Partiya sədri: "Tikintiyə bu qədər orqan nəzarət edir, amma..." - "Nəyin müqabilində bu qanunsuzluğa göz yubublar?"
21-08-2025 [17:19]
"Azərbaycanda tikintiyə icazə və nəzarəti həyata keçirən bir neçə orqan var: İcra hakimiyyəti, Bələdiyyələr, FHN (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və onunla bağlı qurumlar (struktura daxil bir neçə qurum)".
Mia.az xəbər verir ki, bu sözləri Real Partiyasının sədri Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, bundan başqa Nazirlər Kabinetinin qərarı da var, qərarın 3.1 maddəsindən sitat:
"- obyektin tikilməsinə icazə verilməsi mərhələsində: yerli icra hakimiyyəti və ya özünüidarəetmə orqanı tərəfindən müvafiq qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əvvəlcədən razılaşdırılmış və obyektin tikilməsinə icazə verilməsi haqqında qəbul edilmiş sərəncamın və ya qərarın bir nüsxəsi obyektə aid memarlıq-planlaşdırma göstərişləri və mühəndis kommunikasiyalarına qoşulmanın texniki şərtləri əlavə olunmaqla Agentliyə göndərilir.
Dahası da var: tikintiyə “texniki şərt” mərhələsində “Azərsu” (köhnə adı), “Azərqaz” (SOCAR), “Azərenerji” (və ya şəhər-rayon enerji idarələri) müdaxilə-çətinlik yaradır.
Bunu da keçdik, bunlar rəsmi/icazəli müdaxilə etməyə (oxu: ”sağmağa”) icazəsi olan qurumlardır, amma qeyri-rəsmi müdaxilə imkanı olan hüquq-mühafizə orqanlarını da bu siyahıya əlavə etmək lazımdır.
Sonra da deyirik ki, Azərbaycanda mənzil niyə bahadır?!".
Partiya sədri deyir ki, hazırda Azərbaycanda özbaşına tikintilərin tənzimlənməsi üçün yeni sənəd hazırlanır:
"Bu ayın sonuna qədər Azərbaycanda özbaşına tikintilərlə bağlı mövcud vəziyyətin nizamlanmasını nəzərdə tutan normativ hüquqi akt layihəsi və digər əlaqəli sənədlər aparılmış təhlillər əsasında hazırlanaraq aidiyyəti üzrə təqdim olunacaq.
Yəni, özbaşına tikililərlə bağlı nəsə hazırlanır - əslində, “özbaşına” sözü əla sözdü, sadəcə bizim hökumət bu sözü “sevmir”, ÖzBaşına, yəni öz başı ilə iş görmək deməkdir ki, bu da yaxşıdır.
Sözümüz canı budur ki, yuxarıda yazdığım kimi, Azərbaycanda tikintiyə bu qədər orqan nəzarət edir, amma “özbaşına tikililər” var – niyə?! Bəs bu orqanlar hara baxırdı?! Nəyin müqabilində “göz yumurdu”?! Bu qədər nəzarətedici orqan, sərt qanunlar olan ölkədə 500 min sənədsiz ev, mənzil necə ərsəyə gəldi?! Yaxşı, insanlar dövlətə, bir növ, yardım ediblər, öz mənzil problemlərini dövlətin maneələr yaratmasına rəğmən həll ediblər, özlarinə yuva qurublar.
Dövlət də onlara su-qaz-işıq satır, deməli onların mülkiyyət hüququnu qismən tanıyırsa nədən bu insanlara sənəd, çıxarış, “kupça” vermirlər?! İndi yeni qaydalar hazırlasalar, bu o deməkdirmi ki, istənilən vətəndaşın “qeyri-qanuni, özbaşına”, tikdiyi evi Dövlət ödəniş etmədən sökə biləcək?! Bu suallar cavab verən bir məmur tapılacaqmı?!".
Samir MUSAYEV
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib