Bahalı saatlar, məşhur rəssamların əl işləri... - Akif Həsənovun bağ evində nə baş verib?
07-08-2025 [17:37]
“Qazprom” şirkətinin Azərbaycan nümayəndəliyinin sabiq rəhbəri Akif Həsənovun bağ evini qarət edib, daha sonra yandırmaqda ittiham olunan bağbanın məhkəməsi başa çatıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər evrir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
İstintaq materiallarında yazılıb ki, ötən ilin qışında Akif Həsənovun Şüvəlan qəsəbəsində yerləşən bağ evində yanğın olub. Yanğın söndürüldükdən sonra evə baxış zamanı içində qiymətli əşyaların olduğu seyfin oğurlandığı məlum olub.
Araşdırma nəticəsində evin bağbanı - 29 yaşlı Əkbər Bəşirli şübhəli şəxs kimi tutulub. Onun evi qarət etməsini ört-basdır etmək üçün yanğın törətdiyi qənaətinə gəlinib. Bağban ittihamla qismən razılaşıb. O, evi yandırdığını boynuna almasa da, bəzi qiymətli əşyaları ələ keçirib satdığını etiraf edib.
Keçmiş məmur özü də məhkəmədə ifadə verib. O, hadisə nəticəsində yarım milyonluq qiymətli əşyalarının oğurlandığını deyib. Həmçinin evini də bağbanın yandırdığından əmin olduğunu bildirib: “Bahalı əşyaları, qızılları evdəki seyfdə saxlayırdım. 2022-ci ildə dəyəri 70 min manatdan çox olan “Breguet” və “Audemars Piguet” markalı dəri kəmərli saatlar yoxa çıxdı.
Həmin saatlar sadəcə qiymətinə görə deyil, yubileydə bağışlandığı üçün xatirə kimi mənə çox dəyərli idi. Oğluma 25 illik yubileyinə “Audemars Piguet” markalı (qiyməti 100 min manata yaxın-red) bahalı saat hədiyyə etmişdim. Həmin saatlar artıq istehsaldan çıxarılıb, tapılmır. Ötən ilin yanvarında oğlum Bakıya gəlmişdi. Bir gün oğlum saatının evdə itdiyini dedi. Amma bu barədə polisə xəbər vermədik. Bir müddət sonra da evdə yanğın baş verdi. Yanğın söndürüləndən sonra isə evdəki qızıl-zinət əşyaları və pulun oğurlandığının şahidi olduq. Sonra məlum oldu ki, ev qəsdən yandırılıb. Hər tərəfə benzin səpilibmiş. Sonda bütün olanların arxasından bağban çıxdı”.
Zərərçəkmiş onu da əlavə edib ki, məşhur rəssamların əl işlərinin həvəskarı olaraq orijinal rəsm əsərləri alıbmış. Yanğın zamanı onlar da məhv olub. Rəsm əsərlərinin indiki dəyəri elə yarım milyona yaxındır: “Hamısını 15 il əvvəl almışdım. Evdə 4-5 belə rəsm əsəri vardı. Araşdırsaq, elə onların bugünkü bazar qiyməti yarım milyona yaxındır. Sadəcə Əkbərə yazığım gəldiyi üçün bu əsərlərin məhv edilməsini maddi zərər kimi nəzərə almadım”.
Hökmə əsasən, Əkbər Bəşirli oğurluqda, əmlakı qəsdən məhv etməkdə, rəsmi sənədləri, möhür və ya ştampları məhv etməkdə təqsirli bilinib. Ona 7 il həbs cəzası verilib. Bağbana qarşı vurduğu ziyana görə 450 min manatlıq mülki iddia da təmin edilib.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər