GÖMRÜK RƏSMİSİ TV-də YALAN DANIŞIB: "Buna hüquqi qiymət verilməlidir" - Sahibkar faktları sadaladı, ölkə rəhbərliyinə üz tutdu
29-08-2025 [16:27]
“Lion Centre” MMC-nin rəhbəri Ramil Aslanov bir müddət əvvəl ATV kanalında yayımlanan sujetdə Dövlət Gömrük Komitəsinin vəzifəli əməkdaşının barəsində səsləndirdiyi fikirlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
O, bildirib ki, gömrük rəsmisinin fikirləri həqiqətə uyğun deyil.
Mia.az Globalinfo.az-a istinadla xəbər verir ki, R.Aslanov Komitənin rəsmisi Vilayət Mehralıyevin Azad Azərbaycan kanalında həqiqəti əks etdirməyən böhtan xarakterli yalan məlumatlar söylədiyini və “Lion Centre” MMC-ni ictimaiyyət qarşısında açıq aşkar şəkildə nüfuzdan salmağa çalışdığını deyib:
“Bakı Baş Gömrük İdarəsi tərəfindən mənə və rəhbəri olduğum şirkətə qarşı qərəzli mövqe sərgiləməsini sübut edən faktlar, daha dəqiq desək “Lion Centre” MMC-nin Bakı Baş Gömrük İdarəsinə təqdim etdiyi “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin 21 avqust 2024-cü il tarixli GRNT9378471B112 və GRNT9378548B112 nömrəli bank qarantiyalarının hazırda məhkəmə baxışı predmetidir.
İddiamız üzrə yekun qərar qəbul olunanadək gömrük təminatı kimi qüvvədə qalmaları, habelə həmin bank qarantiyaları ilə təmin edilən 8500 (səkkiz min beş yüz) və 8710 (səkkiz min yeddi yüz on) Azərbaycan manatı məbləğlərində əlavə gömrük ödənişlərinin məcburi tutulmasının Bakı Baş Gömrük İdarəsi tərəfindən banka müraciət olunmasının qadağan edilməsi barədə məhkəmə prosesinin bitməsini gözləmədən qanunsuz olaraq hesabımızdan silinməsinə dair 21 avqust 2025-ci il tarixdə jurnalistlər qarşısında etiraz etdiyimə dair fikirlərimin söylənilməsindən, habelə həmin zaman Bakı Baş Gömrük İdarəsi tərəfindən 93 manat məbləğində qanunsuz olaraq məndən əlavə gömrük ödənişlərinin tələb olunmasına dair bildirişin verilməsindən danışdıqdan sonra Dövlət Gömrük Komitəsinin rəsmisi Vilayət Mehralıyev Azad Azərbaycan TV kanalında açıq efir zamanı bir neçə halda həqiqəti əks etdirməyən böhtan xarakterli yalan məlumatlar söyləyib.

Vilayət Mehralıyev
“Lion Centre” MMC-ni ictimaiyyət qarşısında açıq aşkar şəkildə nüfuzdan salmağa çalışıb. Belə ki, Vilayət Mehrəliyev 21 avqust 2025-ci il tarixində həmin telekanalında çıxışı zamanı elə ilk saniyələrdə guya ki bizim heç bir malımızın gömrük anbarlarında olmaması və saxlanılmadığı, habelə bunun ardınca guya ki Bakı Baş Gömrük İdarəsində tərəfimizdən bəyan edilən mallarla bağlı İnzibati icraat haqqında Qanunun tələblərinə uyğun olaraq inzibati aktın qəbul olunduğu, bundan sonra isə 17000 manat məbləğində vəsaitin təmin edilməsi ilə bağlı müvəkkil banka məktub ünvanlandığını bildirib.
Yuxarıda qeyd olunan 3 halın da həqiqəti əks etdirməməsini aşağıdakı sübut əhəmiyyətli faktlarla bildirərək nəzərinizə çatdırmaq istərdik ki, – “Lion Centre” Məhdud Məsuliyyətli Cəmiyyətinin Çinin Senda Global Supply Chain Co Ltd şirkətindən idxal etdiyi və 01251000346543 nömrəli bəyannamə ilə bəyan etdiyi mallara dair Bakı Baş Gömrük İdarəsinin əməkdaşı Vüsal Ələkbərov Vaqif oğlu tərəfindən GDD252210810779 nömrəli bildiriş təqdim edilərək 92,14 manat məbləğində əlavə gömrük ödənişlərinin ödənilməsi tələb edilmiş və məhz bu səbəbdən də həmin çıxış zamanı mən sözügedən məbləği ödəməkdən imtina etdiyimiə görə mallarımızın Bakı Baş Gömrük İdarəsində saxlanıldığını bildirmişdim.
Yalnız məlum çıxışımdan sonra gömrük orqanı tərəfindən həmin bildiriş ləğv edilərək mallarımızın gecə vaxtı buraxılışı təmin edilmişdir. Bu isə öz növbəsində onu göstərir ki, Vilayət Mehrəliyev 21 avqust 2025-ci il tarixində müsahibə verərkən jurnalistə yalan məlumat verərək mallarımızın saxlanılmadığını bildirmiş və açıq aşkar şəkildə məni yalan söyləməkdə dolayı yolla ittiham edərək ictimaiyyət qarşısında nüfuzdan salmışdır. Halbuki həmin anda mallarımız Bakı Baş Gömrük İdarəsində saxlanılmaqda idi və yalnız gecə vaxtı bizə təhvil verilərək buraxılışı da ertəsi gün rəsmiləşdirilmişdir. Bunu təsdiq edən fakt kimi 01251000346543 nömrəli bəyannamədə qeyd olunan “Buraxılmışdır: 00100-22.08.2025 15:13” qeydiyyatıdır.
Daha sonra bildirilmişdir ki, guya ki Bakı Baş Gömrük İdarəsində tərəfimizdən bəyan edilən mallarla bağlı İnzibati icraat haqqında Qanunun tələblərinə uyğun olaraq inzibati akt qəbul olunmuşdur. Hansı inzibati aktdan söhbət gedir biz başa düşmədik.
Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Əgər barəmizdə belə bir inzibati icraat aparılaraq inzibati akt qəbul olunmuşdursa hansı səbəbdən bizim bu aktın qəbul olunması və ya inzibati icraatın başlanması və ya aparılması barədə məlumatımız olmamış və hansı səbəbdən Bakı Baş Gömrük İdarəsi bu barədə məlumat verməyə borclu olduğu halda bu məlumatı bizə verməmişdir?
Həmin müsahibə zamanı Vilayət Mehralıyev 17000 manat məbləğində vəsaitin təmin edilməsi ilə bağlı müvəkkil banka məktub ünvanlandığını bildirmişdir.
Maraqlı məqam odur ki, sözügedən məktub əgər inzibati akt sayılırsa hansı səbəbdən həmin məktub bizə təqdim olunmamış və biz bu barədə məlumatlandırmamışıq? Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur.
Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qeyd etdiyimiz təkzibolunmaz faktlarla sübut edilir ki, Dövlət Gömrük Komitəsinin rəsmisi Vilayət Mehralıyev 21 avqust 2025-ci il tarixdə Azad Azərbaycan TV kanalındakı çıxışı zamanı hər 3 fakt üzrə açıq aşkar şəkildə böhtan xarakterli yalan məlumatlar verərək “Lion Centre” Məhdud Məsuliyyətli Cəmiyyətini ictimaiyyət qarşısında nüfuzdan salmağa çalışmış və bunu da məqsədyönlü qaydada etmişdir.
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 44-cü maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsi öz xidməti vəzifəsinin icrası zamanı Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etməyə borcludur. Eyni zamanda həmin Əsasnamənin 69-cu maddəsi ilə müəyyən edilmişdir ki, gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində intizam tənbehlərindən biri tətbiq oluna bilər. Nəzərə alınmalıdır ki, sözügedən faktların müəyyən edilərək təsdiq olunduğu təqdirdə Dövlət Gömrük Komitəsi tərəfindən Azad Azərbaycan TV kanalında təkzib məlumatı da yayılmalıdır”.
R.Aslanov əlavə edib ki, yuxarıda göstərilənləri nəzərə alaraq adları qeyd olunan gömrük əməkdaşlarının əməlləri ilə əlaqədar xidməti araşdırma başlanılmalı və buna hüquqi qiymət verilməlidir.
MİA.AZ
Çempionlar Liqası: "Qalatasaray" Fransada uduzur - YENİLƏNİR
Zelenski Romadan Trampa mesaj verdi: "Seçkiyə həmişə hazıram"
Qarsda qar yağır - 17 kəndin yolu bağlanıb
Məşhur futbolçunu şantaj edən qadın həbs edildi - Təfərrüat
Türkiyədə məşhur jurnalistlər saxlanıldı - Narkotik ittihamı ilə
Qubada 3.3 bal gücündə zəlzələ olub
Çempionlar Liqası: "Bavariya" 12 dəqiqəyə 3 qol vuraraq qalib gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azercell Kinon tətbiqini süni intellektlə gücləndirib
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb - 7 nəfər həlak olub
Deputat Əli Abbasovun mandatına xitam verilir
"Cimbom" radarına 27 yaşlı müdafiəçini alıb
İngiltərə millisinin hücumçusu həbs edilib
Leyla Əliyeva Türkmənistanda - Avaza filialının açılışı olub
"Eskişehirspor" yarımmüdafiəçi transfer edib
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatıb
TFF Türkiyə - Rumıniya matçı ilə bağlı açıqlama yayıb
Məhəmməd Salah Ərəbistana transfer ola bilər - 2 namizəd var
"Qalatasaray" ilə "Fənərbağça"nın futbolçuları həbs olundular
Türkiyə kubokunda oyunların təqvimi açıqlanıb - "Fənərbağça" - "Beşiktaş" derbisinin tarixi bəlli olub
Deputat CHP-dən istefa verdi
İsrail İordan çayının Qərb sahilinə hücumlarını artırıb
"Ayaks" ilk xalını "Qarabağ"dan ala biləcəkmi?
"Hitrou" aeroportundakı insidentdə şübhəli bilinən iki nəfərə qarşı ittiham irəli sürülüb
Azərbaycanla Laos arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Tailandın 70-ə yaxın hərbçisi Kamboca ilə sərhəddə xəsarət alıb
Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib
Bakıda kişi arvadının valideynlərinin evindən qızıl oğurlayıb
Tramp: Avropa bir çox cəhətdən öz işinin öhdəsindən gələ bilmir
Türkiyədə zəlzələ olub
Azərbaycanla Pakistan arasında mədəni əməkdaşlıq müzakirə olunub
İlham Əliyev Slovakiya Prezidentini Azərbaycana səfərə dəvət edib
İrandan külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub
Azərbaycanın qastroturizm imkanları Koreyada tanıdılıb
Azərbaycanla Slovakiya arasında beş sənəd imzalanıb
Rəsmi Bakı: Aİ ilə Ermənistanın imzaladığı sənəd Azərbaycanla sülh gündəliyinə ziddir
İndoneziya Prezidenti sabah Rusiyaya səfər edəcək
Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
Sabunçuda yaşayış evində partlayış baş verib (Yenilənib)
Növbəti iki gündə leysan yağacaq - Xəbərdarlıq
Qənimət Zahidin qiyabi məhkəməsi: hakim qərar verdi