II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı? - “Torpaq mənim deyil, mənim xalqımındır”
05-09-2025 [14:35]
O gün sosial şəbəkədə qarşıma bir video çıxdı. Ərəb dilində danışan biri yana-yana və dönə-dönə Fələstinlə yanaşı 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi II Əbdülhəmidin (1876 – 1909) adını çəkdi. Bu məni xeyli düşündürdü. Yaddaşımın dərinliyində itib-batmış bu məsələni yenidən xatırladım. Dəqiqlik üçün II Əbdülhəmid ilə Fələstin arasındakı tarixi əlaqəni araşdırmağa qərar verdim.
Sirr deyil ki, İsrailə münasibətdə Türkiyə ilə Azərbaycan (eləcə də Qazaxıstan və Özbəkistan) arasında ziddiyyət var. Və bu ziddiyyətin kökündə dayanan amillərdən biri də bu araşdırmanın nəticəsindən qaynaqlanır. Yəni çağdaş Türkiyə Osmanlı imperiyasının varisidir. Ona görə də Fələstin məsələsini xüsusi ilə ağrılı qarşılayır. Və bunun kökündə tarix dayanır.
Bəs, II Əbdülhəmid ilə Fələstin arasındakı tarixi əlaqə konkret olaraq nədən ibarətdir? Türk tarixçisi Dr. Mim Kamal Oke-nin “ Sionizm və Fələstin Sorunu, 1880-1914” adlı əsəri var. O əsərdə bu sualın cavabı birmənalı şəkildə verilib. Mən sadəcə, o əsərin xülasəsini təqdim edirəm.
Əsərdən bəlli olur ki, 1896-1902-ci illər arasında sionistlərin lideri kimi tanınan doktor Teodor Herzl Osmanlı Sultanı II Əbdülhəmidi yəhudilərin Fələstində məskunlaşmasına razı salmaq üçün beş dəfə İstanbula səfər edib. Onun ilk səfəri 1896-cı ilin iyununda baş tutdu. Polşa zadəganı Qraf Filip de Nyulinskinin sultan Əbdülhəmidin Avropa casuslarından biri olduğunu eşidən Herzl onu sionist davasına cəlb etdi və onu özü ilə Osmanlı liderləri arasında vasitəçi olmağa razı saldı. Onlar birlikdə İstanbula səfər etdilər və Nyulinski sionistlər adına Sultana müraciət göndərərək, Herzlin Fələstinin qarşılığında Osmanlı hökumətinə 20 milyon funt sterlinq ödəməyə hazır olduğunu bildirdi və bu vəsaitin Xilafətin xilasına böyük töhfə verəcəyini vurğuladı. Yəni 20 milyon funt sterlinqə hətta zəifləyin əldən düşmüş xilafəti belə xilas etmək mümkün idi.
Nyulinski sultanla danışıqlar apararkən, Herzl bu polyak zadəganının himayəsi ilə Osmanlının böyük vəziri Xəlil Rıfat paşa ilə görüşürdü və ona planını açıqladı. Lakin böyük vəzir bu təklifi qəbul etmək istəmədi. Sultan isə Nyulinski vasitəsilə Herzlə belə bir ismarış göndərdi: "Cənab Herzl sənin dostundursa, sən də mənim dostumsan, ona de ki, bu məsələdə irəliyə doğru bir addım da atmasın. Mən torpağın cüzi bir hissəsini belə satmaq istəmirəm, çünki bu ölkə mənə aid deyil. O, mənim xalqımındır. Mənim xalqım bu vətəni qanı ilə sulayıb... Mənim Suriya və Fələstin kontingentimin adamları döyüş meydanında şəhid olub, hamısı Plevvada şəhid olub. Mən Osmanlı dövlətinin heç bir yerindən imtina etmək istəmirəm. Qoy yəhudilər milyonlarını özlərinə saxlasınlar... Mən canlı bədəndə cərrahiyyə əməliyyatına icazə verə bilmərəm”.
Sultan yəhudilərin Osmanlı ərazilərinə köçməsinə və məskunlaşmasına qarşı deyildi, lakin yəhudilərin Fələstində cəmləşməsinə qarşı çıxırdı. Osmanlının bu mövqeyini ölkənin Vaşinqtondakı səfiri Əli Ferruh bəy 24 aprel 1899-cu il tarixdə Amerika qəzetində belə dilə gətirmişdi: "Hökumətimizin ərəb ərazilərimizdən heç birini satmaq fikri yoxdur. Ciblərimizi milyonlarla qızılla doldursalar belə, qətiyyətimizdən heç vaxt geri dönə bilmərik".
Osmanlı dövlət xadimlərindən bəziləri yəhudilərin Fələstini ələ keçirməsini bu ərazidə yəhudi dövlətinin qurulması yolunda ilk addım olacağını bilirdilər. Məsələn, Herzllə görüşən və bütün sionist konqresləri izləyən Berlindəki Osmanlı səfiri Tevfik Paşa İstanbula bildirdi ki, Herzlin əsas məqsədi müstəqil bir yəhudi dövləti qurmaqdır. Yəhudilər təkcə Fələstinlə kifayətlənməyəcək, qonşu ölkələrə yayılacaqlar (Tevfikin 17.8.1900-cü il göndərdiyi məktub). Osmanlılar hesab edirdilər ki, Fələstin 8 milyona yaxın olan bütün dünya yəhudilərini daxil etmək üçün çox kiçikdir və onlar Fələstindən sığınacaq kimi istifadə edəcəklər. Herzlin onlarla Fələstin, eyni zamanda Kipr adası və Sinay üzərində ingilislərlə danışıqlar aparması yəhudilərin son nəticədə Yəhudi imperiyası qurmaq niyyətində olduqlarını göstərirdi. Bu, sultan Əbdülhəmidin belə deməsinə səbəb oldu: "Sionistlərin lideri Herzl məni öz fikirləri ilə inandıra bilməz. Sionistlər Fələstində hökumət qurmaq və öz siyasi nümayəndələrini seçmək istəyirlər, onlar kənd təsərrüfatı ilə məşğul olmaq istəmirlər. Mən onların tamahkar ambisiyalarından xəbərdaram və mənim onları qəbul edəcəyimi düşünməkdə sadəlövhlük edirlər. Onların (yəni yəhudilərin) Fələstindəki planlarına tamamilə qarşıyam".
Buna görə də sultan sionistlərin Fələstinə immiqrasiyasının qadağan edilməsini əmr etdi. “Bundan başqa, o, “biz yəhudilərin Fələstində məskunlaşmasına icazə verməklə dindaşlarımızın ölüm hökmünü imzalamaq istəmirik”, dedi.
Tarixə o da məlumdur ki, 113-cü İslam xəlifəsi II Əbdülhəmid yəhudilərə və onların havadarlarına belə deyib: “Mən sağ ikən Fələstin torpağının İslam Xilafətindən kəsilərək ayrıldığını görməkdənsə, ürəyimə qılınc sancmağı üstün tuturam”.
Yəni bəlli dairələr 1896-cı ildən Fələstin torpaqlarını ələ keçirmək uğrunda fəaliyyət göstərirlər. O vaxtdan başlayan Fələstin davası indi də davam edir.
Elbəyi Həsənli. Sürix
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb