Azərbaycan-Macarıstan Enerji İşçi Qrupunun növbəti iclası keçirilib
03-09-2025 [17:22]
Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında Enerji üzrə İşçi Qrupunun onlayn formatda 5-ci iclası keçirilib.
Energetika Nazirliyindən Mia.az-a bildirilib ki, İşçi Qrupun həmsədri, Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov çıxış edərək Azərbaycan ilə Macarıstan arasında enerji sahəsində əməkdaşlıq münasibətlərinin inkişafında İşçi Qrupunun uğurlu fəaliyyətini qeyd edib.
Qarşılıqlı müzakirələr, uzunmüddətli səmərəli əməkdaşlıq sayəsində ölkələrimiz arasında enerji tərəfdaşlığının daha da güclənərək strateji xarakter aldığı vurğulanıb. Azərbaycan və Macarıstan arasında neft-qaz sektoru üzrə əməkdaşlığın qarşılıqlı faydalı tərəfdaşlığa çevrildiyi bildirilib və hər iki ölkənin enerji şirkətləri arasındakı əməkdaşlıq yüksək qiymətləndirilib. Macarıstan tərəfinin Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında, Bakı Enerji Həftəsində iştirakı, xüsusilə COP29 tədbiri çərçivəsində ölkəmizin irəli sürdüyü enerji təşəbbüslərinə verdiyi dəstək yüksək qiymətləndirilib. Çıxışda, həmçinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıqdan irəli gələn məsələlər, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin əhəmiyyətindən bəhs edilib.
Macarıstan tərəfindən iclasın həmsədri, Xarici İşlər və Ticarət Nazirliyinin Enerji və iqlim diplomatiyası şöbəsinin müdiri xanım İzabella Feierabend isə çıxış edərək iki ölkə arasında enerji əməkdaşlığının müxtəlif istiqamətlərdə uğurlu inkişaf etdiyini bildirib. Neft-qaz sahəsində həyata keçirilən birgə layihələr və infrastruktur imkanları ilə bağlı fikirlərini bölüşüb, yaşıl enerji və enerji tənzimlənməsi üzrə təcrübə mübadiləsinin aparılmasının və enerji səmərəliliyi sahəsində əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb.
İclasda İşçi Qrupun 4-cü iclasından ötən dövr ərzində görülmüş işlərə dair məlumat verilib, neft və qaz, bərpa olunan enerji, enerji tənzimlənməsi və enerji səmərəliliyi sahələri üzrə əməkdaşlıq, həyata keçirilən layihələrə dair təqdimatlar dinlənilib.
Sonda Enerji üzrə İşçi Qrupun 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib