Azərbaycan və Uqanda XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib - Açıqlama
27-08-2025 [15:56]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Uqandanın xarici işlər üzrə dövlət naziri Con Mulimba arasında görüş keçirilib.
Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan-Uqanda münasibətlərinin siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, humanitar və s. aspektləri, regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Afrika İttifaqı çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional məsələlər müzakirə olunub.
Azərbaycan və Uqanda arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə qarşılıqlı təbriklərini çatdıran tərəflər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin mövcudluğunu məmnunluqla qeyd ediblər.
Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində irəli sürülən təşəbbüslərin həyata keçirilməsi, o cümlədən Hərəkatın Gənclər Təşkilatının əsasının qoyulması zamanı sərgilənən birgə əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə intensiv xarakter alan münasibətlərimizin Uqandanın Hərəkata sədrliyi zamanı da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin müqabil tərəfə ölkəmizin alternativ enerji mənbələrinin inkişafı və istifadəsinin genişləndirilməsi üzrə təşəbbüs və planları barədə ətraflı məlumat verib, bərpaolunan enerji sahəsinin əməkdaşlığın inkişaf etdirilməsi üzrə potensial istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.
Dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın "ASAN Xidmət" modelinin Uqandada uğurlu tətbiqinin ölkələrimiz arasında təcrübə mübadiləsinin faydalılığının göstəricisi olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov, o cümlədən 8 avqust 2025-ci il tarixində baş tutan Vaşinqton görüşünün nəticələri barədə qarşı tərəfi məlumatlandırıb, bu tarixi görüş çərçivəsində "Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətninin paraflandığını, o cümlədən keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Qrupu və əlaqəli strukturların bağlanması ilə əlaqədar birgə müraciətin ünvanlandığını diqqətə çatdırıb.
Dövlət naziri Con Mulimba Vaşinqton görüşü çərçivəsində Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı tarixi razılaşmaların əldə edilməsi münasibətilə öz təbriklərini çatdırıb, prosesin uğurla nəticələnməsinə dair ümidvarlıq ifadə edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası ilə Uqanda Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Uqanda tərəfindən isə xarici işlər üzrə dövlət naziri Con Mulimba rəhbərlik edib.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib