Oqtay Əsədovun xanımı gəlirlərini artırıb - Rusiyada + DETALLAR
29-07-2025 [13:52]
Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olan və Rusiyada fəaliyyət göstərən “Arizarum Qrup” şirkətinin (ООО "АРИЗАРУМ ГРУПП" – 7705176856) 2024-cü ildə əldə etdiyi gəlirlər açıqlanıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Arizarum Qrup” ötən il 15 milyon 943 min rubl (319 min manat) gəlir əldə edib. Şirkətin xalis mənfəəti isə 9 milyon 839 min rubl (197 min manat) olub.
Qeyd edək ki, əvvəlki – 2023-cü illə müqayisdə “Arizarum Qrup”un gəliri 12% artıb.
Son 8 ildə “Arizarum Qrup”un gəlirləri ən yüksək səviyyəyə çatıb:
2017-ci ildə 14 568 000 rubl;
2018-ci ildə 13 984 000 rubl;
2019-cu ildə 13 919 000 rubl;
2020-ci ildə 13 815 000 rubl;
2021-ci ildə 14 045 000 rubl;
2022-ci ildə 13 924 000 rubl;
2023-cü ildə 14 270 000 rubl;
2024-cü ildə 15 943 000 rubl.
Məlumat üçün bildirək ki, “Arizarum Qrup” 14 yanvar 1998-ci ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin yeganə təsisçisi Əsədova Zemfira Adil qızıdır. Şirkətin direktoru isə Nazarova Larisa Aleksandrovnadır. Nizamnamə kapitalı 10 min rubl olan şirkətin restoran sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.
Zemfira Əsədovaya məxsus şirkətə rəhbərlik edən Larisa Nazarov həm də “Medeki” (ООО "МЕДЕКИ" – 7702460354) adlı şirkətin təsisçisidir. Bu şirkətin isə gəlirləri ötən il 66,8 milyon rubl (1,3 milyon manat) olub.
Xatırladaq ki, Oqtay Əsədovun həyat yoldaşı Rusiyadakı biznes fəaliyyətinə paralel olaraq uzun illər Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiri olub. Ötən il mətbuatda yayılan xəbərlərdə bildirilib ki, Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Zemfira Əsədovanın müdiri olduğu 175 nömrəli körpələr evi-uşaq bağçasında yoxlamalar aparılıb və bəzi pozuntular aşkarlanıb. Daha sonra qeyd olunub ki, Zemfira Əsədova yoxlamalardan sonra öz ərizəsi ilə vəzifəsindən gedib. Lakin onu da bildirək ki, hazırda Nizami Rayon İcra Hakimiyyətinin rəsmi saytında yer alan məlumatda 175 saylı Körpələr evi-uşaq bağçasının müdirinin Zemfira Əsədova olduğu göstərilir.
Onu da qeyd edək ki, son günlər ölkə mətbuatında Azərbaycanda bəzi sabiq yüksək vəzifəli şəxslərin adı Rusiya təsir şəbəkəsi ilə birgə hallanır. Yayılan məlumatlarda Milli Məclisin sabiq sədri Oqtay Əsədovun da Rusiya şəbəkəsi ilə əlaqələrindən bəhs edilib. Həmin yazıda Rusiya şəbəkəsinin üzvü kimi adı keçən sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin də Rusiyada biznes fəaliyyəti ilə məşğul olması barədə daha əvvəl məlumat vermişdik.
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı