"Bu təhdiddir, yoxsa fürsət?" - Hikmət Hacıyev (Yenilənib)
20-07-2025 [11:47]
"Azərbaycan cəmiyyəti media savadlılığının inkişafı məsələsi başda olmaqla ölkənin kütləvi informasiya vasitələri ilə fəal şəkildə işləyir".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunda danışıb.
Onun sözlərinə görə, sosial şəbəkələrdə və uşaqlar arasında media savadlılığının artırılmasına xüsusi diqqət yetirilir: "Biz əminik ki, media savadlılığı olan nəslin formalaşdırılması cəmiyyətimizin informasiya immunitetinin gücləndirilməsinin ən vacib yollarından biridir".
***
"44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı".
Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunun ikinci günündə deyib.
O qeyd edib ki, azərbaycanlı jurnalistlər və Azərbaycan xalqı həm də bu yalan məlumatlarla mübarizə aparırdı: “Azərbaycana qarşı dezinformasiya dalğaları olur. Bəşəriyyət olaraq bizim sosial medianı idarə edə bilməməyimiz böyük bir savaşdır. Tənzimləmə haqqında danışanda dərhal buna qarşı əksarqumentlər irəli sürülür. Ancaq hazırda süni zəkada tənzimləmələrlə bağlı beynəlxalq əməkdaşlıq və tərəfdaşlığa ehtiyac duyulur”.
O qeyd edib ki, bu informasiya hücumunun kulminasiyası 44 günlük Vətən müharibəsi oldu: "Biz Azərbaycana qarşı geniş miqyaslı dezinformasiya kampaniyalarının şahidi olduq. Lakin Azərbaycan jurnalistləri və kütləvi informasiya vasitələri təkcə dəqiq faktlar və məlumatlar təqdim etmirdilər - onlar Azərbaycana və onun xalqına qarşı qurulmuş bütün yalan sistemini dağıtmaq uğrunda mübarizə aparırdılar. Məmnuniyyətlə qeyd edirəm ki, peşəkarlıq, birlik və beynəlxalq əməkdaşlıq sayəsində biz bu informasiya mübarizəsində uğur qazana bildik", - deyə Hacıyev vurğulayıb.
***
"Texnologiyalara və innovasiyalara müqavimət Kopernik və ya Cordano Brunonun ideyalarına qarşı mübarizəni xatırladır".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində bildirib.
"Bugünkü Şuşa Qlobal Media Forumu süni intellektə həsr olunub. Hər il biz ən vacib və aktual mövzuları seçməyə çalışırıq. Bu gün süni intellekt ətrafında müxtəlif müzakirələr gedir. Bu təhdiddir, yoxsa fürsət? Və mən burada texnologiyalara qarşı mübarizəyə çağırmıram", - deyə H.Hacıyev bildirib.
Onun fikrincə, texnologiyalara, innovasiyaya və yeniliyə qarşı mübarizə Cordano Bruno və ya Kopernikin ideyalarına qarşı mübarizə ilə müqayisə edilə bilər.
"Başa düşürsünüz, yeni nəsillər də bizi buna görə tənqid edəcəklər. Onlar da bunu Cordano Bruno və digər mütəfəkkirlərin fikirlərinə qarşı mübarizə kimi qəbul edəcəklər - yel dəyirmanları ilə döyüş kimi. Eyni zamanda, gələcək nəsillər eyni vaxtda bizi nəzarət etmək mümkün olmayan və qeyri-müəyyənlik yaradan bir konsepsiyanın yaranmasına səbəb olduğumuz üçün qınayacaqlar", - deyə H.Hacıyev bildirib.
O vurğulayıb ki, süni intellekt "şübhəsiz ki, bir çox şeyi dəyişir": o cümlədən dini inanclarımıza və baxışlarımıza münasibətimizi.
"Həqiqət dəyişdi. Həqiqət doğrudan da nadir və dəyərli bir aktivdir ki, indi o da təhlükə altındadır", - deyə o, qeyd edib(Report).
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib