Baş nazir Ukraynanın üç zonaya bölünəcəyini deyir - Gözləntilər və... (TƏHLİL)
09-09-2025 [14:23]
Macarıstan Baş naziri Viktor Orban deyib ki, Ukraynanın təhlükəsizliyinə təminatla bağlı hazırkı danışıqlar nəticəsində onun ərazisi üç zonaya bölünəcək: bunlar Rusiyanın nəzarətində olan ərazilər, hərbisizləşdirilmiş zona və “Qərb zonası” olacaq.
Onun sözlərinə görə, hazırda Avropada təhlükəsizlik təminatları ilə bağlı aparılan müzakirələr artıq “Rusiya zonası”nın mövcudluğunu tanıyır və indi yalnız onun ölçüsü və formatı müzakirə olunur. Bundan əlavə, Orban bir daha Ukraynanın Aİ və NATO-ya daxil olmasına qarşı çıxıb və bunun guya Rusiya Federasiyası ilə müharibəyə gətirib çıxaracağını, Avropa iqtisadiyyatını məhv edəcəyini qeyd edib.
Orbanın Ukraynanın gələcəyi ilə bağlı dedikləri diqqət çəkir. Aydın məsələdir ki, o, siyasi reallıqları bir çox Avropa ölkəsindən fərqli olaraq daha aydın başa düşür və etiraf edir. Lakin bu açıqlamasında ciddi mübahisə doğuran fikirlər də var.
Onun qeyd etdiyi kimi, hazırda aparılan təhlükəsizlik danışıqlarında Ukraynanın de-fakto bölünməsi variantı masada deyil. Hər halda rəsmi məlumatlarda bu barədə konkret açıqlama yoxdur. Düzdür, həm Rusiya, həm də Ukrayna müəyyən kompromislərə gedə bilər, lakin Ukraynanın üç yerə bölünməsi real görünmür.
Ümumiyyətlə, Orban Ukrayna məsələsinə yanaşmasında bir qədər pessimistdir. O, Ukraynanın artıq bölündüyünü deyir və bunu legitimləşdirməyə yönəlmiş tendensiyalardan danışır. Bu isə Ukraynanın suverenliyi və ərazi bütövlüyü baxımından ciddi narahatlıq doğurur. Çünki bu cür yanaşma beynəlxalq hüququn əsas prinsiplərinə xüsusilə də dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsipinə ziddir. Yəni Ukrayna ərazilərinin güzəştə gedilməsi hesabına bir sülh (məsələn, “Finlandiya modeli”) və ya mövcud reallıqlar əsasında münaqişəni dayandıracaq atəşkəs razılaşması mümkündür.
Hətta Rusiya–Ukrayna sərhədində neytral bölgənin yaradılması da müzakirə mövzusu ola bilər. Amma bu, Ukraynanın üç yerə parçalanması anlamına gəlmir.
Bununla belə, Orbanın Ukraynanın Aİ və NATO-ya üzvlüyünə qarşı çıxması tamamilə məntiqsiz də deyil. O, Avropanın təhlükəsizliyini Ukraynanın Qərblə inteqrasiyasında deyil, əksinə, Rusiya ilə mümkün qədər münasibətləri pozmadan davam etdirməkdə görür. Bu isə Qərbdə çoxlarının bölüşmədiyi bir mövqedir.
Lakin maraqlıdır ki, bu mövzuda fikir bildirən tək Avropa lideri Orban deyil. Polşa Prezidenti Karol Navroçki də Aİ və NATO-ya çağırış edərək Ukraynanın bu təşkilatlara üzvlüyü məsələsini təxirə salmağı təklif edib. O vurğulayıb ki, münaqişə vəziyyətində olan heç bir ölkə NATO-ya üzv ola bilməz.
“Əks halda, Polşa döyüşməli olacaq. Varşavanın da Avropaya inteqrasiyası prosesi uzun illər çəkib. Hesab edirəm ki, Ukrayna gələcəkdə sivilizasiyanın bir hissəsi olmalıdır. Bununla belə, Kiyevin Avropa İttifaqına üzvlüyü ilə bağlı bugünkü müzakirələr tezdir”, – Navroçki bildirib.
Bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış da bəyan etmişdi ki, Ukrayna Volındakı hadisələrlə bağlı məsələni həll etməsə, Avropa İttifaqına daxil olmaq şansı azalacaq.
Bu bəyanatlar göstərir ki, Aİ və NATO daxilində Ukraynanın gələcəyi ilə bağlı vahid mövqe yoxdur. Bəzi ölkələr – xüsusilə Şərqi Avropa dövlətləri – təhlükəsizlik və tarixi səbəblərlə Ukraynanı dəstəkləyirlər, digərləri isə ehtiyatlı və bəzən açıq şəkildə skeptik yanaşırlar. Polşa bu məsələdə ən maraqlı və mürəkkəb aktorlardan biridir. Bir tərəfdən, Ukraynanı Rusiya qarşısında ən sərt şəkildə dəstəkləyən ölkələrdən biridir. Digər tərəfdən isə, tarixi, etnik və siyasi səbəblərlə Ukrayna ilə aralarında həll olunmamış gərginliklər mövcuddur: xüsusilə Volın qırğını kimi həssas məsələlər fonunda.
Navroçkinin dedikləri həm hüquqi, həm də siyasi baxımdan müəyyən əsaslara söykənir. NATO-nun nizamnaməsinə görə, münaqişə vəziyyətində olan bir ölkənin üzvlüyü alyansı avtomatik olaraq müharibəyə cəlb edə bilər. Bu isə üzv ölkələrin bir çoxu üçün qəbuledilməz riskdir.
Əksər Avropa liderləri Ukraynanın inteqrasiyasını şərtsiz və birmənalı dəstəkləmir. Bəziləri bunu strateji zərurət, digərləri isə siyasi və iqtisadi risk kimi qiymətləndirir. Açıq şəkildə dilə gətirilməsə də, daxildə ciddi tərəddüdlər mövcuddur: iqtisadi yük, müharibə riski, daxili bazar problemləri və digər amillər bu prosesə mane olur.
Görünür, bunu Rusiya Prezidenti Vladimir Putin də yaxşı anlayır. Sentyabrın 5-də Şərq İqtisadi Forumunun plenar iclasında Ukraynanın Aİ-yə mümkün üzvlüyü ilə bağlı çıxış edərkən bildirib ki, bu, Kiyevin qanuni seçimidir. Putin xüsusilə NATO-nun şərq ölkələrinin belə bir müharibə riskini almaq istəmədiyini bilir. Düzdür, NATO ilə birbaşa müharibə Rusiya üçün daha dağıdıcı ola bilər, lakin başda Polşa olmaqla bir çox ölkə üçün də regionu poliqona çevirə bilər. Yəni əslində Orbanın dedikləri narahatlıq və uzaqgörənlik, Navroçkinin dedikləri isə xəbərdarlıqdır. Qısacası, Avropada Ukraynanın gələcəyi ilə bağlı konsensus deyil, daha çox kompromis axtarışı gedir. Dəstək var, amma bu, şərtli, ziddiyyətlidir və yekdil deyil.
Turan Rzayev
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb