AFP-Fransanın təbliğat maşını düşmənçiliyi təbliğ edir - TƏHLİL
11-06-2025 [12:57]
Agence France-Presse (AFP) beynəlxalq xəbər agentliyidir. 1835-ci ildən fəaliyyət göstərir.
Dünyanın ən qədim xəbər agentliyi kimi tanınır.
Fransanın bu agentliyi dünyanın 151 ölkəsində çalışır. 260 məntəqədə büroları mövcuddur. 100 milləti təmsil edən 2400 işçisi var.
Rəsmi məlumata görə bu agentlik 2022-cı ildə 321.9 milyon avro təmiz gəlir əldə edib.
Bunları nədən xatırlatdım?
Bu agentliyin Ermənistan təmsilçisi Mariam HARUTYUNYAN “Armenians fear peace with Azerbaijan has too high a price” (Ermənilər qorxur ki, Azərbaycanla sülh çox baha başa gələ bilər) adlı məqalə ilə çıxış edib. Jurnalist yerli insanlarla görüşüb və onların bir sıra məsələlərə münasibəti ilə maraqlanıb.
Həmin məqaləni demək olar ki, olduğu kimi təqdim edirik. Bəri başdan deyim ki, məqalədə oxucular üçün məqbul olmayan müəyyən ifadələr var. Bir daha vurğulayıram ki, məqaləni revanşizmə köklənmiş erməni müəllif yazıb.
Mariam xanım metaforaya vararaq deyir ki, İrəvanın mərkəzi meydanında uşaqlar göyərçinləri qovur, qocalar qovaq ağaclarının altında donquldanır, havada isə ölkənin gələcəyi ilə bağlı narahatlıq dolaşır.
Ermənistan Azərbaycanla davamlı sülhə nail olmaq üçün daha hansı güzəştlərə getməlidir? Bu sualla bağlı Ermənistanın ictimai fikrində fikir ayrılığı mövcuddur.
Azərbaycan Qafqazda onilliklər ərzində davam edən düşmənçilik və münaqişəyə son qoymaq üçün sazişin bir hissəsi kimi əzəli düşmənindən geniş güzəştlər tələb edir.
İsti bir yaz gününün sakit mənzərələrinə baxmayaraq, bu məsələ 2023-cü ildə alçaldıcı hərbi məğlubiyyətin təsirindən hələ də qurtulmayan kövrək erməni cəmiyyətində narahatlığa səbəb olub.
25 yaşlı filoloq Nare Barseqyan deyir ki, həyat qeyri-müəyyənliklərlə doludur: "Bizdə bölünmüş cəmiyyət, zəhərə dönmüş siyasət və ölkəmizə qarşı artan hörmətsizlik var. İnsanları daim yeni müharibə olacağı ilə təhdid etmək olmaz. Deyirlər ki, Azərbaycanın tələblərinə boyun əyməsək, müharibə olacaq”.
Sovet İttifaqı dağılandan bəri tarixən Ermənistanın tərkibində olan Qarabağa (?) nəzarət uğrunda Ermənistanla Azərbaycan arasında bir neçə müharibə olub.
Rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi tanınan bu bölgə otuz il ərzində ermənipərəst separatçılar tərəfindən idarə olunub.
Azərbaycan 2023-cü ildə 24 saat davam edən ildırımsürətli hücumda Artsaxı geri qaytardı və 100 mindən çox etnik erməni dağlıq anklavı tərk etməyə məcbur oldu.
Məğlubiyyət və Qarabağdan kütləvi köç Ermənistanın siyasi parçalanmasını daha da dərinləşdirdi və hökumətin böhrandan çıxmaq üçün gördüyü işlər küçə etirazları ilə qarşılaşdı.
Münaqişədən kənara çıxmağa çalışan Bakı və İrəvan mart ayında bəziləri tərəfindən münasibətlərdə mümkün dönüş nöqtəsi kimi qiymətləndirilən daha geniş sülh müqaviləsinin mətni üzərində razılığa gəldi.
Lakin Azərbaycan digər tələblərlə yanaşı, Ermənistandan Qarabağa hər hansı ərazi iddialarından rəsmən imtina etmək üçün ilk növbədə öz konstitusiyasına düzəliş etməsini istəyir. Bu isə ermənilər tərəfindən öz ata-baba yurdu kimi qəbul edilən Artsax ilə Ermənistanın bağının birdəfəlik kəsilməsi deməkdir.
Baş nazir Nikol Paşinyan 2027-ci ildə keçiriləcək konstitusiya referendumunun planlarını açıqlayaraq, davamlı sülh naminə güzəştə getməyə hazır olduğunu bildirib.
Bəli, Qarabağın itirilməsi erməni cəmiyyətini parçalayıb. 52 yaşlı Robert Matevosyan Qarabağın erməni adından istifadə edərək deyir: "Bəziləri Artsax məsələsinin bitdiyinə inanır, amma çoxları bu itki ilə razılaşmır, çünki heç bir xalq öz vətəninin bir hissəsindən belə asanlıqla imtina edə bilməz".
“Hər gün hər şeyini itirmiş Artsaxdan olan insanları görəndə sən o torpaqları unuda bilməzsən”, o, nisbətən təhlükəsiz olan Ermənistana qaçan Qarabağ qaçqınlarını nəzərdə tutaraq əlavə edir.
Mühəndis və yarımştat tur bələdçisi Matevosyan Ermənistanın cənubunda Azərbaycanla həmsərhəd olan Sünik rayonundandır.
O, Azərbaycan hərbi postlarından cəmi bir neçə yüz metr aralıda olan Qafan kəndinə qayıdanda havadakı gərginliyi hiss etdiyini söyləyir. "Heç bir təhlükəsizlik yoxdur. Yalnız təhlükəsizliyin illüziyası var" o, AFP-yə bildirir.
Matevosyan Ermənistanın “Azərbaycanın təzyiqi altında” konstitusiyasını dəyişməsini istəmir: "Əgər kimsə bunun sülh gətirəcəyini düşünürsə, yanılır. Azərbaycan sülh istəmir".
Nikol Paşinyanın təklif etdiyi konstitusiya dəyişikliyi ilə bağlı referenduma yanaşmada inamsızlıqdan doğan müəyyən şübhələr var. Bu mövzunun dominant olduğu ictimai müzakirələr zamanı erməni cəmiyyətində bu şübhələrin mövcudluğu aydın görünür.
65 yaşlı fizik Karine Hambardzumyan “Konstitusiya xarici təzyiq altında dəyişdirilməməlidir”, deyir.
"Mən öz həyatımı başqasının təhdidləri altında qurmaq istəmirəm. Qoy çətin olsun, lap çətin olsun, amma bu, bizim öz iradəmizə söykənən seçim olmalıdır".
Xanım jurnalist yazır ki, Ermənistanda çoxları hələ də bir gün Qarabağın geri qaytarılacağına ümid edir.
Biz ilk növbədə güclü ölkə qurmalıyıq", - Hambardzumyan bildirir. Buna nail olsaq, o zaman Artsaxı geri alacağıq”.
59 yaşlı musiqiçi Vahan Artsruni də analoji fikirdədir: "Biz Artsaxı geri qaytara bilərik. Əlbəttə, indi yox, bəlkə müəyyən bir müddət sonra. Biz bir olsaq bu, mümkün olacaq...Sovet İttifaqının dağılmasından sonra Ermənistan silahlı qüvvələri Qarabağa nəzarəti ələ keçirəndə hansı hissləri yaşamışdımsa, indi də 30 il əvvəl hiss etdiyim ruhu özümdə hiss edirəm”.
O, konstitusiya müzakirəsini "hökumət tərəfindən irəli sürülən çoxsaylı saxta gündəmlərdən biri" kimi rədd edir və nəticədən narahat olmadığını söyləyir: “Hökumətə etimadın həddən artıq aşağı olduğunu nəzərə alsaq, nəzərdə tutulmuş düzəlişin referenduma getdiyi halda belə, keçməyəcəyi artıq aydın görünür”.
Məqalədə məhz bu fikir dönə-dönə vurğulanır və bu fikirlərlə də yekunlaşır. Gördüyünüz kimi, Fransanın əsas xəbər agentliyi olan AFP oxucularda belə bir rəy formalaşdırmaq istəyir ki, Nikol Paşinyandan və onun hökumətindən fərqli olaraq erməni xalqı Qarabağdan əl çəkmək fikrində deyil. Tam əksinə, yaxın gələcəkdə Qarabağı geri almaq düşüncəsində qərarlı görünürlər.
Bu tendensiya həm də o fikri bir daha təsdiqləyir ki, Ermənistan konstitusiyası hökmən dəyişməlidir. Çünki Nikol Paşinyandan sonra Ermənistanda revanşistlərin iqtidara gəlməsi ehtimalı son dərəcə yüksəkdir. Onlar isə Ermənistanla Azərbaycan arasında indiyə qədər əldə olunmuş bütün razılaşmaların sıfırlanmsını tələb edirlər.
Elbəyi Həsənli.
Sürix
MİA.AZ
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."