Hikmət Sabirabadlının dostunun oğlu haqda qərar verildi - “Qanuni oğru” isə deport olunacaq
05-07-2025 [10:09]
Orenburqda Leninski Rayon Məhkəməsi Zaur Naxçıvanski kimi tanınan azərbaycanlı “qanuni oğru” Zaur Şipilov barəsində həbs qətimkan tədbiri seçib. O, sentyabr ayınadək istintaq təcridxanasında qalacaq.
Mia.az-ın məlumatına görə, bu barədə iyulun 4-də rayon məhkəməsinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb. O, cinayətkar birlik təşkil etməkdə ittiham olunur. Günahı sübuta yetirilərsə, cəzasını Rusiyada çəkəcək, çünki bu ölkənin vətəndaşıdır. Zaur Naxçıvanski məşhur kriminal avtoritet Hikmət Sabirabadlı ilə birgə qətlə yetirilən Bayram Talıbovun oğludur.
Daha bir azərbaycanlı “qanuni oğru” Vaqif Süleymanov (Vaqif Bakinski) da Moskvada Rusiya miqrasiya qanunlarını pozduğuna görə saxlanılıb. O, üç ay xüsusi müəssisədə qalacaq, bundan sonra Azərbaycana deportasiya olunacaq.
REN TV-nin məlumatına görə, V.Süleymanov 3 ay Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin əcnəbi vətəndaşlar üçün müvəqqəti saxlanma təcridxanasında qalacaq.
Onun “tacqoyma mərasimində” Nardaranlı Mirseymur, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Masallı Mamed, Qoca iştirak ediblər. Vaqif Bakinski Rusiyada cinayət yoluna digər oğrular – Asiya və ya Qafqazdan olan mühacirlər kimi başlayıb: Ded Xasanın (Aslan Usoyan) himayəsi altında. O, öldürüləndən sonra Vaqif Şakro Molodoyun (Zaxari Kalaşov) tərəfini tutub və onun himayəsinə keçib. Vaqif Bakinskinin həbsi və məhkumluğu, törətdiyi cinayətlərin sayı, çəkdiyi həbs müddətlərinin dəqiq siyahısı yoxdur.
Rusiya mediası bu həbsləri Bakı-Moskva münasibətlərinin pozulması fonunda xüsusi qabardırlar.
“Qanuni oğru” adları azərbaycanlı toponimləri olmasına baxmayaraq, nə Vaqif, nə də Zaur Azərbaycanda doğulub. 59 yaşlı Vaqif Süleymanov dediyi kimi, Gürcüstanda doğulub, hərbi biletində Marneulidən olduğu bilinir. Amma Rusiya mənbələri onu da iddia edir ki, Vaqif Bakinskinin Özbəkistan vətəndaşlığı var. “112” Telegram kanalı isə iddia edib ki, ona Azərbaycanın hüquq-mühafizə orqanlarının da sualları ola bilər. Zaur Naxçıvanski isə Orenburqda anadan olub və özünü azərbaycanlı hesab etsə də, yarı rusdur və üstəlik, xaç suyuna salınıb”, – deyə kompromat.ru saytı yazır.
Sayt qeyd edir ki, Vaqif Bakinski nüfuz baxımından azərbaycanlı kriminallar arasında haqlı olaraq “bir nömrə” sayıla bilər, amma Zaur, əksinə, 12 illik “təcrübəsi” olsa da, “qanuni oğru” kimi zəifdir.
“Hələ ki, baş verənləri Rusiyanın azərbaycanlı kriminallardan "təmizlənməsi" adlandırmaq çətindir – miqyası o deyil. Amma ehtimal ki, mütəşəkkil cinayətkar qrupların təmizlənməsi istiqamətində sistemli iş həqiqətən başlayıb və bundan sonra da davam edəcək”, – “Rybar” Telegram kanalı belə yazır/Musavat.com
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb