"Yaxşı olardı ki, səfir erməni dilini bilsin" - Sabiq nazir Ermənistana səfir göndəriləcəyi haqda suala “necə məsləhətdir”", - deyə cavab verdi
12-08-2025 [17:40]
8 avqustda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Paraflanmış mətn ötən gün Xarici İşlər Nazirliyi tərəfindən ictimailəşdirilib. Sənəddə göstərilən maddələrdən biri də yekun sülh sazişinin qəbul edilməsindən sonra ölkələrin qarşılıqlı diplomatik münasibət qurması ilə bağlıdır.
Sazişin V maddəsində göstərilir: “Tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra __ gün ərzində öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-ci illərin) müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri quracaqlar”.
Sazişin bu maddəsinə əsasən demək olar ki, yaxın gələcəkdə Azərbaycanın Ermənistanda səfirliyi açıla bilər.
Uzun müddət qanlı müharibə və düşmənçilikdən sonra əldə edilən barışın ardından İrəvana göndəriləcək səfir heç şübhəsiz ki, digər ölkələrə təyin olunan diplomatlardan fərqlənməli olacaq.
Bəs İrəvana səfir gedəcək şəxsin hansı keyfiyyətlərə malik olması vacibdir?
Mia.az xəbər verir ki, Modern.az mövzu ilə əlaqədar sabiq diplomatlarla əlaqə saxlayıb.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Ermənistana təyin olunacaq səfirin erməni dilini bilməsi və bu xalqın xüsusiyyətlərinə bələd olması daha yaxşı olar:
“Ermənistana səfir təyin ediləcək şəxs yaxşı olardı ki, təcrübəli bir diplomat olsun. Bu vacib deyil ki, şəxs mütləq diplomat olsun, kənardan da kimisə təyin etmək olar. Yaxşı olardı ki, səfir erməni dilini bilsin. Dil bilmək çox önəmlidir. Ümumiyyətlə, erməni xalqının xüsusiyyətlərini başa düşüb, anlamalıdır. Ancaq Azərbaycanla Ermənistan arasında əsas sülh sazişi imzalanandan sonra bir də diplomatik əlaqələri qurmaq haqda sənəd imzalanmalıdır. Diplomatik əlaqələri qurmaq üçün xüsusi sənəd var. Belədə səfiri təyin edə bilməzsən. Gərək həmin sənəd imzalansın. Ondan sonra müzakirə edilə bilər ki, kim səfir olmalıdır, neçə nəfər səfirliyin əməkdaşı olmaldır. Qalanları texniki məsələlərdir”.
Elmar Məmmədyarov özünün İrəvanda səfir kimi çalışmağa hazır olub-olmadığı ilə bağlı suala belə cavab verib: “Sualın bir cavabı var: necə məsləhətdir”.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib