“Avroviziya-2025”: Azərbaycanın İsrailə 12 xal verməsi... - TƏHLİL
19-05-2025 [17:55]
“Avroviziya-2025” mahnı müsabiqəsində Azərbaycanın İsrailə 12 xal verməsi Türkiyədə birmənalı qarşılanmayıb. İsrail mediasında bu addım yüksək qiymətləndirilib.
Bəzi israilli analitiklər və aparıcı KİV-lər Azərbaycanın jestini “dostluğun və strateji tərəfdaşlığın göstəricisi” kimi təqdim edib. Türkiyə tərəfi isə sosial şəbəkələrdə və ictimai diskursda Azərbaycanı tənqid edib. Hətta bəzi çevrələr bunu “Fələstin məsələsində İsraili dəstəkləmək” kimi qiymətləndirirlər.
Əvvəlcə deyim ki, “Avroviziya” müsabiqəsi illərdir təkcə sənət yox, həm də diplomatiya və geosiyasətin səhnəsinə çevrilib. Bunun ən bariz nümunəsi 2016-cı ildə Ukrayna təmsilçisi Camalanın “1944” adlı mahnı ilə qalib olmasıdır. Qeyd edim ki, mahnı Krım tatarlarının deportasiyası haqqında olsa da, kontekst açıq şəkildə 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqına işarə edirdi. Moskva bu nəticəni “siyasi” adlandıraraq qəti etiraz etmişdi. Yeri gəlmişkən, Rusiya Ukraynaya hücum etdikdən sonra “Avroviziya”dan uzaqlaşdırıldı. Elə həmin il Ukrayna təmsilçisi “Kalush Orchestra” xalq səsverməsində rekord sayda xal alaraq qalib oldu. Bu, çoxları tərəfindən həmrəylik jesti kimi qiymətləndirilmişdi.
Türkiyə isə 2013-cü ildən bəri “Avroviziya”da iştirak etmir. Rəsmi səbəb kimi “səsvermə sisteminə etimadsızlıq” göstərilsə də, əslində qərarın arxasında Qərb dəyərlərinə qarşı siyasi mövqe və LGBT təbliğinin artması kimi amillər olduğu bəllidir.
“Avroviziya”nın siyasiləşməsinin bir real göstəricisi də Azərbaycana qarşı edilənlərdir. Azərbaycan “Avroviziya”da iştirak etməyə başladığı 2008-ci ildən bəri uğurlu çıxışları ilə seçilirdi. Qısa zamanda finala çıxmaq bir yana, 2011-ci ildə birinciliyi belə qazandıq. Hətta sonrakı illərdə bir neçə dəfə də ilk beşlikdə yer almağı bacardıq. Lakin son illər vəziyyət dəyişib. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan finala çıxsa belə, yüksək nəticələr əldə etmir. Daha doğrusu, etməsinə imkan verilmir. 2023 və 2024-cü illərdə isə ümumiyyətlə finala belə yüksələ bilmirik.
Yəni göründüyü kimi, Azərbaycanın da bu müsabiqədə haqsızlığa məruz qalır. Belə olan halda Azərbaycanı nədəsə ittiham etmək absurddur. Ümumiyyətlə, bir çox hallarda səsvermədə ölkələr bir-birinə geosiyasi və mədəni yaxınlığa əsasən xal verir. Məsələn, Skandinaviya ölkələri bir-birinə səs verirlər. Balkan ölkələri arasında da qarşılıqlı səs dəstəyi var. Yunanıstan və Kipr arasında hər isə zaman 12 xal mübadiləsi olur. Bu mənada Azərbaycanın İsrailə 12 xal verməsi təəccüblü olmamalıdır.
Ümumiyyətlə, Azərbaycanın bu addımı siyasi məzmunlu deyil. Düzdür, Azərbaycanın İsraillə strateji münasibətləri sirr deyil. Müdafiə sənayesində əməkdaşlıq, enerji və təhlükəsizlik sahəsində qarşılıqlı maraqlar bu münasibətləri illərdir formalaşdırır. Amma “Avroviziya” kontekstində bu məsələ bir qədər fərqlidir. Azərbaycan müxtəlif illərdə Gürcüstan, İsrail, Yunanıstan, Latviya, Estoniya, Litva, Bolqarıstan, Serbiya və Xorvatiya kimi ölkələrə də 12 xal verib. Qaldı ki, Türkiyə özü də Ermənistana 12 xal verib.
Hesab edirəm, Türkiyə ictimaiyyətinin məsələyə yanaşması çox emosionaldır. Məlum olduğu kimi, hazırda Türkiyədə İsrailə qarşı münasibət son dərəcə sərtdir. Fələstin məsələsinə Türkiyədə həm siyasi, həm dini, həm də insani baxımdan böyük həssaslıq var. Belə bir məqamda Azərbaycanın İsrailə 12 xal verməsi, təbii ki, mənfi reaksiya doğuracaqdı. Amma burada diqqət yetirilməli olan vacib məqam odur ki, ictimai emosiyaları kim və necə istifadə edir.
İsrailli tanınmış simalar, ekspertlər və media bu məsələni məqsədyönlü şəkildə qabardır və Türkiyə-Azərbaycan münasibətlərini pozmaq üçün istifadə edir. İsrail tərəfi yaxşı bilirdi ki, Türkiyə ictimaiyyətinin məsələyə yanaşması çox emosional olacaq. Nəticədə bundan ustalıqla istifadə etdilər.
Türkiyə qardaş ölkədir, burası aydın məsələdir. O da aydındır ki, Azərbaycan çoxvektorlu xarici siyasət yürüdür. Həm Avropa, həm Çin, həm də müsəlman ölkələri ilə əlaqələri balanslaşdırmağa çalışır. Azərbaycan nə İsrailin, nə də başqasının yanında tərəf kimi çıxış etmir. Bakı bu gün dövlət maraqlarına əsaslanan müstəqil xarici siyasət yürüdür. Məhz bu müstəqillik çərçivəsində həm öz milli maraqlarını qorumaq, həm də dost-qardaş tərəfdaş münasibətlərini sarsıtmamaq ölkəmizin başlıca prioritetidir.
Turan Rzayev
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər