ƏLİYEV-PAŞİNYAN GÖRÜŞÜ - Əbu-Dabidən gözlənti (TƏHLİL)
09-07-2025 [15:28]
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək.
Görüşün baş tutması gözlənilirdi. Belə ki, öncə “Middle East Eye” nəşri İlham Əliyev və Nikol Paşinyanın iyulun sonunda Dubayda görüşə biləcəyinə dair iddia yayımladı. Son olaraq isə “Hraparak” qəzeti ABŞ-ın Ermənistana sülh müqaviləsi ilə bağlı təzyiq göstərdiyini yazdı.
Xüsusi ilə görüş yerinin Əbu-Dabi seçilməsi yaxşıdır. Məsələ ondadır ki, bu vaxta qədər sülh danışıqları ya Moskvada, ya Brüsseldə, ya da Vaşinqtonda baş tutub. Düzdür, bu danışıqların bəzilərində real nəticələr əldə edilsə də, yekun sülhə nail olunmayıb. O baxımdan həm Ermənistanın, həm də Azərbaycanın razı ola biləcəyi Dubay kimi neytral, təhlükəsiz və mübahisəsiz məkana ehtiyac duyulurdu. Həmçinin Əbu-Dabinin tərəflər üçün heç bir tarixi kompleks və ya imperial ambisiyası yoxdur. Bu da onu “bitirici məkan”a çevirir.
Məsələyə daha spesifik baxdıqda demək olar ki, Azərbaycana görə bu görüşün baş tutması problem deyil. Onsuz da Bakı üçün əsas kritik məsələ artıq həll olunub. Hazırda gündəmdə olan məsələlər Zəngəzur dəhlizi, maneəsiz hərəkətin təmin edilməsi və təbii ki, sülh müqaviləsidir. Bununla belə, Bakını narazı sala biləcək məqamlar da yox deyil.
Məsələn, “Hraparak”ın yaydığı məlumata görə, ABŞ və Qərb bu görüşdə ciddi şəkildə maraqlıdır. Onlar Dubayda sülh sənədinin imzalanmasını istəyirlər. Nəşr həmçinin qeyd edir ki, Tramp administrasiyası Zəngəzur dəhlizinə nəzarətlə bağlı İrəvan və Bakıya təkliflər göndərib. Yəni, dəhlizə ABŞ və ya onların seçdiyi təşkilat vasitəsilə nəzarət etmək variantı gündəmə gəlib.
Əslində ABŞ-ın Zəngəzur ilə maraqlanması ilk dəfə deyil. Belə ki, 1918-1920-ci illərdə Naxçıvan və Zəngəzurun gələcəyi ilə bağlı bir çox müzakirələr aparılırdı. ABŞ o dövrdə beynəlxalq məsələlərdə fəal idi və Naxçıvanın statusu ilə bağlı müəyyən fikirlər irəli sürülmüşdü. Bəzi təkliflərdə Naxçıvanın beynəlxalq mandat altında, yəni xarici ölkələrin nəzarətində olması fikri irəli sürülürdü. Hətta mandatın ABŞ nəzarətinə verilməsi də o müzakirə mövzularından biri idi. İndi Vaşinqton az qala bir əsrdən sonra eyni coğrafiyada mühüm dəhlizə texniki nəzarət təklif edir.
Bu təklifin Bakı tərəfindən qəbul olunub-olunmayacağı hələlik açıq sualdır. Məsələ ondadır ki, dəhliz Azərbaycan üçün sırf texniki məsələ deyil. Bu, hər şeydən öncə ölkənin geoiqtisadi mərkəzə çevrilməsi prosesində sonuncu, kritik həlqədir. Doğrudur, dəhliz açılmasa belə, Bakı “tam regional güc” statusunu itirmir. Buna baxmayaraq, Azərbaycanın konstruktiv mövqe sərgiləyərək prosesin həllinə töhfə verəcək güzəştlər etməyə hazır olduğunu da demək olar. Buradakı digər bir sual həmin güzəştlərin hansı qarşılıqla ediləcəyidir.
10 noyabr Bəyanatında yer alan maddədə Zəngəzur yoluna nəzarətin Rusiyaya verilməsi qeyd olunurdu. Azərbaycan isə bu varianta qarşı idi. O səbəbdən də Bakının gec-tez Rusiyanın iştirak etmədiyi alternativ bir kommunikasiya çərçivəsi qurmağa çalışacağı əvvəlcədən bilinirdi. Hətta Bakı–Moskva gərginliyinin pərdəarxası səbəblərindən birinin də məhz bu məsələ olduğu deyilir.
Bakının indiki istəyini ümumi şəkildə “Kalininqrad modeli” və ya ona bənzər mexanizmlə ifadə etmək olar. Yəni, Azərbaycan nəinki Rusiyanın, heç bir digər gücün dəhliz üzərində birbaşa nəzarətini istəmir. Ona görə də rəsmi Bakı dəhlizə ABŞ-ın nəzarət təklifini qəbul etməyə bilər.
Azərbaycan ABŞ və Qərblə əməkdaşlıq etsə də, bir çox hallarda siyasi mövzularda fikir ayrılığı yaşaması sirr deyil. Xüsusilə də Ermənistanla şərti dövlət sərhədində Avropa İttifaqının (Aİ) müşahidə missiyasının fəaliyyətindən narahat olan Bakının, Zəngəzurda ABŞ şirkəti və ya strukturunun nəzarətini qəbul etməsi inandırıcı görünmür. Digər tərəfdən, Azərbaycan Kremlin narazılığı fonunda bu məsələni əlavə bir gərginlik səbəbinə çevirmək də istəmir. Yekun olaraq danışıqlar yalnız sülh müqaviləsi ətrafında aparıla bilər. Yəni, əgər dəhlizlə bağlı təkliflər Bakının mövqeyinə uyğun olmazsa, bu məsələ diplomatik gedişlər ilə sülh sazişinin imzalanmasından sonrakı müddətə təxirə salına bilər.
Turan Rzayev, Politoloq
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib