Moskvanın Cənubi Qafqaz siyasəti və... - TƏHLİL
02-07-2025 [16:56]
Sirr deyil ki, Rusiya 200 ildən çoxdur Cənubi Qafqazı nəzarətdə saxlamağa çalışır.
Bu müddət ərzində istər Çar Rusiyası, istərsə də sovet və postsovet Kremlin təcrübəsində əsas metod dəyişməz qalıb: etnik və siyasi qarşıdurmalar yaratmaq, sonra isə “vasitəçi” rolu ilə həm hərbi, həm də diplomatik təsir mühiti formalaşdırmaq. Etiraf etmək lazımdır ki, bu siyasət, xüsusilə son onilliklərə qədər Kreml üçün uğurlu olub.
Lakin ilk dəfədir ki, Moskva bu metodologiyanın effektivliyini sürətlə itirir. Və maraqlıdır ki, bu yeni mərhələnin konturlarını məhz Rusiya tərəfindən uzun illər boyu qarşı-qarşıya gətirilmiş Azərbaycan və Ermənistan paralel şəkildə müəyyənləşdirirlər.
Məlum olduğu kimi, bu gün Azərbaycanda Rusiyaya qarşı həm rəsmi, həm də ictimai reaksiyalar son dərəcə sərt və haqlı şəkildə formalaşıb. Xüsusilə Yekaterinburqda baş verən hadisələr azərbaycanlıların ölüm halları ətrafında Bakı susmadı, əksinə, Rusiya hüquq-mühafizə sistemini “etnik əsaslı qətliam”la ittiham edərək, məsələni açıq şəkildə siyasi müstəviyə çıxardı. Bu, Azərbaycanın artıq Rusiyaya qarşı yalnız daxili emosional reaksiya deyil, konkret siyasi mövqe sərgilədiyinin göstəricisidir.
Eyni zamanda Ermənistan parlamentinin spikeri Alen Simonyan da Rusiyaya qarşı olduqca sərt mövqe nümayiş etdirib. Onun rus telekanallarının yayımının dayandırılması təklifini irəli sürməsi, bu məsələni “ciddi şəkildə müzakirə etməyin vaxtı çatıb” deməsi, Ermənistanın da artıq Kremlin informasiya alətlərini milli təhlükə kimi qiymətləndirdiyini göstərir. Simonyanın “bu manqurtların proqramlarına da, onların ölkəyə girişinə də çoxdan qadağa qoyulub” kimi ifadələri, habelə rusiyalı aparıcıları “degenerat” adlandırması, artıq Moskva ilə münasibətlərdə klassik diplomatik ritorikanın da bir kənara qoyulduğunu nümayiş etdirir.
Bakı və İrəvanın bu yanaşmaları faktiki olaraq Moskvanın Cənubi Qafqaz siyasətində istifadə etdiyi “yuxarıdan aşağı” narazılıq mexanizmini alt-üst edir. Əgər əvvəllər Kremlin müdaxilələri region ölkələrindəki daxili siyasi çalxantılara əsaslanırdısa, indi əks proses baş verir. Yəni Azərbaycan və Ermənistanın siyasi mərkəzlərindən gələn paralel müqavimət Moskvanı ciddi təzyiq altına alır. Bu, regionun siyasi tarixində ilkdir.
Azərbaycan və Ermənistan kimi uzun illər ərzində bir-birinə qarşı duran iki ölkənin eyni anda və ya paralel şəkildə Moskvaya qarşı müqavimət formalaşdırması təkcə gündəlik siyasi konjonktura ilə izah oluna bilməz. Bu, daha çox regionun fərqli şərtlərlə yeni geosiyasi düzənə keçmək cəhdi kimi qiymətləndirilməlidir. Bu kontekstdə bir detal diqqətdən qaçmamalıdır: Nikol Paşinyanın son Türkiyə səfəri zamanı Zəngəzur dəhlizi ilə bağlı əldə edilən razılaşma.
Məlumatlara görə, bu razılaşma Rusiyanın dəhliz üzərində heç bir nəzarət imkanına sahib olmamasını nəzərdə tutur. Bu isə Moskvanın prosesdən tamamilə kənarda qalması anlamına gəlir.
Kreml bu yeni geosiyasi balansı pozmaq üçün hərəkətə keçdi və iddialara görə, dini kanallar vasitəsilə Ermənistanda Paşinyana qarşı çevriliş cəhdi etdi. Lakin bu cəhd uğursuz oldu. İndi isə eyni ssenari ilə Azərbaycana təzyiq göstərməyə çalışır. Lakin bu səylər də nəticə vermir. Əslində, Türkiyə, Ermənistan və Azərbaycan üçlüyü Rusiyanın təsirinə açıq şəkildə meydan oxuyan yeni regional ox formalaşdırır. Bu isə Kreml üçün yalnız strateji deyil, eyni zamanda psixoloji məğlubiyyətdir.
Moskvanın vasitəçi və qarant roluna olan ehtiyac artıq bitib. Bu rolun yeni daşıyıcısı yerli iradədir. Bakı və İrəvanın öz qərarvermə suverenliyi, eyni zamanda Türkiyənin təşəbbüskarlığı ilə formalaşan bir regional mexanizm. Bu dəyişikliklər Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının yaranmasını zəruri edir. Zəngəzurda kommunikasiyaların açılması hazırkı mərhələdə təkcə Azərbaycan və Türkiyə üçün deyil, həm də Ermənistan üçün mühüm geosiyasi fürsət kimi qiymətləndirilir. Lakin 10 noyabr Bəyanatında yer alan maddəyə əsasən, yola nəzarətin Kremlə verilməsi heç bir tərəfə sərf etmir. Bu səbəbdən, yeni bir model əsasında, Rusiyanın iştirak etmədiyi alternativ bir kommunikasiya çərçivəsinin qurulması ehtimalı artır. İstisna deyil ki, Türkiyədə bu məsələ artıq masaya qoyulub. Yenə istisna deyil ki, bu, “Kalininqrad modeli” və ya ona bənzər mexanizm formasında ola bilər.
Əslində, Rusiya-Azərbaycan münasibətlərində son gərginliyin arxa planında dayanan əsas motivlər də bu yeni düzənlə birbaşa bağlıdır. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin də qeyd etdiyi kimi, bu, tarixi andır: Rusiya imperializminə qarşı birgə və məqsədyönlü mübarizə üçün yaranmış nadir fürsətdir. Əlbəttə, burada söhbət silahlı mübarizədən getmir. Bu, siyasi və strateji bir qarşıdurmadır. Azərbaycan isə bu prosesdə emosional addımlar atmır. Lakin reallığı dərk edir: regionun gələcəyi ilə bağlı qərarlar artıq Moskvanın diktəsi ilə yox, regional aktorların iradəsi ilə formalaşmalıdır.
1997-ci ildə ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Zbiqnev Bjezinski özünün məşhur “Böyük Şahmat Taxtası” əsərində yazırdı:
“Rusiya imperiyasının dağılması və ya bərpası üç ölkədən asılıdır – Ukrayna, Azərbaycan və Özbəkistan. Əgər bu ölkələr Moskva orbitindən uzaqda qalarsa, Rusiya imperiyası bərpa oluna bilməz”.
Bjezinskiyə görə, SSRİ-nin dağılmasında olduğu kimi, gələcəkdə də Rusiyanın parçalanması məhz bu üç ölkənin geosiyasi mövqeyindən asılı olacaq. Bugünkü qlobal proseslərə baxdıqda aydın olur ki, Azərbaycan təkcə öz taleyini deyil, bütövlükdə regionun və hətta qlobal güc balansının gələcəyini formalaşdıran əsas fiqurlardan biridir. Bu “böyük şahmat taxtası”nda biz piyada yox, öz ağırlığı və iradəsi olan, oyun qaydalarını dəyişdirən aktor statusundayıq.
Turan Rzayev
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib