Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14-08-2025 [17:21]
Mobil operator müştəri məmnuniyyəti üzrə beynəlxalq standartlardan üstün nəticələr əldə edib
2025-ci ilin ilk altı ayı ərzində “Azercell Telekom”un müştəri xidmətləri kanalları üzərindən 2,5 milyondan çox müraciət qeydə alınıb.
Mia.az xəbər verir ki, bu dövrdə Telefon Mərkəzinə 1,5 milyona yaxın zəng daxil olub. Onlayn Müştəri Xidmətləri isə ümumilikdə 400 min sorğunu cavablandırıb. Bu sorğuların 224 mini şirkətin Feysbuk, İnstaqram, Linkedin, X və TikTok sosial media hesabları vasitəsilə qeydə alınıb. Eyni zamanda, “Azercell”in mobil tətbiqinə inteqrasiya edilmiş süni intellekt əsaslı “AI Chat Bot” 800 minə yaxın müraciəti emal edib.
Telefon Mərkəzinə daxil olan zənglərin ortalama cavablandırılma müddəti 2 dəqiqə 45 saniyə təşkil edib ki, bu da 6-7 dəqiqəlik beynəlxalq standart ilə müqayisədə təqribən iki dəfə qısadır. Sorğular əsasən internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, balans və ödəniş məsələləri, tarif planları və digər xidmətləri əhatə edib.
“Azercell”in Azərbaycan dilində tam spektr xidmət göstərən süni intellekt əsaslı ilk virtual assistenti olan “Aicell” də artıq müştəri məmnuniyyətinə öz töhfəsini verir. Belə ki, Telefon Mərkəzinə müraciət etmiş müştərilərin 84 faizinin sorğusu “Aicell” tərəfindən emal edilib. Məlumatlandırma, xidmətlərin aktivləşdirilməsi və deaktivləşdirilməsi daxil olmaqla, 10 istiqamət üzrə xidmət göstərən virtual assistent mərkəzə daxil olmuş zənglərin 17 faizini müstəqil şəkildə cavablandırıb, digər sorğuları isə aidiyyəti üzrə yönləndirib.
Ötən ilin dekabr ayında “Azercell” mobil tətbiqində istifadəyə verilən “AI Chat Bot” isə istifadəçilərin istəklərini 90 faiz dəqiqliklə anlayaraq onların 68 faizini birbaşa cavablandırıb. 24/7 rejimdə fəaliyyət göstərən bu rəqəmsal həll digər sorğuları Onlayn Müştəri Xidmətlərinə yönləndirib.
Bu nəticələr “Azercell”in yüksək xidmət keyfiyyətini və innovasiyalara əsaslanan müştəri yönümlü yanaşmasını əks etdirir. Belə ki, “Azercell”in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 93,2 faizlə qəbul edilmiş beynəlxalq standartdan (85 faiz) üstün olub.
“Azercell”in təqdim etdiyi xidmətin yüksək keyfiyyətinin daha bir göstəricisi mobil operatorun əldə etdiyi beynəlxalq uyğunluq sertifikatıdır.
Cari ilin aprel ayında “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilən keyfiyyət auditinin nəticəsi olaraq, “Azercell” ISO 10002:2018 (Keyfiyyətin idarə olunması - Müştəri məmnuniyyəti - Müəssisələrdə şikayətlərin emalına dair təlimatlar) beynəlxalq standartına uyğunluq sertifikatına layiq görülüb. Bu sertifikat müştərilər tərəfindən irəli sürülən təklif və şərhlərin diqqətlə araşdırılmasını, eləcə də şikayətlərə baxılması prosesinin davamlı təhlilini təmin edən şirkətlərə verilir.
“Azercell”in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, eləcə də (012) 4904949 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 4905252 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə 7/24 rejimdə müraciət etmək mümkündür.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib