Nazirliyin keçmiş vəzifəli şəxsləri hakim qarşısına çxarıldı
17-06-2025 [10:20]
Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, sabiq direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dəvət olunan şahidlərin gəlmədiyi məlum olub.
Hakim bildirib ki, iş üzrə istintaqda dindirilən şahid Şəhriyar Əliyev əsas şahiddir. Onun ifadəsi əsasında bu iş üzrə cinayət işi başlanılıb.
Hakim onun və məhkəməyə gəlməyən bütün şahidlər barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilib. Qərar icra olunması üçün müvafiq quruma göndəriləcək.
Məhkəmə prosesi iyulun 22-ə təyin olunub.
Qeyd edək ki, ötən ilin mayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.
Fakt üzrə Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.
İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib(report).
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb