Qazaxıstan lideri ölkəsini parşalamaq istəyən Xruşşova elə cavab verdi ki... - Türk torpaqlarını satan və qoruyan liderlər
14-08-2025 [14:08]
Sovet İttifaqı Kommunist Partiyası MK Baş katibi Nikita Sergeyeviç Xruşşov (1953-1964) Qazaxıstanı parçalamaq fikrində idi. O vaxt Nikita Xruşşov Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olan Jumabek Axmetoviç Taşenovdan (1960-1961) bu ideyaya münasibəti ilə maraqlanır.
Qazaxıstan türklərinin möhtəşəm lideri Xruşşova elə cavab verdi ki...
Öncə onu aydınlaşdıraq ki, Xruşşov nə etmək istəyirdi?
Qazaxıstan SSR-in beş şimal rayonu - Şimali Qazaxıstan, Kokşetau, Kostanay, Akmola və Pavlodarı Rusiyaya, Çimkənd vilayətini Özbəkistana, Manqistau vilayətini isə Türkmənistana vermək istəyirdi. İndiki Qazaxıstanın yarısı pay-puş edilirdi.
Tarixçi Karişala Asanova bu məsələ ilə bağlı yazığı kitabda Xruşşovla Taşenovun dialoqunu belə təqdim edir:
- Respublikada torpaq məsələsini yubanmadan həll etmək lazımdır. Biz yoldaş Kunayev və vilayət rəhbərləri ilə artıq danışmışıq. Onlar bizi dəstəkləyirlər. İndi Jumabek Axmetoviç, sizin fikrinizi bilmək istərdik.
Taşenov dərhal cavab verdi:
- Nikita Sergeyeviç, mən nəinki bu məsələnin həllinin qəti əleyhinəyəm, həm də bu fikrin qəti əleyhinəyəm!
Sonra “əziz Nikita Sergeyeviç” alovlandı:
- Sən kimsən ki, Siyasi Büronun qərarına qarşı çıxırsan? Başa düşürsənmi, sənsiz də biz bunu edə bilərik. Sovet İttifaqı vahid dövlətdir. Hansı ərazini hansı respublikaya verilməlidir, bunu SSRİ Ali Soveti həll edə bilər!
Taşenov gülümsəyərək cavab verdi:
- Əgər torpaq məsələsi yerli hakimiyyətin iradəsi olmadan həll oluna bilərsə, onda SSRİ Konstitusiyasına düzəlişlər edilməlidir. Konstitusiyada isə göstərilir ki, hər bir respublikanın ərazisi onun toxunulmaz mülkiyyətidir. Əgər bu müddəa pozularsa, o zaman beynəlxalq hüquqi təşkilatlara müraciət etmək hüququmuz var”.
Bu böyük şəxsiyyət 1986-cı il noyabrın 18-də Çimkənd şəhərində vəfat etdi. O torpaqların əldən çıxmasına razılıq versə idi, Qazaxıstanda yox, Özbəkistanda dünyasını dəyişmiş olacaqdı.
İndi o, Qazaxıstanın qüruru sayılan tarixi şəxsiyyətdir. Düşünün ki, o, dirəniş göstərməsəydi, Qazaxıstanın yarısı, haradasa Avropanın yarısından da böyük bir ərazi it-bata düşmüşdü.
Mən öz payıma Jumabek Taşenovun xatirəsi qarşısında baş əyirəm. Nə qədər ki, bu dünyada türk xalqı yaşayır, o, hörmət və ehtiramla yad olunacaq.
Onu da mütləq qeyd etmək lazımdır ki, Jumabek Taşenovun torpaq məsələsinə etiraz etdikdən 2 ay sonra işdən çıxarıldı. Onun yerinə Dinməhəmməd Əhməd oğlı Kunayev gəldi. O, (1960-1962 və 1964-1986) illərdə Qazaxıstan SSR KP MK-nın birinci katibi oldu.
Bəs, 1962-1964-cü illərdəki boşluq nə ilə izah olunur?
Deməli, Nikita Xruşşov bu dəfə də Jumabek Taşenova dediklərini Dinməhəmməd Kunayevə dedi. Kunayev də eynən öz sələfi kimi Qazaxıstan torpaqlarının Rusiyaya verilməsinə “yox” dedi. Ona görə də onu bir müddət işdən uzaqlaşdırdılar. Nikita Xruşşovun təklifinə “hə” deyən İsmayıl Abdurasuloviç Yusupov iqtidara gəldi. Uyğur əsilli olan bu liderin gəlişi Qazaxıstanda pis qarşılandı. Nikita Xruşşov 1964-cü ildə işdən qovuldu. Qazaxıstan torpaqlarının bölünməsi planı da Nikita Xruşşovla birlikdə dəfn olundu. Leonid Brejnev SSRİ-yə rəhbər seçildi. O da Dinməhəmməd Kunayevi öz yerinə qaytardı. Həmin təyinatdan sonra cənab Kunayev düz 22 il Qazaxıstana rəhbərlik etdi.
Sonra Nursultan Əbiş oğlu Nazarbayev ona qarşı SSRİ miqyasında kampaniya apardı. SSRİ-nin yeni lideri Mixail Sergeyeviç Qorbaçov (1985-1991) Dinməhəmməd Kunayevə qarşı çıxdı. Çünki onu Brejnevin adamı hesab edirdi. Nəhayət, SSRİ rəhbərliyi 1986-ci ilin dekabrında cənab Kunayevi etnik rus olan Gennady Vasilyevich Kolbinlə (1989-1990) əvəz etdi.
Xalq ayağa qalxdı. 1986-cı il dekabrın 16-dan 18-dək Almatıda üç günlük küçə iğtişaşları baş verdi. Bu, Qorbaçovun hakimiyyəti dövründə etnik qarşıdurmanın ilk əlamətləri idi. Müasir Qazaxıstanda bu üsyan Jeltoqsan (qazax dilində dekabr anlamını verir) adlanır.
Etirazlar zamanı KQB 8,5 min insanı həbs edərək iğtişaşı zorla yatırdı. 1700-dən çox insan yaralandı, 5,5 minə yaxın insan dindirildi, istintaqa ifadə verdi. Üstəlik, yüzlərlə insan işdən qovuldu.
Ən önəmlisi isə odur ki, qazax xalqı Qazaxıstana bir rusun rəhbərlik etməsinə imkan vermədi. Cənab Kunayev isə iqtidarda olduğu müddətdə Qazaxıstanı iqtisadi baxımdan Rusiya və Ukraynadan sonra 3-cü yerə qaldırdı. Adam möhtəşəm işlər görüb...
İndi də keçək öz kommunistlərimizə. Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı nə qədər böyük problemlərlə üzləşdi. Mən hələ qondarma Dağlıq Qarabağda yaşadığımız müsibətlərdən danışmıram. Bütün bu problemlərin kökündə o dayanır ki, bizim kommunistlərdə Jumabek Taşenovdakı qeyrət olmadı.
Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov (1870-1925) Zəngəzurun ermənilərə verilməsi, əslində isə “bağışlanması” istiqamətində ciddi işlər görüb. 1920-ci il dekabrın 1-də Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyəti qurulması münasibətilə keçirilən təntənəli “tarixi” iclasında N.Nərimanov bəyanatla çıxış etdi.
Nə dedi? Tarixin yaddaşında hamısı qalıb: “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın - kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanın bölünməz ərazisidir. Dağlıq Qarabağın əməkçi kəndlərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir, Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanın qoşunları isə buradan çıxarılırlar”.
Bəyanatda o da qeyd edilirdi ki, Sovet Azərbaycanı malik olduğu tükənməz sərvətlərin-neft, kerosin və digər məhsulların qapılarını Sovet Ermənistanı üçün geniş açır.
Ona görə də mənim nəzərimdə Nəriman Nərimanovun adının belə Jumabek Taşenovla qoşa çəkilməsi sonuncuya təhqirdir. Türk torpaqlarını ona-buna “hədiyyə” verənlər əbədiyyətə qədər lənətlənməlidir.
Elbəyi Həsənli, Sürix
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib