Zahid Oruc: "Kreml anti-rusiyaçılığı təşviq edən xətdən imtina etməlidir, yoxsa..."
02-07-2025 [09:45]
"Rəsmi Kreml anti-rusiyaçılığı təşviq edən xətdən imtina etməlidir, yoxsa proseslər əks nəticə verəcək".
Mia.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin üzvü Zahid Oruc deyib.
Onun sözlərinə görə, iyunun 27-dən başlayaraq Azərbaycanın bütün hakimiyyət orqanları, eləcə də hüquq-mühafizə sistemi, həmçinin kütləvi informasiya xalqın ümumi rəyini ifadə edir:
"Azərbaycan Rusiyanın bir şəhərində başlayan, hər hansı regional qurumun qərarını deyil, daha çox Kremlin dəst-xəttini xatırladan despotizm, vandallıq, terror, güc tətbiqi ilə məhz milli, etnik və dini əlamətinə görə kütləvi cəzalandırma əməliyyatlarına qarşı müqavimət göstərir. Azərbaycan dövlətinin bütün strukturları həmin gücü tətbiq edənlərin iradəsini qırmaq üçün səfərbər olublar. Azərbaycan tərəfinin haqlı notasının, Baş Prokurorluq tərəfindən açılan cinayət işlərinin bundan sonrakı dönəmdə də Rusiya-Azərbaycan münasibətlərində çox ağır imtahanlara dövlətimiz tərəfindən hazırlıqların görüldüyünü deməyə əsas verir".
Z.Oruc həmçinin diaspor rəhbəri, sahibkarların, xüsusilə də böyük imkanlara malik olan azərbaycanlılara qarşı aparılan əməliyyatlara diqqət çəkib:
"Yekaterinburqda yeni Xocalı əməliyyatları aparan və Kremlin qəddar əmrlərini həyata keçirən qüvvələr görürük. Düşünürəm ki, xüsusilə də Vətən müharibəsində Rusiya əsgərini qarşımızda görməməyi müəyyən qədər ənənəvi Pyotr siyasətindən kənara çıxmaq kimi dəyərləndirirdik. Rusiyanın loyallığını, müəyyən qədər neytrallığını, həm də Azərbaycan dövlətinin, xüsusilə bölgədə Moskva əleyhinə hər hansı beynəlxalq sövdələşmələrə getməməyini, regionda təhlükəsizlik arxitekturalarını qurarkən bölgə dövlətlərinin maraqlarına zərbə vurmamaq xəttinin daha çox nəticəsi olaraq qiymətləndirirdik. Azərbaycan dövləti bütün iradəsi, siyasi gücü, iqtisadi tədbirləri, qitələrarası transmilli layihələri ilə Rusiya dövlətini neytrallaşdırmağı bacarıb. Lakin görünən mənzərə odur ki, qlobal və kollektiv Qərb təhlükəsi ideologiyası ilə onlara hücum edən və bu işğallara ideoloji baxımdan haqq qazandıran qüvvələr Qafqaz üzərində hökmranlığa cəhdə qayıdırlar. Açıq şəkildə bunu söyləmək mümkündür ki, biz qələbəmizin Rusiya elitasında müxtəlif faşist təmayüllü qüvvələr tərəfindən qətiyyən həzm olunmadığını hər zaman görməkdəydik".
Milli Məclisin üzvü vurğulayıb ki, indiki halda iki ölkə arasında münasibətlərin gərginləşdirilməsində maraqlı olan qüvvələr yeni əlavə təzyiq alətlərini işə salmış olacaqlar: "Mümkündür ki, prosesləri iqtisadi və humanitar, o cümlədən başqa bir müstəvilərə də keçirməyə çalışsınlar. Lakin Azərbaycan nə 90-cı illərin, nə ötən əsrin əvvəlləri ilə müqayisə olunmayacaq dərəcədə güclüdür. Əgər bu təzyiqlərin arxa planı Azərbaycanı hansısa iradəsi ziddinə proseslərə razı salmaqdırsa, bu, tam əks nəticə verəcək. Bu addımlar dövlətimizə hansısa dərs vermək istəyənləri fikrindən daşındırmalıdır. Nə qədər gec deyil, Kreml tərəfindən bu hadisələrə rəsmi və açıq münasibətlər bildirilməlidir".
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib