Akart iki beynəlxalq mükafata layiq görüldü
03-09-2025 [10:50]
Azərbaycan Respublikasının Mərkəzi Bankının 001 nömrəli lisenziyası ilə fəaliyyət göstərən “A-Solutions” Elektron Pul Təşkilatı MMC beynəlxalq səviyyədə nailiyyət əldə edib.
Mia.az xəbər verir ki, innovativ maliyyə həlli olan akart nüfuzlu “International Finance Awards” çərçivəsində “Ən Yaxşı Yeni Təmassız Elektron Pulqabı” və “Ən İnnovativ Yeni Virtual Kart Fintex Həlli” nominasiyalarında qalib seçilib.
Bu mükafat təşkilatın innovasiya yönümlü inkişaf strategiyasının, müştəri ehtiyaclarına fokuslanan yanaşmasının və rəqəmsal maliyyə sahəsində tətbiq etdiyi fərqli həllərin beynəlxalq miqyasda tanınmasının göstəricisidir.
“A-Solutions” Elektron Pul Təşkilatının Baş icraçı direktoru Həsən Həsənov beynəlxalq nailiyyətlə bağlı fikirlərini belə ifadə edib: “Qazanılan mükafatlar məhsulumuzun keyfiyyətinin və komandamızın istifadəçilərə daim təkmilləşən təcrübə təqdim etmək istiqamətində göstərdiyi səylərin nəticəsidir. Məqsədimiz - müştərilərimizin həyatını asanlaşdırmaq, onlara rahat və əlçatan maliyyə həlləri təqdim etməkdir. Bu uğurun əldə olunmasında müştərilərimizin etimadı, komandamızın əməyi və tərəfdaşlarımızın davamlı dəstəyi mühüm rol oynayıb”.
Ölkəmizdə rəqəmsal maliyyəyə çıxışı genişləndirmək məqsədilə akart istifadəçiləri üçün davamlı olaraq yeni funksiyalar təqdim edir. Diqqətçəkən yeniliklərdən biri kiçik məbləğli kreditlərin sürətli və tam rəqəmsal şəkildə əldə edilməsinə imkan verən “Tamamla” məhsuludur. Xüsusi qiymətləndirmə modeli əsasında təqdim olunan bu həll maliyyə xidmətlərinə çıxışı asanlaşdırır və gündəlik ehtiyacların operativ şəkildə qarşılanmasına şərait yaradır.
Oyun mexanikası əsasında qurulan “Şansını akart-da Tap!” kampaniyası istifadəçilərə ödənişlər zamanı hədiyyələr və internet bonusları qazandıraraq gündəlik xərcləri daha sərfəli edib. Böyük marağı nəzərə alaraq, kampaniyanın mütəmadi olaraq istifadəçilərə təqdim olunması planlaşdırılır.
1 sentyabr tarixindən etibarən akart keşbek loyallıq proqramını yeniləyərək istifadəçilərə onların maraq və həyat tərzinə uyğun kateqoriyaları seçmək imkanı yaradıb. Bu dinamik yanaşma kateqoriya çeşidinin genişləndirilməsi və aylıq qazanc limitinin artırılması ilə yanaşı, istifadəçilərə daha fərdiləşdirilmiş və rahat təcrübə təqdim etməyi hədəfləyir.
Bundan əlavə, “AZAL Miles” ilə əməkdaşlıq çərçivəsində müştərilərə topladıqları milləri səyahətlə yanaşı, mobil və kommunal ödənişlərdə də istifadə imkanı ilk akart tərəfindən yaradılıb.
Həmçinin təqdim edilən “aKredit” xidməti vasitəsilə istifadəçilər banka getmədən, cəmi iki dəqiqə ərzində 25,000 AZN-ə qədər nağd krediti tam rəqəmsal formada əldə edə bilirlər.
Bu yeniliklər akart-ın rəqəmsal maliyyə bazarında mövqeyini daha da möhkəmləndirməklə yanaşı, istifadəçilərə daha rahat və sürətli xidmətlər təqdim etməyə imkan yaradıb. “A-Solutions” Elektron Pul Təşkilatı istifadəçi təcrübəsini zənginləşdirəcək yeni funksionallıqlar və yaradıcı həllər üzərində işləyir və daim inkişaf edən rəqəmsal maliyyə sahəsində yeniliklər təqdim etməyə davam edir.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib