Mərkəz rəhbərinin həbsinə səbəb olan vəkil: "Mənim Fikrət Cəfərlini tutdurmağım ifadəsi düzgün deyil"
30-07-2025 [10:24]
“Fikrət Cəfərli feysbuk səhfəsində barəmdə həqiqətə uyğun olmayan ifadələr yazaraq mənə böhtan atıb".
Mia.az-ın məlumatına əsasən, bunu Teleqraf-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, Vəkillərin İntizam Komissiyasının və Deontologiya Komitəsinin üzvü Elvin Əliyev bildirib.
O deyib ki, bu səbəbdən İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri F.Cəfərli ilə bağlı Binəqədi Rayon Məhkəməsinə Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət edib.
"Təbii ki, məhkəmənin Fikrət Cəfərli barəsində hansı qərar qəbul edəcəyindən əvvəlcədən məlumatımın olması mümkün deyildi. Yekun çıxışımda məhkəmədən ona təqsirləndirildiyi maddənin sanksiyasında olan azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etdim və məhkəmə tərəfindən ədalətli və qanuni qərar qəbul olundu", - vəkil söyləyib.
E.Əliyev vurğulayıb ki, F. Cəfərlinin əməlində Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibi olduğu üçün barəsində ittihamedici hökm çıxarılıb: “Mən çıxışımda şəxsin əməlində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı cəzanın verilməsini xahiş etdim. Məhkəmə də yekunda öz qərarını çıxardı. Ümumiyyətlə mənim Fikrət Cəfərlini tutdurmağım ifadəsi düzgün deyil. Çünki məhkəmələr şəxsin istəkləri ilə deyil, qanuna əsaslanaraq qərar verirlər”.
Onun sözlərinə görə, F.Cəfərlinin sosial şəbəkə hesabında barəsində böhtan xarakterli məlumatları paylaşdığını gördüyü andan qanunla nəzərdə tutulmuş qaydada sənədləri toplayaraq məhkəməyə üz tutub.
Vəkil məhkəməyə müraciət etməmişdən əvvəl və yaxud məhkəmə araşdırması aparılan dövrdə F.Cəfərli ilə barışmaq barədə məsələyə də münasibət bildirib: “Şəxs paylaşımlarında nə qədər aqressiv idisə, məhkəmə prosesləri zamanı da bir o qədər şəxsimə qarşı aqressevlik nümayiş etdirdi. Özünü ümumiyyətlə, təqsirli bilmirdi. Barışmaqla bağlı hər hansı bir addımda atmayıbdır. Buna görə də barışmaq mübahisə predmeti deyildi”.
Xatırladaq ki, İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərli feysbuk səhifəsində vaxtilə Elvin Əliyevin müvəkkili olmuş Elvin Allahverdiyevin şikayətini paylaşıb. Həmin yazıda iddia olunub ki, vəkil E.Əliyev E.Allahverdiyevin ailə üzvlərini aldadıb, yalan vəd verərək onların 10500 manatını alıb mənimsəyib.
Bundan sonra Elvin Əliyev Fikrət Cəfərli barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət verib.
İyulun 29-da F.Cəfərlinin barəsində xüsusi ittiham qaydasında olan cinayət işi üzrə məhkəmə proses keçirilib. Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrlik etdiyi prosesdə elan etdiyi hökmə əsasən F.Cəfərli 4 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, E.Əliyev bir çox səs-küylü cinayət işlərində vəkil olub. Onun hüquqlarını müdafiə etdiyi şəxslərdən biri də meyxana ustadı Rəşad Dağlıdır. Bundan əlavə E.Əliyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlini xüsusi ittiham qaydasında məhkəməyə verən Aydın Əliyevin də vəkili və nümayəndəsi idi.
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib