"Mənə deyirdilər ki, o boyda anan var idi, niyə gəlib-getmirdi?" - Məşhur aktrisanın oğlu
19-05-2025 [12:08]
“Mənim anam Azərbaycanın məşhur aktrisası Münəvvər Kələntərlidir. Anam 1963-cü ildə dünyasını dəyişib. İki dəfə ailə həyatı qurub. İlk evliliyindən bacım Validə dünyaya gəlib, ikinci evliliyindən isə mən doğulmuşam. Anam da, bacım da 51 yaşında rəhmətə gedib. 60 yaşın içindəyəm. İki oğul, iki qızım var. Bir oğlum Rusiyada yaşayır, generaldır. O biri oğlum evlənəndən sonra Balaxanıya köçdü, kiçik qızım ailəsi ilə kirayədə yaşayır, mən isə böyük qızım və yoldaşımla Keşlədə qəzalı evdə qalıram. Dolana bilmirəm, məcburam ki, küçələrdən butulka yığıb satım. Yaxud da kiməsə kömək etməliyəm ki, mənə əvəzində bir çörək pulu versin. Mən kəşfiyyatçı kimi Birinci Qarabağ müharibəsində döyüşmüşəm. Kəlbəcərdə, Ağdamda, Laçında döyüş yolu keçmişəm. Sonra ermənilərə əsir düşmüşəm. Bu gün 50 manatdan başqa məcavib almıram. Gözlərim bir neçə faiz görür. Səhhətim də, yaşayışım da çox pisdir”
Mia.az xəbər verir ki, bunu Moderator.az-a özəl açıqlamasında görkəmli sənətkar Münəvvər Kələntərlinin oğlu Əli Məhəmmədov deyib. O daha sonra əlavə edib:
“Mənim atam da sistem işçisi olub. Bir neçə filmdə, o cümlədən “Qara volqa”-da çəkilib. Mənim 2 yaşım olanda anam məni uşaq evinə qoyub. Ana qayğısı görməmişəm. “Pəncərədə işıq” filmini o vaxt uşaq evində çəkirdilər. Həmin filmdə bir neçə epizodda mən də düşmüşəm. Anam yadıma gəlmir. Deyilənə görə məni 1-ci həyat yoldaşının etirazına görə uşaq evinə atıb. Ayrılmışdı ondan, amma gəlib-gedirdi. Anam bacım Validəni saxlayıb. Anamı şəkildə görmüşəm. Uşaq evində deyirdilər ki, sənin o boyda anan var idi, niyə gəlib-getmirdi? Bütün sualların qarşısında susurdum. Vaxtilə anam mənə baxsaydı bu günlərə düşməzdim. Bir bacım oğlu var, o da hərdən gedib-gəlir. Bəzən mənə köməklik edir” deyə sənətkarın övladı olduğunu deyən şəxs bildirib.
O daha sonra anasından ona qalan əşyalardan danışıb: “Anamdan mənə Lənkərandakı Böyük bazar deyilən ərazidə bircə evi yadigar qalıb. Onu da o vaxt Heydər Əliyev anama vermişdi. Ora muzey kimi fəaliyyət göstərir. Açarı tək məndədir. Bir də qonşuya vermişəm ki, turistlər gələndə açıb göstərsin. Həmin muzeydə anamın bir neçə şəxsi əşyası, xüsusilə də qramafonu var. O qramafonu Həsən Məmmədov “Arşın mal alan” filmi çəkiləndə atamdan icazə alıb çəkilişdə istifadə etmək üçün aparmışdı. Bilirsiniz ki, bu film iki dəfə, 1945 və 1965-ci illərdə çəkilib. Söhbət 1965-də çəkilən filmdən gedir. O zaman artıq anam iki il idi dünyasını dəyişmişdi” deyə sənətkarın övladı bildirib.
Əli Məhəmmədov iddia edib ki, daha bir məşhurla qohumluq əlaqələri var: “Mənim ögey bacım da diktor Şərqiyyə Hüseynovadır. O da mənə kömək edə bilmir. Özü də şəkər xəstəsidir, üstəgəl də gözlərinə mirvari suyu gəlib. Necə baxsın? Tək adamdır, özü güc-bəla ilə dolanır”.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər