Prodüser Emin Əfəndi Rusiyaya buraxılmadı - Milyarderin oğlunun toyuna gedirdi...
19-08-2025 [12:46]
“Dəyirman” qrupunun yaradıcısı, tanınmış prodüser Emin Əfəndi Rusiyaya buraxılmayıb.
Mia.az Olay.az-a istinadən xəbər verir ki, ötən günlərdə Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Qod Nisanovun oğlunun toyu keçirilib.
Gecəyə dəvət alanlardan biri də Xalq artisti Miri Yusif olub. O, tədbirə prodüseri Emin Əfəndi ilə yola düşüb. Lakin Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Emini Azərbaycana geri qaytararaq, Rusiyaya keçməsinə icazə verməyib.
Əvvəlcə ona “Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyin üçün səni Rusiyaya buraxmırıq” deyilsə də, məsələnin məğzi başqa olub.
Belə ki, müxtəlif illərdə jurnalist və aparıcılıq fəaliyyəti ilə məşğul olan Emin Əfəndi son illər Teleqram kanalında aktivlik göstərir. Siyasi, mədəni və digər sahələrlə bağlı şərhləri ilə diqqət çəkir.
Eminin ölkəyə buraxılmama səbəbi isə şəxsi Teleqram kanalında Rusiya ilə bağlı yazdığı ifadələr olub. Onun söylədiyi həqiqətlər “qonşu”larımızı qıcıqlandırıb.
“Ən maraqlısı budur ki, Azərbaycanda Rusiyanın özündə olduğundan daha çox ruslara hörmət var.
Bax, biz bunu qoruyuruq və qorumağa davam edəcəyik. Çünki bizdə “hörmət” təkcə sözlə deyil, əməllə ölçülür”, - deyə, Emin 22 iyulda “Emin Efendi” adlı Teleqram kanalında yazıb.
Həmçinin, o, 29 iyulda “Dream Fest”lə bağlı paylaşım edərək rus ulduzların tədbirdə iştirak etməməsi haqda bu fikirlərə yer verib:
“Builki “Jara”, yəni “Dream Fest”, rusiyalı ulduzlardan və rus şou-biznesindən azad oldu. Məncə, məhz buna görə əvvəlkilərdən daha canlı, daha maraqlı, daha özümüzə məxsus keçdi. Bu dəfə biz öz artistlərimizə daha çox səhnə, daha çox işıq, daha çox səs verdik. Və ən əsası – daha çox dəyər və mahiyyət. Söhbətə, müzakirəyə, hətta qalmaqala da səbəb elə öz artistlərimiz oldu.
Nə olur olsun, bizimkilər “şimallılardan” geri qalmır. Üstəlik, bu sadəcə mədəniyyət məsələsi deyil. Biz bir daha sübut etdik ki, Rusiya olmadan da mövcud ola bilərik: həm səhnədə, həm zalda, həm də ümumiyyətlə bütün sahələrdə”.
Emin Əfəndi faktı təsdiqləyib.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər