TRAMP YOLU: 127 il əvvəlki model və ya “Türk NATO-su” yaradılacaq? - TƏHLİL
12-08-2025 [15:01]
ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda baş tutan Ermənistan–Azərbaycan danışıqları, habelə keçirilmiş görüşünün nəticələrinə dair imzalanmış Birgə Bəyannamə ətrafında müzakirələr davam edir. Xüsusilə, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi (Zəngəzur dəhlizi – red.) müzakirələrin əsas predmetidir.
ABŞ-ın bu proseslərdə daha aktiv rol almağa başlaması, dəhliz üzərində 99 illik nəzarət mexanizminə sahib olması bir çoxlarına görə Türk Dövlətləri Təşkilatı (TDT) üçün təhlükə yaradır. Çünki dəhliz həm də türk dünyasının 200 illik ayrılığının sonu kimi qiymətləndirilir.
127 il əvvəlki model təkrarlanır…
Əvvəlcə deyim ki, TRIPP layihəsi ilə bağlı rəsmi açıqlamalarda, ya da Birgə Bəyanatda “99 il” ifadəsi işlədilməyib. Nə ABŞ, nə Azərbaycan, nə də Ermənistan hökumətləri bu müddəti təsdiqləyən rəsmi sənəd və ya bəyanat təqdim ediblər. Amma istisna deyil ki, buna dair açıqlanmayan razılaşmalar var. Subyektiv görüşüm belədir ki, qeyd olunan ərazi Ermənistanın beynəlxalq hüquqla tanınan əraziləri olduğu üçün Vaşinqton İrəvanla belə bir saziş imzalamış ola bilər. Eyni qaydada ABŞ-ın Azərbaycanla da maneəsiz hərəkətə dair fərqli saziş imzalaması mümkündür.
99 illik icarə anlayışı beynəlxalq praktikada tanınmış və geniş istifadə olunan modeldir. Bu modelin ən məşhur nümunəsi Honq Konq məsələsidir. Böyük Britaniya 127 il əvvəl – 1898-ci ildə Çindən Honq Konqun bir hissəsini 99 illik müddətə icarəyə götürmüşdü. Müqavilənin müddəti 1997-ci ildə başa çatdı və ərazi Çinə qaytarıldı. Bu cür uzunmüddətli icarə modelləri, adətən, siyasi sabitlik yaratmaq və iqtisadi maraqları qorumaq məqsədilə tətbiq olunur. Məhz bu səbəbdən, TRIPP layihəsinə də bu prizmadan baxmaq məqsədəuyğundur.
O ki qaldı TRIPP layihəsinin Türk Dövlətləri Təşkilatı (TDT) üçün təhlükə yaratması ilə bağlı iddialara, bu yanaşma kifayət qədər səthi və emosional görünür. Əksinə, ABŞ-ın regionda artan fəallığı TDT üçün mühüm imkanlar da yarada bilər. Bu imkanları dəyərləndirə bilmək üçün baş verən prosesləri qlobal güclər arasındakı rəqabət və uzunmüddətli geosiyasi maraqlar kontekstində analiz etmək vacibdir.
Geopolitik şahmat taxtası
ABŞ-ın Zəngəzur dəhlizinə marağı təsadüfi deyil. Cənubi Qafqazın nəqliyyat və enerji dəhlizləri baxımından strateji mövqeyi artıq on illərdir ki, Qərb üçün vacib geosiyasi element olaraq qalır. Lakin bu maraqlar əvvəllər daha çox enerji axınlarının təminatı və Rusiya ilə balans yaratmaq çərçivəsində nəzərdən keçirilirdisə, indi daha kompleks xarakter alıb. Çinlə Qərb arasında davam edən texnoloji və iqtisadi qarşıdurma, Şərqdən Qərbə alternativ ticarət yollarının aktuallaşması, eləcə də Rusiya və İranın regiondakı təsir imkanlarının zəiflədilməsi ABŞ-ın bu dəhlizə marağını daha da artırır. Başqa cür desək, Türk dünyası üçün həyati əhəmiyyət daşıyan dəhliz eyni zamanda qlobal güclər tərəfindən oynanılan bir “geopolitik şahmat taxtası”na çevrilib.
Təşkilatın son illərdə siyasi, iqtisadi və mədəni inteqrasiya istiqamətində atdığı addımlar, onu regionda real güc mərkəzinə çevirə biləcək potensiala malik edir. Lakin bu potensialın reallaşması üçün sadəcə daxili dinamika kifayət etmir. Xarici güclərlə münasibətlərin düzgün qurulması, TDT-nin geosiyasi əhəmiyyətini artıran, lakin müstəqilliyini məhdudlaşdırmayan əməkdaşlıq formatları formalaşdırmaq vacibdir. Bu baxımdan ABŞ-la mümkün tərəfdaşlıq effektiv ola bilər. Təbii ki, bu münasibətlər ağıllı şəkildə idarə olunarsa…
TDT üçün ideal yol
Müqayisə üçün Aİ və NATO nümunələrini misal göstərmək olar. Məlum olduğu kimi, hər iki təşkilat ABŞ-la sıx əməkdaşlıq edir. Özü də bu əməkdaşlıq onların müstəqilliyini itirdiyi anlamına gəlmir. Əksinə, bəzi hallarda bu qurumlar ABŞ-ın qlobal siyasətində balanslaşdırıcı rol oynaya biliblər. Məsələn, Fransa və Almaniya zaman-zaman ABŞ-ın Yaxın Şərq və İran siyasətinə qarşı açıq şəkildə müstəqil mövqe ortaya qoyublar. NATO daxilində Türkiyənin sərbəst manevrləri, xüsusilə Rusiya ilə əlaqələri, bu əməkdaşlığın sadəcə tabeçilik üzərində qurulmadığını göstərir. Bu nümunələr sübut edir ki, ABŞ-la yaxın münasibətlər müstəqillik itkisinin zəruri nəticəsi deyil. Əsas məsələ həmin əməkdaşlıq formatının necə dizayn edilməsi və hansı dəyərlər üzərində qurulmasıdır.
Türk Dövlətləri Təşkilatı da bu yolu izləyə bilər. Əgər təşkilat ABŞ və digər Qərb aktorları ilə münasibətlərində “müstəqil tərəfdaşlıq” modelini əsas götürərsə, bu, ona həm beynəlxalq legitimlik qazandırar, həm də təşkilatın üzv ölkələri üçün geosiyasi manevr imkanlarını genişləndirər.
Təəssüf ki, TDT-nin gələcəyindən pozitiv danışanlar hazırda Mərkəzi Asiya ölkələrinin əksəriyyətinin Rusiya və Çin arasında çətin balans siyasəti yürütdüyünü unudur. Bu ölkələrin bir çoxu KTMT və ŞƏT üzvüdür, yəni onların TDT çərçivəsində aktivləşməsi birbaşa Rusiya və Çin tərəfindən nəzarətdə saxlanılır. Lakin əgər TDT beynəlxalq aktorların dəstəyi ilə daha çox beynəlmiləlləşərsə, bu ölkələr üçün də ikinci bir “təhlükəsizlik çətiri” rolunu oynaya bilər.
“Türk NATO-su” yaradılacaqmı?
ABŞ üçün də bu proses əhəmiyyətlidir. Hər şeydən öncə bu məqamı göz önündə saxlamaq lazımdır. Çünki Vaşinqton illərdir rəqiblərinin təsir imkanlarını zəiflətmək üçün bufer zonalar formalaşdırmağa çalışır. SSRİ ilə rəqabətdə ABŞ NATO-nu yaratdı. Çin ilə rəqabətdə isə AUKUS (Avstraliya, Birləşmiş Krallıq, ABŞ), QUAD (ABŞ, Yaponiya, Hindistan Avstraliya) örnəkləri var. Son illərdə isə İrana qarşı Yaxın Şərqdə İbrahim Sazişləri (Abraham Accords) layihəsi üzərində işlər gedir. Məsələyə aydın baxdıqda Vaşinqtonun nə etmək istədiyini görmək mümkündür. Bu mənada Türk dünyası da ABŞ üçün strateji müttəfiqə çevrilə bilər. TDT-nin gələcəkdə NATO-ya bənzər təhlükəsizlik mexanizmlərinə, Aİ-yə bənzər iqtisadi inteqrasiyaya sahib olması, ABŞ üçün regionda həm sabitlik deməkdir, həm də rəqiblərinə qarşı təsir mexanizmi…
Son olaraq qeyd edim ki, Türk Dövlətləri Təşkilatı imzalanan sənədi “tarixi inkişaf” kimi qiymətləndirib. Baş katibin bəyanatında Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifahın təmin olunması üçün bu razılaşmanın mühüm mərhələ olduğu vurğulanıb. Bu mövqe həm də göstərir ki, TDT öz üzvü olan Azərbaycanın mövqeyini dəstəkləməklə yanaşı, regional sülhün qlobal diplomatik gündəlikdə qalmasına töhfə vermək niyyətindədir. Həmçinin təşkilat öz gələcəyi baxımında prosesin əhəmiyyətini dərk edir.
Turan Rzayev, politoloq
MİA.AZ
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi