəm.
Agentlik heç şübhəsiz ki, bu işin təşkilini tender vasitəsilə edib. Maraqlıdı, layihəni hansı təşkilat udub? 3-cü rübün sonunda tələm-tələsik ortaya bir tender qoyaraq heç də istifadə olunmayacaq xidmətin faydalılıq əmsalı necə ölçəcəklər? Hər fəaliyyətin monitorinq və qiymətləndirmə meyarları olmalıdı. Bu işin meyarlarını ölçməkçün Agentliyin əlində hansı texniki vasitələr, indikatorlar var?
Sözümün canı odu ki, ölkədə turizmin inkişafına dəstək verməkçün bir çox sahələrin olduğu halda, rübün sonuna yaxın dövlət vəsaitinin belə rentabelsiz şəkildə xərcləməyin yeri yoxdu. Hazırda turizmin bir sıra problemli sahələri var. Məsələn, ölkəyə gələn turistlərin ölkəmiz haqqında xoş sözlərini eşitmək istəyirsinizsə, avtomobil nəqliyyatı, sərnişindaşıma, yol nişanları sahəsindəki problemlərin həlli üçün əlaqədar qurumlarla əməkdaşlıq çərçivəsində pilot işlər görün. Məsələn, aeroportdan şəhər mərkəzinə metro çəkilişi üçün təklif verin. Yaxud ölkənin rayonlarında yol nişanları bərbad vəziyyətdədi, turistlər yollarda azıb qalır, heç naviqasiya proqramı da düz-əməlli işləmir. Kəndlərdə dağılmış tarixi abidələr, memarlıq əhəmiyyəti daşıyan tikililər var.
Pulunuz varsa, buna sərf edin.
Payızın astanasında çimərlik yaradıb, yəni, ilin, rübün sonunda büdcədə yığılıb qalan pullar xərclənsin deyə, necə gəldi, hara gəldi, xərcləməyin, demək istəyirəm.
Zülfiyyə Mustafayeva
Mia.az
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib