ÇİNİN ƏZƏLƏ NÜMAYİŞİ: yeni ittifaq, yoxsa... - TƏHLL
08-09-2025 [12:34]
Çinin paytaxtı Pekində Yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış qələbənin 80-ci ildönümünə həsr olunmuş parad geniş müzakirələrə səbəb olub.
Xüsusilə Rusiya, Çin və Şimali Koreya arasındakı yaxınlaşma Qərb tərəfindən ciddi təhlükə siqnalı kimi qəbul edilir.
“Vaşinqton Post”un yazdığına görə, Rusiya, Çin və Şimali Koreya yeni bir ittifaq yarada bilər və bu, NATO-nun, eləcə də ABŞ-ın qlobal təsir imkanlarını zəiflədəcək.
İddialara görə, paralel olaraq Vaşinqton Yaponiya və Cənubi Koreyanı ətrafında birləşdirərək Asiya-Sakit Okeanda yeni blok yaratmaq planlarını nəzərdən keçirir. Trampın yaxın günlərdə Cənubi Koreyaya səfəri bu ehtimalları daha da gücləndirir.
“Vaşinqton Post”un iddiaları diqqət çəkən olsa da, reallığı tam əks etdirmir. İlk növbədə, Pekində keçirilən parad İkinci Dünya müharibəsində qazanılmış qələbənin 80-ci ildönümünə həsr olunub. Şimali Koreya lideri Kim Çen İn, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin həmin tədbirdə qələbənin ildönümünü qeyd etdilər. Əslində, məsələ çox sadədir: Putinin və Kim Çen İnin iştirakı simvolik xarakter daşıyır.
Həm SSRİ, həm də Şimali Koreya (o dövrdə Koreya yarımadası üzərində Sovet təsiri var idi) Çinə Yapon militarizminə qarşı mübarizədə yardım göstərmişdilər. Bu səbəbdən onların iştirakı “biz birlikdə döyüşdük, birlikdə qələbə qazandıq” mesajını verir. Bu, həmçinin ortaq kommunist keçmişin nümayişidir. Yeri gəlmişkən, Çin və Şimali Koreya hələ də kommunist rejimlərdir. Rusiya isə öz sovet mirasına siyasi və simvolik baxımdan sahib çıxmaqla “müqəddəs müharibə” yaddaşını qoruyur.
Düzdür, hər üç lider anti-Qərb mövqeyi ilə seçilir. Lakin bu paradda iştirakın Çin, Rusiya və Şimali Koreya arasında NATO kimi formal, hüquqi öhdəliklərə əsaslanan klassik strateji ittifaqın formalaşması demək olmadığı mənasına gəlir. Hazırkı beynəlxalq şərtlərdə belə bir ittifaq real görünmür. Çin bu cür açıq və institusional qarşıdurma bloklarına qoşulmaqdan yayınmağa çalışır. Pekin üçün iqtisadi sabitlik və Qərb bazarları ilə əlaqələr hələ də strateji əhəmiyyət daşıyır. Rusiya və Şimali Koreya isə daha kəskin və açıq şəkildə Qərblə qarşıdurma mövqeyindədirlər. Bu səbəbdən tərəflər arasında balanslı, lakin fərqli ehtiyaclardan doğan, qismən asimmetrik əməkdaşlıq formatı mövcuddur.
Bu münasibətlər daha çox konkret maraqlar üzərində taktiki yaxınlaşma formasındadır. Rusiya enerji ixracında və silah alış-verişində Şimali Koreya ilə əməkdaşlıq edir, eyni zamanda Çinin texnoloji və diplomatik dəstəyinə güvənir. Şimali Koreya isə bu əlaqələrdən həm iqtisadi nəfəs borusu, həm də nüvə proqramına dolayı legitimlik qazanmaq üçün istifadə edir. Çin isə bu iki ölkəni tam şəkildə öz orbitinə salmaq əvəzinə, onları balanslayaraq Qərb təzyiqlərinə qarşı sakitcə bir “geosiyasi tampon” kimi saxlayır.
Ümumiyyətlə, Asiyada dövlətlərin şəxsi təşəbbüsü ilə yeni ittifaq qurmaq çox çətindir. Çünki Avropadan fərqli olaraq Asiya qitəsində din, millət və ideoloji fərqliliklər daha kəskindir. Hətta eyni ideologiyaya sahib ölkələr belə zamanla kəskin fərqliliklər yaşayır. Müqayisə üçün deyə bilərik ki, ABŞ, Cənubi Koreya və Yaponiya uzun illərdir Çin və Şimali Koreya əleyhinə üçlü bir pakt qurub.
Burada əsas sual budur: Çin ABŞ kimi NATO və ya Aİ qurmaq istəyirmi? Məncə, xeyr. Məsələ ondadır ki, elə ABŞ və Qərbin də istədiyi budur – yeni bir soyuq müharibə yaransın. Bunun üçün yeni SSRİ, yeni Varşava Paktı lazımdır. Vahid düşmən olduqda isə vahid cəbhə yaradıla bilər. Çünki SSRİ-yə qarşı ABŞ bunu etmişdi.
Çinin siyasəti çox unikaldır və keçmiş dərslərdən düzgün nəticə çıxarmağı bacarır. Bəli, Pekinin planı var, amma bu, yeni bir pakt və ittifaq yaratmaq deyil, mövcud ittifaqları parçalamaq və çoxqütblü dünya yaratmaqdır. Çoxqütblü dünya modelini hazırda bir çox ölkə istəyir, xüsusilə keçmiş imperialist ənənəsi olan dövlətlər. Bu tendensiya Avropada da mövcuddur. Bu modelin dövlətlər üçün üstünlüyü ondadır ki, hər an alternativ ittifaqlar və güc mərkəzləri yaradıla bilər. Eyni qaydada ABŞ kimi güclərin günah keçisi elan edə biləcəyi ölkələrin sayı bir deyil, bir neçə olur.
Hesab edirəm ki, dünya “ikiyə bölünmə mərhələsinə keçir”, “Çin yeni ittifaq yaradır” kimi yanaşmalar klassik Qərb perspektividir. Şərqin düşüncəsi isə fərqlidir: Şərq birləşə bilmir, bu zəiflik kimi görünə bilər, amma siyasətdə zəifliyi üstünlüyə çevirmək sənətidir. Çin bu zəifliyi öz xeyrinə çevirərək çoxqütblü dünya nizamını formalaşdırır. Amma çoxqütblü dünya da nizam tələb edir və bunu ölkələrə borc verərək həyata keçirir. Yəni Çin maliyyəsi ilə ölkələrə təsir göstərir, amma eyni zamanda vahid siyasi birliklərin yaranmasını istəmir.
Turan Rzayev
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb