Rusiyada miqrantların uşaqları üçün yeni problem... - Yekaterinburqda əcnəbi uşaqlar birinci sinfə qəbul edilmir
08-07-2025 [00:08]
Rusiyada Yekaterinburq şəhərində azərbaycanlılara qarşı zorakılıq hallarının ardından Azərbaycanda dövlət hesabına rusdilli təhsilin ləğvi ilə bağlı çağırışlar səslənməyə başlayıb.
Mia.az xəbər verir ki, təhsil ekspertləri, həmçinin ziyalılar rus dilində orta təhsilin və tələbələrin rus dilində ali təhsil almasının əleyhinə çıxıblar. Təklif olunub ki, məktəblərdə dövlət hesabına rus dilində təhsil birdəfəlik ləğv edilsin, ali məktəblərdə isə mərhələli şəkildə rus bölmələri bağlansın.
Elm və Təhsil Nazirliyi məsələyə münasibət bildirib və qeyd olunub ki, belə bir qərar hazırda müzakirə mövzusu deyil.
Yeri gəlmişkən, hazırda Azərbaycanda 2025-ci tədris ili üzrə ümumtəhsil müəssisələrində 1 619 335 şagird təhsil alır və onlardan təxminən 100 mini rus bölməsinin payına düşür. Bu rəqəm ümumi şagird sayının 6,18 faizini təşkil edir.
Əslində diqqətiçəkən rəqəmdi. Çünki Azərbaycanda yaşayan etnik rusların sayı təxminən 71 min nəfərdir. Yən, rus bölməsində oxuyanların əksəriyyəti etnik ruslar yox, bizim azərbaycanlı uşaqlardı. Ölkədə rus dilində tədris aparan 17 məktəb var, amma 340 ümumi təhsil müəssisəsində də rus bölməsi mövcuddur.
Maraqlıdı, Rusiyada təxminən 3 milyona yaxın azərbaycanlı yaşasa da, indiyə qədər Rusiya Federasiyası ərazisində bizim dildə məktəb açılmayıb. Ekspertlər bildirir ki, bu, icma və diaspora səviyyəsində işin zəif təşkili ilə əlaqədardı. Amma eyni zamanda, bunu Rusiyanın dil siyasətində, milli azlıqlar üçün hüquqi mexanizmlərin tətbiqində çatışmazlıqlar ilə əlaqələndirirlər.
Rus dilində dövlət təhsilini ölkəmizin milli azlıqlara münasibətdə tolerant və liberal yanaşması kimi qəbul edirik. Hesab edirik ki, rus dili habelə regiondaxili və beynəlxalq kommunikasiyada önəmlidi.
Rusiyada etnik azlıqlara münasibətdə tamamilə fərqli siyasətin mövcud olduğuna təzəlikcə bir daha əmin olduq.
Rusiyanın Elm və Təhsil Nazirliyinin yeni qərarına görə, bundan sonra Rusiyada entik azlıqların uşaqları rus dili üzrə imtahan verərək birinci sinfə qəbul olunacaqlar. İmtahandan keçməyən uşaqlar yeni dərs ilinin başlamasına (1 sentyabr) 15 gün qalana qədər ikinci dəfə imtahan şansı əldə edəcək. İmtahan verə bilməyənlər dövlət təhsilindən kənarda qalacaq.
Yekaterinburq şəhər meriyası artıq miqrantların birinci sinfə qəbul ediləcək uşaqlarını rus dili üzrə imtahana cəlb edib. 66 uşağın iştirak etdiyi imtahanı cəmi 13 nəfər keçərək birinci sinfə qəbul olub. Avqustun 15-də imtahandan kəsilən uşaqlar yenidən test verəcəklər. Hazırda valideynlər böyük həyəcan və təşviş içində uşaqlarını ikinci imtahana hazırlaşdırır.
Yeri gəlmişkən, birinci sinfə qəbul ediləcək uşaqlar rus dili üzrə şifahi testlərə cəlb olunub: onlar danışıq, dinləmə, leksika və qrammatika üzrə dil biliyini və vərdişlərini nümayiş etdirib. Yuxarı siniflərə qəbul istəyən miqrant uşaqları isə həm şifahi, həm də yazılı imtahan verib.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib