“Əgər ABŞ şirkətləri ilə işləyirlərsə..." - Hikmət Hacıyevin Zəngəzur dəhlizi ilə bağlı mesajının görünməyən tərəfləri... (TƏHLİL)
28-07-2025 [14:49]
Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində ABŞ şirkətinin Zəngəzur dəhlizi layihəsində roluna dair yayılan xəbərlərə münasibət bildirib. Hacıyev qeyd edib ki, bu məsələ Ermənistanın qərarına bağlıdır.
“Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu, onların işidir. Biz isə öz üzərimizə düşəni edirik: Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz Transqafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq”, – deyə o, vurğulayıb.
Hacıyevin bu sözləri, Bakının birbaşa İrəvana, dolayı yolla isə Vaşintona cavabı kimi qiymətləndirilə bilər. Məlum olduğu kimi, qısa müddət öncə İspaniyanın “Periodista Digital” nəşrində yayılan mübahisəli məqalədə Ermənistan hökumətinin Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinə nəzarəti ABŞ-a verməyə razılaşdığı iddia edildi. Nəşr yazır ki, hətta bu istiqamətdə memorandum imzalanıb və sənəd Ermənistanın Sünik rayonu (Zəngəzur-.red) ərazisindən keçməklə, Azərbaycanın Naxçıvanla birləşdirəcək 42 kilometr uzunluğunda nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Marşruta da müvəqqəti olaraq “Tramp körpüsü” adı verilib.
Ən diqqətçəkən məqam isə dəhlizin özəl Amerika şirkəti tərəfindən idarə olunması iddiasıdır. Burada söhbət nizami ordudan yox, 1000-ə yaxın döyüşçüdən ibarət özəl hərbi şirkətdən gedir. Bu qüvvələr dəhlizin təhlükəsizliyini təmin edəcək və marşrutdan əldə olunan gəlirin yalnız 30%-i İrəvana veriləcək.
Nəşrin iddiasına görə, memorandum artıq Ermənistan, Azərbaycan və ABŞ tərəfindən təsdiqlənib. Lakin Hikmət Hacıyevin açıqlamasından belə nəticə çıxarmaq olar ki, ortada təsdiqlənmiş bir sənəd yoxdur. İstisna deyil ki, Vaşinqton tərəflərə bu məzmunda memorandum təklif edib və müəyyən təzyiqlər də göstərib. Ancaq bütün bunlara rəğmən, İrəvandan fərqli olaraq Bakının belə bir təklifi qəbul etməsi gözlənilmir.
Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı siyasəti praqmatik və çoxvektorlu xarakter daşıyır. Bakı regional iqtisadi inteqrasiyanı təşviq edir, eyni zamanda təhlükəsizlik risklərini qabaqcadan nəzərə alaraq ehtiyatlı addımlar atır. ABŞ və Ermənistan arasında imzalanmış memorandumun detallarına rəsmi təsdiq verilməsə də, belə bir gediş Azərbaycanın maraqlarına uyğun deyil. Xüsusilə də 1000 nəfərdən ibarət özəl hərbi şirkətin dəhlizə nəzarət etməsi məsələsi…
ABŞ-ın layihəyə hərbi komponent əlavə etməsi, regionda güc balansını dəyişməyə yönəlməsi Azərbaycanın maraqlarına uyğun gəlmir. Əgər Bakı dəhlizə nəzarəti başqa ölkəyə vermək niyyətində olsaydı, Rusiya ilə əməkdaşlığı davam etdirərdi. Bu baxımdan, Hikmət Hacıyevin açıqlaması Azərbaycanın ABŞ təklifinə birbaşa “yox” demədən, məsafəli və ehtiyatlı yanaşdığını göstərir.
Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, Ermənistanın dəhlizdə kiminlə işləmək istəməsi onun seçimidir. Bakı isə enerji və nəqliyyat siyasətini suverenlik prinsipi əsasında həyata keçirir.
Bakı alternativ marşrutlar üzərində işləməklə həm siyasi çevikliyini qoruyur, həm də İrəvanla aparılan müzakirələrdə təzyiq imkanlarını artırır. Hacıyevin, “Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz Transqafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq”, – sözləri bunu təsdiqləyir.
Hacıyev açıqlamasında İran və Gürcüstanı xüsusi olaraq qeyd edir ki, bu da təsadüfi deyil. Azərbaycan Zəngəzur dəhlizinin alternativ marşrutlarını məhz bu iki ölkə istiqamətində inkişaf etdirir. İran vasitəsilə Naxçıvanla quru bağlantının gücləndirilməsi, eləcə də Gürcüstan üzərindən Avropa bazarlarına çıxış imkanı ölkəmizin manevr sahəsini genişləndirir. Prezidentin köməkçisi hələ 2023-cü ildə “Politico” nəşrinə müsahibəsində demişdi: “Tərəflər Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gələ bilmədikdən sonra, layihə bizim üçün cəlbediciliyini itirib. Biz bunu İranla yerinə yetirə bilərik Məsələ hələ də masanın üstündədir, lakin Ermənistan tərəfi bununla həqiqətən maraqlandıqlarını göstərmək üçün tələb edəcək.”
Bakı həmçinin bilir ki, İran ABŞ-ın regiondakı hərbi varlığına qarşı sərt reaksiya verəcək. Bu səbəbdən “topu” İrəvana ataraq bir daha alternativ marşrutlara üstünlük verdiyi mesajını çatdırır. Bununla da İran və Rusiyanın ehtimal olunan reaksiyalarından özünü sığortalayır.
Nəticə etibarilə, Hikmət Hacıyevin açıqlaması göstərir ki, Bakı üçün əsas məsələ suverenliyə hörmət, regional əməkdaşlıq və uzunmüddətli sabitliyin təmin olunmasıdır. ABŞ-Ermənistan memorandumu olsun, ya da olmasın, Azərbaycan öz yolunu seçir. Zəngəzur dəhlizinin hansısa xarici ölkə və ya beynəlxalq şirkətin nəzarətinə verilməsinə isə isti yanaşmır. Hətta belə şərtlərlə dəhlizin açılması məsələsi gündəmdən çıxarıla və prosesdə arxa plana keçə bilər.
Turan Rzayev
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib