Bakıda unikal dələduzluq... - Məhkəmədə barışıq oldu
17-06-2025 [17:48]
Bakıda iki nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb. 39 yaşlı Anar özünü iki vəzifəli şəxsin yaxını kimi təqdim edib.
Dələduzluqda təqsirləndirilən Anar bir nəfərdən Dövlət Vergi Xidmətində işə düzəldəcəyini vəd edərək 20 min manat, FHN-də işləyən bir nəfərdən isə onun iş yerini həmin nazirliyin Tikintidə Nəzarət Xidmətinə dəyişəcəyinə yalandan vəd verərək 10 min manat alıb.
Anar ifadəsində bildirib ki, zərərçəkmiş Mübariz adlı şəxsi Ramiz Əmirov vasitəsi ilə tanıyıb. Onun sözlərinə görə, Ramiz ona deyib ki, Mübariz Dövlət Vergi Xidmətində işə düzəlmək istəyib. Ramizlə Anarın tanışlığı isə illər əvvəl işlə bağlı olub.
“Ramiz dedikdən sonra Mübarizlə görüşdük. Bu işə görə 20 min manat lazım olduğunu dedim. Mübariz 20 min manatı mənə 2024-cü ilin əvvəlində verdi. Mübarizə həmin ilin avqust ayına qədər gözləməsini, əmrinin veriləcəyini dedim. Lakin may ayında Mübariz pulunu istədi. Dedi ki, özünə başqa iş tapıb. Həmin vaxt mən pulu xərcləmişdim”, – deyə Anar ifadəsində bildirib.
İkinci epizod üzrə danışan Anar deyib ki, həmin şəxsi də Ramiz vasitəsi ilə tanıyıb:
“Ramiz dedi ki, Elxan adlı tanışı FHN-də işləyir. Elxanın Tikintiyə Nəzarət Xidmətinə keçmək istədiyini bildirdi. Ona kömək etməyimi istədi. Mən də buna görə 10 min manat lazım olduğunu dedim. Pulu alandan sonra işlərim düz getmədiyi üçün heç nə edə bilmədim. Pulu xərclədiyim üçün qaytara bilmədim”.
İbtidai istintaq yekunlaşıb iş məhkəməyə göndərilənə qədər Anar zərərçəkmiş şəxslərin pulunu geri qaytarıb və onlarla barışıb. Buna görə də hər iki şəxs Anarı bağışlayıb.
Zərərçəkmiş Mübarizin ifadəsində diqqətçəkən məqam olub. Onun sözlərinə görə, təqsirləndirilən Anar onlarla danışan zaman özünü Dövlət Vergi Xidmətinin rəisi, general-polkovnik, Orxan Nəzərlinin tələbə yoldaşı kimi təqdim edirmiş. Anar bu münasibətdən itifadə edərək Mübarizi həmin xidmətdə müfəttiş kimi işə düzəldəcəyini bildirib.
“Anara dedim ki, 10 min verim, 10 min də iş düzəldəndə verərəm. Dedi ki, mümkünü yoxdur. 10 mini verəndən sonra borc tapıb 10 mini də verdim. Amma iş alınmadı və hər dəfə fərqli bəhanələr deyirdi. Aldadıldığımı başa düşəndə polisə şikayət etdim”, – deyə zərərçəkmiş Mübariz ifadəsində göstərib.
İkinci epizodda da maraqlı məqam diqqət çəkib. Belə ki, Elxan adlı şəxsi FHN-də yaxşı işə düzəldəcəyini deyən Anar özünü xanım generalın qohumu kimi təqdim edib.
“FHN-də yanğınsöndürən işləyirəm. Mən Ramizi tanıyırdım. Ramizə Belarus Universitetində mülki müdafiə fakültəsini bitirdiyimi, ali təhsilim olduğu üçün zabit rütbəsi almaq istədiyini dedim. Ramiz Anar adlı şəxsin bu işi həll edə biləcəyini bildirdi. Anar arvadının xalasının FHN-də general-mayor rütbəsində, kadrlar şöbəsinin rəisi vəzifəsində çalışan Sevda Şirinova olduğunu söyləmişdi.
Anarla görüşdüm. Həmin görüşdə Ramiz də var idi. Anar dedi ki, belə bir imkan varsa, niyə köməklik etməyək? Mənə dedi ki, bu işi həll edən Sevda xanıma hədiyyə almaq lazımdır. Mən ondan xərcimin nə qədər çıxacağını soruşdum. Anar güzəştlə birlikdə işinin 15 min manata həll edə biləcəyini dedi.
Ramiz də dedi ki, narahat olma, heç bir problem yoxdur. Ramiz yolda mənə dedi ki, Anarın tütün fabriki də var, həmçinin Gömrükdə yüksək vəzifədə işləyir. Razılaşandan sonra əvvəlcə 3 min dollar verdim. Anar dedi ki, yaxın günlərdə xeyir iş olacaq və Sevda xanım da orada iştirak edəcək. Həmin məclisdə Sevda xanımdan mənim xahişimi edəcəyini söylədi. Qalan məbləği də kredit götürüb verdim. Aylar keçsə də, nəticə olmadı. Mən də şikayət etdim”, – deyə zərərçəkmiş Elxan bildirib.
Nərimanov Rayon Məhkəməsi zərərçəkmişlərlə barışığın əldə edilməsini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Anarın cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarıb. Anar barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Musavat.com
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb