Fermerlər pomidoru camaata pulsuz paylayır - Sahələrdə məhsul tökülüb qalıb
05-09-2025 [09:34]
“Bayern Alman Aqrar Xidməti” (BAAX) MMC maraqlı məlumatla ictimaiyyətə müraciət edib. Peşəkar əkinçilik mədəniyyətinin təbliği və tətbiqi ilə məşğul olan şirkət əkin sahələrindən birinin məhsulunu pulsuz paylamağı qərara alıb.
Mia.az xəbər verir ki, bununla bağlı şirkətin təmsilçisi sosial şəbəkə hesabından izləyicilərinə məlumat verib.
Onun sözlərinə görə, pulsuz pomidor aksiyası avqustun 18-dən sentyabrın ilk on günlüyünə qədər müddətində aktiv olacaq.
Qeyd edək ki, sahibkarın qeyd etdiyi pomidor sahəsi Bakıdan 100 km kənarda yerləşən Şoraabad qəsəbəsində yerləşir.
Sahibkar qeyd edib ki, 1 hektar sahədə yetişən müxtəlif sort pomidor 120 ton təşkil edir. Satış bazarının olmaması, məhsulun toplanması üçün işçi qüvvəsinin çatışmazlığı səbəbindən sahibkar məhsul bostanda zay olmasın deyə, pulsuz paylamağa qərar verib. İnsanlar alver üçün yox, öz şəxsi ehtiyacı üçün özləri ilə qablaşdırma vasitələri gətirərək, bostandan özləri məhsulu toplayıb apara bilər.
Sahibkarın sözlərinə görə, bəzən fermerlər satış bazarı olmayanda məhsulu zay edib atır: “Amma biz qərara aldıq ki, insanlara məhsulumuzu pulsuz paylayaq”.
Anoloji çağırışı sosial şəbəkə üzərindən Quba yolunda yerləşən Paşaoba kənd sakini də edib. O, bol məhsulu olan pomidor sahəsini göstərərək, həm yemək, həm də turşuya qoymaq üçün münasib olan pomidor sortlarını nümayiş etdirib.
Kənd sakininin sözlərinə görə, sentyabr ayı olmasına baxmayaraq, sahədə pomidor aşıb-daşır, yığmağa və qablaşdırmağa işçi qüvvəsi yoxdu, eyni zamanda, satış üçün bazara da çıxa bilmirlər.
Bu il həqiqətən kənd təsərrüfatında “pomidor ili” olduğunu desək, yalan olmaz. Nəinki rayonlarda, Bakıda da pomidorun bolluğunu müşahidə etdik. Təkcə bolluq yox, həmçinin pomidorun kəskin ucuz olması da müzakirələrə səbəb oldu. İyul ayının əvvəlinə qədər bahalı olduğu üçün pomidora yaxın düşə bilməyən alıcılar yayın son ayında onu su qiymətinə və hətta havayı aldı. İndinin özündə də sahələrdə tonlarla pomidorun olduğu bildirilir. Bir tərəfdən ucuzluğa sevinirsən, digər tərəfdən, əkinçinin zəhmət çəkdiyi tarlasından pulunu çıxara bilməməsinə pərişan olursan. Tonlarla məhsul bu ayın sonuna qədər sahələrdən yığılmasa, payız yağışları ilə sadəcə, zay olacaq.
Bu vəziyyəti pomidorun illərdi, dəyişməyən bazarları – Rusiya ilə əlaqələrin kəsilməsi ilə bağlasalar da, əkinçi özü başqa səbəbləri sadalayır. Məsələn, ölkənin hər bölgəsində tonlarla məhsulu saxlaya biləcək soyuducular var. Onsuz da bütün kənd təsərrüfatı məhsullarının öz mövsümündə yox, xüsusilə soyuq aylarda daha baha satıldığı məlumdu. Bu halda məhsulu soyuducuya vermək son illərdə əkinçinin ən optimal variantı olub. Bəs niyə indi soyuducuya verilmir məhsul?
Sahələrdən pomidorun yığılması da promlemlidi. Əkinçi işçi qüvvəsi tapa bilmir. İşçinin əməyinin dəyərini verə bilmir, yoxsa verdiyi pulun sonra əvəzini çıxaracağına inanmır?
Bəzi əkinçilərlə söhbətlər apardıq. Deyirlər ki, əkin sahələri hədsiz dərəcədə artıb. Əvvəllər əkinçi bir neçə hektar sahədə məhsulunu yetişdirib, rahat yığıb satırdısa, indi iş adamları, şirkətlərin hektarlarla əkini var və yerli camaat sadəcə, rəqabətə girə bilmir.
Pomidorda da pomidorluq qalmayıb, desək?
Həqiqətən, bu il bir neçə sort üzrə pomidorların araşdırması göstərdi ki, bu məhsulun həm çeşidləri artıb, həm də dadında və keyfiyyətində dəyişiklik var. Demək olar ki, eyni vaxtda, eyni ölçüdə və bir günün içində tonlarla yetişən məhsulun genetik tərkibinə şübhəli qalırsan. Pomidor günlərlə piştaxtalarda, evdə soyuducuda, hətta stolun üstündə qalır, amma zay olmur, strukturunu, dadını, rəngini dəyişmir. Əslində, təbii yolla yetişdirmədə pomidor hətta bostanda, tağın üstündə bir az qızaran kimi yumşalmalı və bəzən xarab olmalıydı, elə deyilmi? Bunlar necə sortdu? Bəlkə bizim əkinçi bu sortları yetişdirərkən, onun bolluğunu və bazara çıxarmaq ehtimalını nəzərə almayıb?
Pomidor sortlarının hətta turşuya qoyulan növünün yetişdirilməsi də suallar yaradır. Keçən il qış tədarükü edən xanımlar turşu pomidorların zay olma səbəbini vurulan kimyəvi maddələr və hətta genetik dəyişikliklə əlaqələndirmişdilər. İşbazlar onları nəzərə alaraq, bu il pomidorun turşu növünümü yaratdı?
Başa düşürük, hazırda ərzaq təhlükəsizliyini təmin etməkçün aqrar sahədə elmi nailiyyətlərdə kənd təsərrüfatına dair bütün çətinliklər nəzərə alınır. Aşıb-daşan bostanlar, bol çeşid, məhsulun uzunömürlülüyü ərzaq təhlükəsizliyinin əsasını təşkil edir. Baxın, normalda avqust ayının sonunda pomidor sahələrində məhsul yekunlaşırdı, amma sentyabr ayıdı və hələ də bostanları yığıb-yığışdıra bilmirlər. Yaxud, qarpızı avqustda yeyirdik, amma may ayından qarpız süfrəmizə gəlmişdi. Buna mədəni dildə “ərzaq təhlükəsizliyi” deyilir, amma biz avam adamlar olsaq da, səhhətimizə dəyən zərərin fərqindəyik.
Neyləməli?
Əkinçinin hazırkı probleminə çıxış yolu tapmaq indi çöx gecdi, - deyə düşünürəm.
Rusiya ilə əlaqələrin kəsilməsinin də vəziyyətə təsir etdiyi ehtimalından boyun qaçırmaq olmur. Şübhəsiz ki, qəfil baş verənlərin fonunda bu halın idarə edilməsində çətinliklər baş verib.
Əsas odur ki, əkinçi azdan-çoxdan problemini həll edib. Qışda da soyuducudan çıxan pomidorların baha olmayacağını güman edirəm.
Fermerlərin məhsulu zay etməyərək əhaliyə pulsuz paylaması da bir ayrıca təqdir olunsun gərək.
Allah əvəzini versin.
Zülfiyyə Mustafayeva
Mia.az
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib