SAAKAŞVİLİNİN TƏCRİD HƏYƏCANI: əsası varmı? - TƏHLİL
11-08-2025 [15:25]
Gürcüstanın keçmiş prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvilinin Vaşinqtonda baş tutan ABŞ–Ermənistan–Azərbaycan liderlərinin görüşü və imzalanan birgə bəyanatla bağlı dedikləri diqqət çəkir.
O bildirib ki, ABŞ, Azərbaycan və Ermənistan arasında imzalanmış sazişə əsasən, Vaşinqton Zəngəzur dəhlizini 100 illik icarəyə götürür və bu saziş Gürcüstan, İran və Rusiyadan yan keçməklə Avropadan Çinə yeni tranzit dəhlizi açır.
“Bəli, məhz İran və Rusiya ilə birlikdə tam geosiyasi təcridlə üz-üzəyik. Bu o deməkdir ki, Qırmızı Körpüdə (Gürcüstan-Azərbaycan sərhədi) “dəmir pərdə” enir, Moskva və Tehranla birlikdə uçuruma yuvarlanırıq. Gürcüstan üçün ən pis geosiyasi fəlakət reallaşmaq üzrədir”, – Saakaşvili bildirib.
O, bütün bunlara görə İvanişvili hökumətini günahlandırıb.
Əvvəlcə deyim ki, bu iddialar daha çox siyasi emosiyalara söykənir və mövcud iqtisadi-siyasi gerçəkliklərlə uzlaşmır. Reallıq ondan ibarətdir ki, Zəngəzur dəhlizi Gürcüstan üçün təhlükə deyil, əksinə, əlavə fürsətlər doğuran layihədir.
Zəngəzur dəhlizi Gürcüstan ərazisindən keçən nəqliyyat və enerji marşrutlarını əvəz etmir, etməyəcək də. Bu dəhliz Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında birbaşa bağlantı qurmağa xidmət edir. Bunun daha geniş regional nəticələri olacaq, amma bu nəticələr Gürcüstanın mövcud rolunu sıradan çıxarmağa hesablanmayıb.
Gürcüstan uzun illərdir Azərbaycanın əsas tranzit tərəfdaşıdır. Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri, Bakı–Tbilisi–Ərzurum (BTE) qaz kəməri Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu və TANAP bu əməkdaşlığın təməlini təşkil edir. Bu layihələr təkcə texniki deyil, siyasi mənada da Azərbaycanla Gürcüstanı sıx birləşdirir. Yəni burada bir mövqe dəyişimi, ya da əvəz olunma situasiyası yox, sadəcə alternativ bağlantıların qurulması var.
Saakaşvili iddia edir ki, Ermənistan üzərindən keçəcək yeni dəhliz Gürcüstanın strateji rolunu zəiflədəcək. Əslində isə bu, olduqca erkən və qeyri-realist bir yanaşmadır. Vaşinqtonda əldə edilən razılığa rəğmən Ermənistanla Azərbaycanın münasibətləri hələ də tam normallaşmayıb.
Ermənistan daxilində ictimai və siyasi müqavimət hələ də çox güclüdür. Təsadüfi deyil ki, Vaşinqton görüşündən sonra Prezident İlham Əliyev Azərbaycan mediasına verdiyi müsahibədə bu narahatlıqları dilə gətirdi. Məsələn, dövlət başçısı çıxışında Ermənistanın prosesdə üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməsini bir daha xatırlatdı.
Yəni Vaşinqton görüşü hər nə qədər məhsuldar keçsə və birgə bəyanat imzalansa da, ölkə başçısı təmkinini qorudu. Prezident açıq şəkildə İrəvana mesaj verir ki, sülh prosesinin indi dayandığı mərhələ sadəcə diplomatik sənədlərin imzalanması ilə yekunlaşacaq formal bir addım deyil, əksinə, tərəflərin real iradəsini ortaya qoyacaq strateji seçim nöqtəsidir.
Yəni Nikol Paşinyan daxili siyasi təzyiqləri neytrallaşdırmalı, kənar qüvvələrin təsirlərinə boyun əyməməlidir. Ən önəmlisi isə Konstitusiya dəyişikliyi məsələsi öz əksini tapmalıdır. Digər tərəfdən, Zəngəzur dəhlizi açılsa belə, bu dəhliz üzərindən neft və qaz boru kəmərlərinin keçməsi hələlik real deyil. Çünki Ermənistan tərəfi hələ heç avtomobil və dəmiryolu infrastrukturunu bərpa etməyib. Gürcüstan isə artıq oturuşmuş, beynəlxalq hüquqla qorunan enerji marşrutlarına malikdir. Yəni Bakı üçün Gürcüstanla əməkdaşlıqdan imtina etmək heç bir məntiqli iqtisadi səbəblə əsaslandırıla bilməz.
Xüsusilə bir məqamı da qeyd edim ki, son illərdə Azərbaycanın Avropa ilə “yaşıl enerji” sahəsində əməkdaşlığı da Gürcüstan üzərindən həyata keçirilir. 2022-ci ilin 17 dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalanıb. Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi 2030-cu ilədək tamamlanacaq. Layihə çərçivəsində Azərbaycanın bərpa olunan enerji potensialının Gürcüstan vasitəsilə Avropaya daşınması hədəflənib. Yəni bu layihə təkcə Gürcüstanın tranzit rolunu qoruyub saxlamaqla kifayətlənmir, eyni zamanda onu gələcəyin “yaşıl enerji” körpüsünə çevirir.
Təkcə bu kabel layihəsi belə təsdiqləyir ki, Gürcüstan infrastruktur baxımından strateji üstünlüyə malikdir və bu üstünlük Zəngəzur dəhlizi ilə ortadan qalxmır.
Təbii ki, bir də Gürcüstanın Poti və Batumi limanları məsələsi var. Bu limanlar Xəzər və Qara dənizləri birləşdirən ticarət zəncirinin əsas halqalarıdır. Çin–Avropa marşrutu daxilində Gürcüstan üzərindən keçən “Orta Dəhliz” layihəsi hələ də aktuallığını saxlayır. Bakı Ələti Poti və Batumi limanlarına bağlayacaq yeni layihələr üzərində işləyir. Anakliya Dərin Dəniz Limanı layihəsi də Gürcüstanın gələcəkdə logistik mərkəz kimi rolunu artırır.
Azərbaycanın bu limanlara marağı hələ də qalır və regional yükdaşımalarının mühüm hissəsi bu limanlar üzərindən həyata keçirilir. Zəngəzur dəhlizi bu limanlara alternativ ola bilməz. Çünki dəniz nəqliyyatı ilə quru yolu tam fərqli imkanlar və yük tipləri tələb edir.
Son olaraq, bu qeyd etdiklərimi istisna deyil ki, Gürcüstan hakimiyyəti də yaxşı bilir. Çünki Bakı Tbilisi ilə bu və digər məsələri illərdir müzakirə edir. Gürcüstan Azərbaycanın etiabrlı tərəfdaşı və yaxşı anlaşdığı qonşusudur. Bakı Tbilisini yeni reallıqlar kontekstində nəinki kənarda qoymur, əksinə əməkdaşlığı, münasibətəri daha da inkişaf etdirməyi hədəfləyir.
Turan Rzayev
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib