İcra başçısının nümayəndəsi həbs edilib - Məhkəmə zalında
08-07-2025 [09:06]
Şirvan Apellyasiya Məhkəməsində məcburi əməkdə təqsirləndirilən Nəsib Nəsibov və Sənubər Cəfərovanın barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli hökmü apellyasiya protestinə əsasən Nəsib Nəsibova münasibətdə dəyişdirilib. O, Cinayət Məcəlləsinin (CM) 144-2.2.5 və 144-2.2.6-cı maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq olunmasına dair CM-in 70-ci maddəsi ilə bağlı müddəalar hökmdən xaric olunub. Nəsib Nəsibov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub və barəsində həbs qətimkan tədbiri seçilərək dərhal məhkəmə iclas zalından həbsə alınıb.
İttihama görə, Nəsib Nəsibov Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Cəfərbəyli kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır. O, Sənubər Cəfərovanın ərinin bacısı oğlu R.Cəfərovu məcburi əməyə cəlb edib. Valideynlərini uşaq yaşlarından itirmiş, yüngül dərəcəli əqli gerilik xəstəliyi olan zərərçəkmiş R.Cəfərov qardaş və bacıları ilə birlikdə dayısının himayəsində böyüyüb. Ferması olan Nəsib isə 2016-cı ildən 2021-ci ilə qədər R.Cəfərovu Sənubərə ayda 100 manat, sonralar isə 150 manat pul ödəməsi şərti ilə əməyini istismar edib. Belə ki, qadın onu 2016-cı ilin sonlarında Nəsibin yaşadığı Ağcabədi rayonu Cəfərbəyli kəndində yerləşən həyətyanı sahəsində iri və xırdabuynuzlu heyvanlarına baxmaqla çobanlıq etmək adı ilə təhvil verib. R.Cəfərov vəzifəli şəxsin fermasında əmək müqaviləsi bağlamadan, onun özünə şəxsən əmək haqqı ödəmədən çalışıb. R.Cəfərovun şikayətindən sonra isə hər iki şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya protesti və apellyasiya şikayətini təmin etməyib. Ali Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslərin kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməyib. Dövlət ittihamçısının isə kassasiya protesti qismən, Nəsib Nəsibova aid hissədə təmin olunub. Belə ki, onunla bağlı çıxarılan hökm və qərar kassasiya protestinə münasibətdə ləğv edilib, cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunmuşdu(pravda.az).
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb