"Bu, Pekinin Cənubi Qafqaz regionunda təsir imkanlarını genişləndirmək strategiyasıdır" - TƏHLİL
01-09-2025 [16:08]
Çin Xalq Respublikasının Sədri Si Szinpin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını dəstəklədiyini bəyan edib. Szinpin bu fikri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı səsləndirib:
“Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləyir və çoxtərəfli əsasda onunla sıx əməkdaşlıq etməyə, Qlobal Cənubun ümumi maraqlarını qorumağa və ortaq taleyə malik cəmiyyətin formalaşdırılmasına töhfə verməyə hazırdır”.
O əlavə edib ki, Çin Azərbaycanla ikitərəfli əməkdaşlığın dinamik inkişafını qoruyub saxlamaq və bu istiqamətdə işləri davam etdirmək niyyətindədir.
Szinpinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını açıq şəkildə dəstəkləməsi mühüm hadisədir. Prinsipcə Azərbaycan hazırda ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir, lakin müşahidəçi ölkə statusu almaq üçün rəsmi müraciət edib.
Aydın məsələdir ki, Çin–Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Bakı Pekinlə əməkdaşlıqda maraqlıdır. Çin özü də Azərbaycanın artan mövqeyini və yerləşdiyi Cənubi Qafqazın strateji əhəmiyyətini başa düşür. Xüsusilə Ermənistanla sülhün əldə edilməsinə çox az qalması, kommunikasiyaların açılması və sülhdən sonra yeni layihələr üçün perspektivlərin olması faktiki olaraq Bakını Pekin üçün əvəzsiz tərəfdaşa çevirir.
Bu dəstək Pekinin Cənubi Qafqaz regionunda təsir imkanlarını genişləndirmək strategiyasının tərkib hissəsidir. Çin uzun illərdir ki, “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində Mərkəzi Asiyadan Avropaya uzanan enerji və ticarət yollarını şaxələndirməyə çalışır. Azərbaycan isə bu prosesdə həm coğrafi, həm də siyasi baxımdan ideal mövqedə yerləşir. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər infrastruktur layihələri Azərbaycanın logistika baxımından Çin üçün əvəzolunmaz tərəfdaş olduğunu göstərir. ŞƏT çərçivəsində bu cür əməkdaşlıqların institusional çərçivəyə salınması isə qarşılıqlı asılılığın daha da dərinləşməsinə səbəb olacaq.
Bununla yanaşı, Azərbaycanın təşkilata tamhüquqlu üzv olması Çin üçün Qərb təsirinə qarşı regional balans yaratmaq baxımından da əhəmiyyətlidir. Pekin üçün ŞƏT həm də Qərbmərkəzli beynəlxalq təşkilatlara alternativ güc kimi çıxış edir. Azərbaycan isə uzun illərdir Qərb və Şərq arasında balanslı siyasət aparır. Belə bir dövlətin ŞƏT-ə üzv olması təşkilatın “yalnız anti-Qərb” görüntüsündən çıxmasına da yardım edə bilər.
Bakı son illərdə çoxqütblü dünya nizamı çərçivəsində yeni tərəfdaşlıqlar formalaşdırmağa çalışır. Qərb institutları ilə münasibətlərdə yaşanan gərginliklər, xüsusilə insan hüquqları və siyasi azadlıqlarla bağlı tənqidlər fonunda Azərbaycan daha çevik və sərbəst əməkdaşlıq formatlarına üstünlük verməyə meyil göstərir. ŞƏT isə bu baxımdan ideal bir platformadır. Bu, Azərbaycan üçün həm də siyasi manevr imkanlarını genişləndirir, çünki burada iştirak etmək NATO, Aİ və digər Qərb strukturlarına qarşı bir seçim deyil, paralel diplomatik oyun sahəsinin genişləndirilməsi deməkdir.
Çin liderinin bu cür açıq dəstək ifadə etməsi həm də Azərbaycan Prezidenti İlham Əliyev üçün böyük diplomatik qazancdır. Bu bəyanat Azərbaycanın beynəlxalq səviyyədə artan təsir gücünün və uğurlu balans siyasətinin göstəricisi kimi təqdim oluna bilər.
Bununla yanaşı, təşkilatın daxili strukturu və qərar qəbuletmə prosesi də Azərbaycanın bu platformadakı rolunu formalaşdıracaq. ŞƏT konsensus əsasında qərar qəbul edən bir qurumdur və bu, Azərbaycanın milli maraqlarını daha effektiv şəkildə müdafiə etməsinə imkan yarada bilər. Eyni zamanda bu format, Azərbaycanı regional münaqişələrin tənzimlənməsi və təhlükəsizlik məsələlərində də söz sahibi edə bilər. Məsələn, Ermənistanla münasibətlər kontekstində, Azərbaycan ŞƏT platformasında öz arqumentlərini daha geniş auditoriyaya çatdırmaq imkanı qazana bilər.
Bakının ŞƏT üzvlüyündə maraqlı olması həm də onun Zəngəzur (tranzit dəhlizi) ilə müqayisədə daha bir meqalayihəni gerçəkləşdirməsi üçün dividendlər gətirə bilər. Söhbət Transxəzər layihəsindən gedir. Bakı Pekinin iqtisadi, texnoloji və İran–Rusiya kimi destruktiv qonşularının mövqeyini balanslaşdıracaq siyasi çəkisinin fərqindədir. Transxəzər layihəsi gerçəkləşərsə, Bakının Vaşinqton və Pekin arasındakı balansı uzun müddət davam etdirməsi mümkündür. Bundan başqa, ticarət dövriyyəsi və enerji axını kimi məsələlərdən ciddi gəlir əldə edilə bilər.
Turan Rzayev
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb