Müğənni Aybəniz Haşımovanın qardaşı cəzalandırıldı
29-05-2025 [16:51]
Qubada özünü masajist kimi təqdim edən Şaiq Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Mia.az-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, məhkəmə istintaqı ilə müəyyən edilib ki, Qubada kirayədə yaşayan 46 yaşlı Şaiq Həşimov uzun müddət insanlara "müalicəvi masaj” yolu ilə sağlamlıqlarını bərpa edəcəyinə dair vədlər verib.
O, Səhiyyə Nazirliyindən heç bir lisenziya almadan sadəcə Rusiyada keçdiyi altıaylıq kursa əsaslanaraq bu fəaliyyətlə məşğul olub. Müxtəlif vaxtlarda guya iflic və digər xəstəliklərdən əziyyət çəkən şəxsləri müalicə edəcəyini bildirərək onlardan 24 min manatdan artıq pul alıb.
Zərərçəkənlər arasında azyaşlı övladının sağalmasının yeganə ümid yeri kimi təqsirləndirilən şəxsi görən valideyn də olub. Siyəzən rayon sakini olan bir ana məhkəmədə təsirli ifadə verib: "Qızım doğulandan iflicdir, yeriyə bilmir. Dedi ki, 20 gün masajla sağaldacaq. Düşündüm ki, bəlkə də, möcüzə olar. İki dəfə 1400 manat verdim. Şaiq həkimə çox inanırdıq. Bizi inandırmışdı ki, prosedurlar zamanı qızın sinirlərində hərəkət hiss olunur və bir aya, hətta, qaça biləcək. Ay tamam olsa da, bir nəticə olmadı. Çox təəssüf”.
Digər bir zərərçəkmiş isə uzun illər əziyyət çəkdiyi bel ağrısına şəfa tapmaq üçün Şaiq Həşimova üz tutub: "Dedilər belini düzəldər, əli şəfalıdır. Əvvəlcə bir dəfə getdim, bir az yüngülləşmə oldu. Sonra dedi ki, davamlı gəl, tam düzələcəksən. 180 günə yaxın hər gün getdim. Bu müddətdə ona 13 min manat pul vermişəm. Axırda gördüm ağrılar daha da şiddətlənir, aldandığımı bildim”.
Həşimov məhkəmədə özünü təqsirli bilməyib. Heç vaxt insanları aldatmaq niyyətinin olmadığını deyib: "Tibbi təhsilim yoxdur, amma 2000-ci ildə Rusiyada 6 aylıq kurs keçmişəm. Masajist kimi işləmişəm. Azərbaycanda da qeydiyyatda olmuşam, VÖEN-im var. Mən sadəcə masaj edirdim, müalicə vəd etmirdim”.
Quba Rayon Məhkəməsi toplanmış sübutlar əsasında Şaiq Həşimovu dələduzluqda təqsirli bilib. Ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası verilib.
Qeyd edək ki, Şaiq Həşimov müğənni Aybəniz Haşımovanın qardaşıdır.
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb