Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin gündəmini açıqladı - “Onlara 1 il vaxt verəcəklər” (VİDEO)
14-08-2025 [15:59]
Bu mövsümdən etibarən futbol üzrə premyer liqa komandalarının arasına daha 3 komanda daxil olub.
Mia.az xəbər verir ki, bununla da bölğələrə böyük futbol oyunlarının daşınması təmin edilib.
Lakin bölgə klublarının əksəriyyətinin stadionu standart tələblərə cavab vermir. Stadionlarda süni ot problemi nəinki rayonlarda, Bakıda da mövcuddur. Baş məşqçilər narazılıq edir, futbolçuların zədələnmə ehtimalından narahatlıq keçirir, amma mövsümə start verildiyi üçün hazırkı zaman kəsiyində vəziyyətin dəyişdirilməsi mümkün görünmür.
Məsələyə AFFA tərəfindən reaksiya verilmədiyi üçün onların problemin həlli üçün planlarından xəbərimiz yoxdu.
İndiyə qədər məsələyə ciddi olaraq yanaşan çox az sayda baş məşqçi olub. Məsələn, “Qarabağ”ı çalışdıran Qurban Qurbanov deyir ki, süni ot problemi hazırda Avrokubok oyunlarında iştirak edən komandaların futbolçularına böyük problem yaradır. Futbolçuların süni ot meydançalarında zədələnməsi strateji məqsədlərə çatmaqda mane olur, - deyə Qurbanov davamlı şəkildə gileylənir.
Bəs gileylənmək əvəzinə bu məsələni oturub AFFA ilə müzakirə etmək mümkün deyilmi?
Qurbanov AFFA-ya bir köynək yaxındı, çünki İcraiyyə Komitəsinin üzvüdü. Komitənin son 6 iclasında iştirak etməsə də, onun fikirlərini çatdırmaq üçün bütün əlverişli imkanlara malikdi. Digər tərəfdən, məsələni Futbolun İnkişafı Fondu (FİF) ilə də müzakirə etmək olardı. FİF ictimaiyyətə açıq olmasa da, ən azından AFFA ilə bir damın altında otururlar, bir-birinə söz çatdırmaq imkanı var.
Bəs niyə Qurbanov bu fürsətləri dəyərləndirmir? Mətbuat konfranslarında şikayətlənməklə problem həll olunurmu görəsən?
Mia.az-ın əməkdaşı bu xüsusda Q.Qurbanova sual verib. Onun dediyindən belə məlum olur ki, İcraiyyə Komitəsinin bütün iclaslarında indiyə qədər bu məsələ müzakirə olunub. Maraqlıdı, görəsən, nəticəsi niyə yoxdu?
- Qurban müəllim, stadionlarda süni örtük məsələsini siz bir mütəxəssis olaraq AFFA İcraiyyə Komitəsinin iclaslarında qaldıra bilərsiniz. Eyni zamanda, FİF-ə də müəyyən təkliflər və məsləhətlər verə bilərsiniz. Əgər futbolçular zədələnirsə, dediyiniz kimi, bunlar çox ciddi problemdi. Özünüz dəfələrlə demisiniz ki, futbolçuları çətinliklə yetişdiririk və sonra süni ot örtüyü olan stadionlarda zədələnir və reablitasiya da vaxt aparır. Siz mütəxəssis olaraq problemi çox gözəl şərh edirsiniz, amma eyni zamanda, çıxış yollarının tapılması üçün məsləhət verə bilərsinizmi? Məsələn, siz bu məsləhətləri İcraiyyə Komitəsində səsləndirsəniz, orada sizi dinləyəcəklərmi?
- Mənim bu məsələni İcraiyyə Komitəsində qaldırmağıma ehtiyac yoxdu. Çünki problem komitənin demək olar ki, hər iclasında müzakirə olunur. Düzdü, bu, klubların boynuna düşən bir vəzifədi. Yəni, əgər klub premyer liqaya komanda çıxarırsa, onun yaxşı şəraiti olmalıdı. Mənim bildiyimə görə, texniki çatışmazlığı olan hər bir komandaya ən azından bir ilə yaxın müddətdə vaxt verilir ki, problemlərini həll etsin. Əks təqdirdə, klub barədə çox ciddi addımlar atılacaq.
Digər tərəfdən, dediyim kimi, bu məsələyə İcraiyyə Komitəsi xüsusi yer ayırır və ümumi planlamada demək olar ki, ilk sıralamada olan məsələlərdən biri məhz təbii ot örtüyü olan meydançaların şəraitinin yaxşılaşdırılması və sayının çoxaldılmasıdı. Yəqin ki, yaxın zamanlarda bu məsələyə dair müəyyən addımlara start veriləcək. Hansısa bir səviyyəni əldə etməkçün bəzi çətinlikləri dəf etmək lazımdı. İnanıram ki, gələcəkdə klublarımızın yaxşı sponsorları olacaq və onlar özləri bu problemi aradan qaldıracaq. Alınmasa yəqin ki, meydançaların şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlər görülər.
Zülfiyyə Mustafayeva
Mia.az
İlham Əliyev Şamaxıda - FOTOLAR
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı