Keçmiş hökumət başçısı özünə qəsd edib
07-07-2025 [12:22]
Acariya Muxtar Respublikasının keçmiş hökumət sədri Tornike Rijvadze özünə qəsd edib.
Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə gecə saatlarında baş verib. Rijvadze Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleksi Axvledianiyə məxsus odlu silahdan istifadə edərək iki dəfə öz sinəsinə atəş açıb.
Ağır yaralanan keçmiş məmur Saqareco Geohospitalına yerləşdirilib. Həkimlər bildiriblər ki, Rijvadzenin ağciyəri zədələnib və vəziyyəti son dərəcə ağırdır. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) üzrə araşdırma başlanıb.
Təcili tibbi yardım zamanı Tornike Rijvadzenin cibindən bir məktub tapılıb. Məktubda keçmiş hökumət başçısı bir sıra şəxsi və siyasi məqamlara toxunur. O qeyd edir ki, son vaxtlar ona qarşı korrupsiya və narkotacirləri himayə etmək kimi ciddi ittihamlar irəli sürülüb. Həmin təzyiqlərin fonunda belə bir addım atdığını bildirən Rijvadze, məktubda hakim “Gürcü Arzusu” partiyasının liderlərinə – Bidzina İvanişviliyə və Baş nazir İrakli Kobaxidzenə – müraciət edərək, ailəsinin gələcəyinin onların himayəsində olacağına ümid etdiyini yazıb.
Rijvadze məktubunda həmçinin öz ətrafındakı əməkdaşları və yaxınlarını müdafiə edərək onların hamısının yalnız onun göstərişləri ilə hərəkət etdiyini vurğulayıb və onların günahsız olduğunu qeyd edib.
Məktubda adı çəkilən Aleksandre Axvlediani barədə də Rijvadze xoş ifadələrlə danışıb və bildirib ki, özünə qəsd etmək üçün istifadə etdiyi silah məhz ona məxsus olub.
Qeyd edək ki, Tornike Rijvadze bu ilin 4 aprel tarixində Acariya hökumətinin sədri postundan istefa vermişdi. O, 2018-ci ildən bu vəzifəni icra edirdi və hakimiyyətin gənc simalarından biri kimi tanınırdı. İstefasından sonra mediada onun adı bir sıra qalmaqallarda hallanmağa başlamışdı.
Hazırda Rijvadzenin səhhəti həkimlərin nəzarətindədir. Onun vəziyyəti ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi gözlənilir. İstintaq isə davam edir.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib